Best in the World!
Dadlı yemək reseptləri bloqu

Sağlam Qida

Kəsmikli Sağlam Pankeyk

Kəsmikli Sağlam Pankeyk

Healthy Cottage-Cheese Pancakes

Yeni ilə daha sağlam həyat tərzi ilə, xüsusi ilə də sağlam qidalanmaqla başlamağı siz də söz vermişsiniz? Onda isə mənə qoşula bilərsiniz. Məsələ ondandır ki, bütün bu bayramlar-Şükranlıq günündən başlayaraq Yeni ilə qədər ləziz təamları ilə artıq çəki ilə nəticələndi. Çox da olmasa, yenə də mənim gözümdən qaçmayacaq qədərdir. Buna baxmayaraq, bayram qabağı həyat tərzimə, yəni sağlam və normadan artıq qidalanmamağa və idmanla məşğul olmağa qayıtmaqda qətiyyətliyəm.

Gəlin bugünkü reseptdən başlayaq. Sağlam pankeyklər. Deyəcəksiniz – bu mümkündür? Bəli, mümkündür! Bu resepti dostumun, fitnesi və sağlam qidalanmağı özünə həyat tərzi seçmiş Aykanın yeni  elektron kulinariya kitabında tapdım. Özü və kitabı çox dəyərlidir!

Blinçiklərə qayıdaq. Çox gözəl reseptdir. Nə un nə də şəkərdən istifadə etməyə gərək qalmır. Yalnız və yalnız xeyirli ərzaqlar- yulaf, banan, kəsmik və yumurtanın ağı. Nəticə çox ləzzətli olur. Pankeyklər ağızda əriyir, yumuşaq və çox dadlı alınır. Bu ilki sözümün üstündə durmağı asanlaşdıran bir reseptdir.

Healthy Cottage-Cheese Pancakes

Kəsmikli Sağlam Pankeyk
Aykanın 100 Sağlam Resept” kitabından 

8 kiçik pankeyk üçün (hər biri 42.5 kaloriya olmaqla)

Ərzaqlar:
Yarım stəkan yulaf
Yarım stəkan yağsız kəsmik (bərk olmasın, bir qədər sulu olandan istifadə edin)
3 iri yumurtanın ağı
Balaca bananın yarısı
Çay qaşığı qabartma tozu (çay sodasından istifadə etməyin)
Bir damcı vanil suyu (ekstraktı)
Zövqə görə darçın (mütləq deyil)

Hazırlanma qaydası:

Bütün ərzaqları blenderdə yaxşıca qarışdırın (bir neçə saniyədən çox çəkməməlidir). Pankeklərin xəmiri hazırdı. Bir qədər duru amma çox da sulu olmayacaq.

Orta istilikdə altı yapışmayan tavaya bişirmə spreyi və ya kokos yağını sürtün (bunlar yoxdursa, hər hansı bir yağ ola bilər).  Tavaya hər pankeyk üçün təxminən ¼ stəkan xəmir  tökün və qapaqla üstünü örtün.  Bir tərəfi bir qədər qızardıqda, çevirib digər tərəfini də bişirin (bu dəfə qapağa gərək yoxdur). Pankeyklər bişərkən bir qədər qabaracaq, amma çox deyil.

Pankeyklərin üzərinə bal töküb yeyin.

Healthy Cottage-Cheese Pancakes