Best in the World!
Dadlı yemək reseptləri bloqu

Qəlyanaltı və Salatlar

Badımcan Borucuqları

Ən çox sevdiyin tərəvəz hansıdır deyə soruşsanız¸ heç tərəddüd etmədən badımcan deyərdim. Qizarmış və ya közlənmiş¸ ətli və ya ətsiz¸ isti və ya soyuq – badımcandan hazırlanan bütün yeməkləti xoşlayıram. Badimcan borucuqlarını yəgin ki, çoxunuz tanıyırsınız. Buna rulet də demək olar¸ amma mənim nədənsə borucuq sözündən daha çox xoşum gəlır. Hazırmanması heç də çətin olmayan bu qəlyanaltı eyni zamanda çox ləzzətlidir. Sizcə?

BADIMCAN BORUCUQLARI

4 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

2 iri badımcan 8 xörək qaşığı bitki yağı 2 xörək qaşığı mayonez 4 diş əzilmış sarımsaq ½ stəkan xırda doğranmış qoz 1 ½ stəkan xırda doğranmış cəfəri və ya keşniş

1. Badımcanları qabıqlarını soymadan ½ santimetr qalınlığında uzunsov dilimlərə kəsın. Asağıdakı 1 üsuldan birini istifadə edərək bacımcanların acısını çıxardın. A) Badımcanı bir qaba yığın və üzərinə təxminən 2 xörək qaşığı duz səpin. Üzərınə ağırlıq (qapaq və ya qab) qoyun və qoyun 30 dəqiqə müddətində kənarda qalsın. Sonra badımcanları yuyun,  yaxşıca süzün və qalın salfet və ya kağız dəsmalla (paper towel) qurulayın. B) Badımcan dilimlərini su doldurulmuş dərin bir qaba və ya ləyənə qoyun, üzərınə ağırlıq (qapaq və ya qab) qoyun. 30 dəqəqə müddətində kənarda qalsın. Sonra badımcanları yaxşıca süzün və qalın salfet və ya kağız dəsmalla (paper towel) qurulayın.

2. Tavada yağı qızdırın. Badımcan dilimlərinin hər iki tərəfini təxminən 5 dəqiqə ərzində qızardın. Tavadakı yağ azaldısa, bir qədər yağ əlavə edin. Badımcanları tavadan çıxardın və üzərinə salfet sərilmiş dəyaz qaba yığıb təxminən 5 dəqəqə müddətində yağını süzdürün. VARİASİYA: Badımcan dilimlərini sobada da qızartmaq olar. Bunun üçün folqa kağızını azca zeytun yağıyla yağlayın. Dilimləri folqanın üstünə düzün və üzərlərinə azca zeytun yağı sürtün. 230C-lik sobada təxminən 20-25 dəqiqə və ya üstü qızaranadək bişirin. Bu müddət ərzində dilimləri digər tərəfinə çevirin ki, hər iki tərəf eyni qızarsın.

3. Dilimlər bir az soyuduqdan sonra, hər birinin uzərinə (bir tərəfinə) təxminən 1 çay qaşığı mayonez sürün, bunun da üzərinə əzilmiş sarımsaq, qoz və bol-bol göyəri sərpişdirin. Dilimləri rulet şəlkində qatlayın. Nuş Olsun!