Best in the World!
Dadlı yemək reseptləri bloqu

Qəlyanaltı və Salatlar

Mimoza Salatı (Video)

Mimoza Salatı (Video)

 Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran

Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin).
___
Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma bütün respublikalarda mənimsənib sevilirdi. Salata gözəl görünüş verən onun üstündəki mimoza gülünə bənzər bəzəyidir. Bu bəzəyi şüyüd və yumurta sarısından hazırlayırlar. Sovet vaxtı mimoza gülü Qadınlar Günü bayramının simvolu idi, və bu salat da elə o bayram üçün yaranmışdı.

DAVAMINI OXU

Səhifə 1 - 191234...10...Son »