Best in the World!
Dadlı yemək reseptləri bloqu

Bulqur

Toyuqlu Bulqur Plovu

Toyuqlu Bulqur Plovu

Westgold

Toyuqlu Bulqur Plovu

Toyuqlu Bulqur Plovu

4 pay üçün

Ərzaqlar:
1 baş soğan
1 ədəd toyuğun döş əti
5-6 qaşıq Westgold kərə yağı
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı qırmızı bibər pastası (zəruri deyil)
3 stəkan iri bulqur (plovluq bulqur)
Duz
İstiot

Hazırlanma Qaydası:
Soğanı xırda-xırda doğrayın. Toyuq ətini kubiklərə doğrayın.

Toyuqlu Bulqur Plovu

Orta ölçülü qazanda kərə yağını əridin. Soğanı bu yağda yumuşalanadək bişirin. Sonra toyuq ətini əlavə edib, toyuq və soğan bir az qızaranadək bişirin.

Toyuqlu Bulqur Plovu

Tomatları əlavə edib, bir dəqiqə ərzində bişirin.

Toyuqlu Bulqur Plovu

Bulquru əlavə edib, yarım dəqiqə tez-tez qarışdırın. Zövqə görə duz-istiot vurun.

photo3

Qazana isti su (toyuq  bulyonu da olar) əlavə edin  – su iki barmaq qədər bulqurun üstünü örtməlidir. Qazanın qapağını qoyub, bulquru orta odda suyu çəkilənədək bişirin. Arada qarışdıra bilərsiniz ki, dibi yapışmasın. Hazır plovu kənara çəkib, qapağın arasına çay dəsmalı və ya kağız dəsmal qoyun ki, plov təxminən 10 dəqiqə  dəmlənsin. Nuş olsun!

Toyuqlu Bulqur Plovu

Westgold