Best in the World!
Dadlı yemək reseptləri bloqu

Toyuq

Pendirli Toyuq Kotleti

Pendirli Toyuq Kotleti

Westgold

Pendirli Toyuq Kotleti

Bir qədər Kiyev kotletini yada salan bu ləziz kotletlərin içində pendir və yağ gizlədilib. Bu surpriz içlikli kotletleri həm böyüklər,  həm uşaqlar bəyənəcək. Nuş olsun!

Pendirli Toyuq Kotleti

4 pay üçün

Ərzaqlar:

1 kilo çəkilmiş toyuq əti (hinduşka əti də ola bilər)
2 diş əzilmiş sarımsaq
Duz-istiot
100 qram pendir (Holland, Mozzarella və yaxud bunlara bənzər hər hansı pendir. Mən bəzən bir neçə pendirin qarışığından istifadə edirəm)
60 qram Westgold kəyə yağı – otaq hərarətində bir qədər yumuşaldılmış
Bir çay qaşığı doğranmış şüyüd (şüyüd yoxdursa, cəfəri ola bilər)
Qızartmaq üçün duru yağ (mən zeytun yağından istifadə edirəm)
Ağ çörək ovuntusu və yaxud un

Hazırlanma Qaydası:

Pendirli Toyuq Kotleti

Çəkilmiş toyuq və yaxud hinduşka ətinə sarımsaq, duz və istot əlavə edib, yaxşıca qarışdırın və kənara qoyun.

Pendirli Toyuq Kotleti

Kotletlərin içliyini hazırlayın. Bunun üçün pendiri sürtgəcdən keçirib yağ və göyərtiylə qarışdırın. Alınan kütləni qoz boyda hissələrə ayırıb, uzunsov forma verin. Sonra bir qaba düzüb buzluqda 5-10 dəqiqə saxlayın ki, bir az bərkisinlər.

Pendirli Toyuq Kotleti

Toyuq farşını kiçik hissələrə bölün. Hər hissəni yumrulayıb əlinizlə yastıladın. Ortasına yağlı-pendirli içlikdən qoyub, kotlet forması verin. Kotletin “divarları” kip olmalıdır ki, bişəndə içlik əriyib tavaya tökülməsin.

Pendirli Toyuq Kotleti

Tavada 3-4 qaşıq duru yağ qızdırın. Kotletləri çörək ovuntusunda gəzdirib  hər iki tərəfini qızardın. Od orta hərarətli olmalıdır ki, kotlet yanmasın və hər tərəfi eyni bişsin.

Pendirli Toyuq Kotleti

Kotletin hər iki tərəfi qızardığında əgər kotletin içi hələ də bişməyibsə, tavaya bir-iki xörək qaşığı su əlavə edib, qapağını bağlayın və bir az da bişirin. Kotletlər yumuşaq və hər tərəfi bişmiş olacaq.

Pendirli Toyuq Kotleti

Kotletləri tavadan çıxardıb dərhal süfrəyə verin.

Pendirli Toyuq Kotleti

Westgold