Best in the World!
Dadlı yemək reseptləri bloqu

Səyahət

Virtual Fototur – Hissə I

Virtual Fototur  - Hissə I

Nəhayət ki, şəkillərin bir  hissəsi hazırdır. Digər hissələr gələn yazılarımda yer alacaq. Aşağıda görəcəyiniz şəkillər müxtəlif rayon və şəhərlərdə çəkdiyim yerlər, üzlər, yeməklər və sairədir. Ümid edirəm ki, xoşunuza gələcək.

Üstdəki foto: Qəbələnin Vəndam kəndində Vedrə Bazarı ilə tanınan maraqlı yer.

Quba rayonunda təndir çörəyi.

Ağsu rayonunun kəndlərinin birinə yuxarıdan baxış.

Corat qutabı. Nə az, nə çox, düz 19 il sonra sinif yoldaşlarımla qutab süfrəsində görüşdük.

Uşaqlar Bakıdakı həyətimizdə iş başındadırlar.

Həyətimizin xar tutu.

Qubaya gedən yol. Uzaqda gördüyünüz uşaqlar yol kənarında təzə fındıq satırdılar.

Şəkiyə giriş.

Şəki halvası.

Şəki halvası. Ləziz.

İsmayıllıda samovar çayının ayrı ləzzəti var.

Stəkanları doldurun!

Qəbələ mənzərəsi.

Qarpız tarlalarında iş gedir.

Bu da qarpızlar.

Oğuz-Şəki yolund təndir bişirən nənə. Şəkili çəkəndə, “Eybəcərəm. Nəyimi çəkirsən” dedi və güldü. Məncə çox gözəl qadın idi. Sadəlik və mehribanlıq özü bir gözəllikdir.

Məltəm təndir çörəyindən razı qaldı.

İsmayıllıda gördüyüm gözəl ördəklər.

Dayımqızı Qubada samovar hazırlarkən.

Rayona gedən yolda tez-tez inəklərlə qarşılaşırdıq.

Bu cür səhnələr də az olmurdu.

Zaqatalanın Car kəndindən keçən çay.

Dayım gildə daddığımız ləziz Balakən təndiri.

Qubada kabab keyfi.

Tərəvəz kababı olmasa, olmaz.

Şəkiyə aparan yol.

Zaqatalanın Car kəndində Ləzzət adlı istirahət mərkəzində soyuq bulaq suyu.

Qax rayonuna giriş (daha ətraflı gələcək yazımda).

Zaqatalada təzə fındıq.

Azərbaycan istehsalı olan şərablarımız.

Bakıda axşam gəzintisi vaxtı çəkdiyim qədim əşyalar.

Balakən uşaqları (Məltəm qohumları ilə).

Mən Bakıda.

Mütəvazi çay süfrəsi.

Zaqataladakı xalamqızımın yaraşıqlı oğlu iti Cessi ilə.

Hələlik bu qədər. Tezliklə yeni yazılarımla geri gələcəyəm.