Best in the World!
Dadlı yemək reseptləri bloqu

Toyuq

Teriyaki Toyuq Qanadları

Teriyaki Toyuq Qanadları

Teriyaki Chicken Wings

Bu resepti bir neçə gün qəflətən dünyasını dəyişən bloqçu dostum Ellin xatirəsinə həsr edirəm. Ellə 2008ci ildə  bloqlarımız yeni açılanda virtual tanış olmuşduq. Elle təmiz ürəkli, mehriban və səmimi idi…

Resept Ellin öz bloqundandır. Elle də mənim kimi toyuq qanadı pərəstişkarı idi. Hayıf ki, bu resepti daha əvvəl bişirməmişdim ki, Ellin özünə qanadların necə ləzzətli alındığını deyib ona təşəkkür edim.

Teriyaki Chicken Wings

Toyuq qanadlarını ikiyə doğrayırıq.

Teriyaki Chicken Wings

Qanadları marinada əlavə edirik.

Teriyaki Chicken Wings

Qanadları bişirik. Bu da ləziz nəticə!

Teriyaki Toyuq Qanadları
 Elle’s New England Kitchen bloqunun resepti əsasında

Zəncəfil tozu və sarımsaq tozunuz yoxdursa, təzə zəncəfil kökü və bir neçə diş sarımsağı sürtgəcdən keçirib marinada əlavə edin. Acı qanadlar üçün marinada zövqə görə acı bibər tozu vurun.

Ərzaqlar:

2 kilo toyuq qanadı
1 stəkan soya sousu
1 stəkan qəhvəyi şəkər tozu
Bir stəkanın ücdə biri qədər zeytun yağı
Yarım çay qaşığından bir qədər çox zəncəfil tozu
Yarım çay qaşığından bir qədər çox sarımsaq tozu (sarımsaq tozu qurudulmuş sarımsağın toz halıdır)

Hazırlanma Qaydası:

Hər qanağı bıçaqla ordatan ikiyə bölün. Marinadı hazırlamaq üçün qalan ərzaqları iri bir qabda qarışdırın. Qanadları marinada əlavə edib,  yaxşıca qarışdırdıqdan sonra, qabın üstünü örtüb ən az 8 saat müddətinə soyuducuya qoyun.

Sobanı 180Cdək qızdırın. Qanadları bir lay olaraq iri listə düzün (marınadı atın). Sobanın orta gözündə 1 saat ərzində və yaxud qanadlar qızaranadək bişirin. Bu düddət ərzində qanadlar su buraxarsa, suyu astaca boşaldıb qanadları bişirməyə davam edin. Hazır qanadlar sulu deyil, yaxşı qızarmış və bir qədər yapışqan olmalıdırlar.

Teriyaki Chicken Wings