

Bir qədər Kiyev kotletini yada salan bu ləziz kotletlərin içində pendir və yağ gizlədilib. Bu surpriz içlikli kotletleri həm böyüklər, həm uşaqlar bəyənəcək. Nuş olsun!
Pendirli Toyuq Kotleti
4 pay üçün
Ərzaqlar:
1 kilo çəkilmiş toyuq əti (hinduşka əti də ola bilər)
2 diş əzilmiş sarımsaq
Duz-istiot
100 qram pendir (Holland, Mozzarella və yaxud bunlara bənzər hər hansı pendir. Mən bəzən bir neçə pendirin qarışığından istifadə edirəm)
60 qram Westgold kəyə yağı – otaq hərarətində bir qədər yumuşaldılmış
Bir çay qaşığı doğranmış şüyüd (şüyüd yoxdursa, cəfəri ola bilər)
Qızartmaq üçün duru yağ (mən zeytun yağından istifadə edirəm)
Ağ çörək ovuntusu və yaxud un
Hazırlanma Qaydası:

Çəkilmiş toyuq və yaxud hinduşka ətinə sarımsaq, duz və istot əlavə edib, yaxşıca qarışdırın və kənara qoyun.

Kotletlərin içliyini hazırlayın. Bunun üçün pendiri sürtgəcdən keçirib yağ və göyərtiylə qarışdırın. Alınan kütləni qoz boyda hissələrə ayırıb, uzunsov forma verin. Sonra bir qaba düzüb buzluqda 5-10 dəqiqə saxlayın ki, bir az bərkisinlər.

Toyuq farşını kiçik hissələrə bölün. Hər hissəni yumrulayıb əlinizlə yastıladın. Ortasına yağlı-pendirli içlikdən qoyub, kotlet forması verin. Kotletin “divarları” kip olmalıdır ki, bişəndə içlik əriyib tavaya tökülməsin.

Tavada 3-4 qaşıq duru yağ qızdırın. Kotletləri çörək ovuntusunda gəzdirib hər iki tərəfini qızardın. Od orta hərarətli olmalıdır ki, kotlet yanmasın və hər tərəfi eyni bişsin.

Kotletin hər iki tərəfi qızardığında əgər kotletin içi hələ də bişməyibsə, tavaya bir-iki xörək qaşığı su əlavə edib, qapağını bağlayın və bir az da bişirin. Kotletlər yumuşaq və hər tərəfi bişmiş olacaq.

Kotletləri tavadan çıxardıb dərhal süfrəyə verin.





















Tewekkurler SIze Feride xanim! ellerinize saqliq. bir cox reseptlerinize hazirlamiwam, cox yaxwi da alinib. bu gunku reseptinizde toyuq etine soqan qatmaq lazimdirmi?
Təranə xanım, soğana gərək yoxdur. Soğan su salacaq bu reseptdə.
Aladi!Man da toyuq kotletini 2 cura ediram, pendirli va pendirsiz.manim pendir da vurduqum reseptda goy soqan va smetan da var,dadli olur, bu da olsun 3-cu variant, bunu da calisacam hazirliyim.cox saq olun.opuram.
dadl ıyeməkdir çox sağ olun
sizə öz minnətdarlığımı bildirirəm
Cox bəyəndim resepti. Kecən dəfə bişirdim toyuq kotleti ama icliksiz. Bir də bişirəndə belə edəcəm,. Cooox təşəkküredirəm
Salam Feride xanim evvala size tsk bildirirem.her weyi o qeder gozel bawa salirsinizki sebrinize heyranam.yaxin zamanda gelin kocecem.inanki ancaq sizin reseptlerden istifade edecem ))inanin semimiyyetime her defe bir resept goturub evde anamla edirem .neyise mama elave etmek istəyənde diyiremki yoox etme bele Feride xanim bele dimiyib .)))mama kusur menden ki Men didiyimi etmirsen ))her defe bizim evde adiviz çəkilir.hetta mama ispanagli borek etmek istəyirdi mene diyir Ay Ayshe bax gor Feride edibmi gor ne yazib resepti mene di )))Feride xanim cox sagolun her weye gore.
AYŞƏ, çox sağ olun, mamaya salamlar.
o qədər də yaxşı deyil ama sizə halal olsun
eladi ela halal olsun size
salam feride xanim necesiniz.bu seyife ucun size minatdarligimi bildirirem.yazdiginiz yemek peceptlerinen cox faydalaniram bunun ucun tesekurler her birisi gozeldir.size isinizde ugurlar arzulayiram.
cox sag olun reseptler ucun. Mumkunse dana etinden olan kotleti daha dadli hazirlamaq ucun de resept yazardiz.
et insani kocaltir
Uydaaaaa
En cox sevdiyim kotletdi, amma hazirlanmasini bilmirdim. Cox sag olun. Cox sevindim
Farida xanim, resept uchun tasakkurlar. Eyni resepti mal etiyle etmek mumkundurmu? Arasi pendirli. Tesekkurler.
Mal əti çox su biraxır, ona görə toyuq məsləhətdir.
Feride, bu gun axsham bu reseptini heyata kecirmeye calishdim, cox dadli alindi, amma duzu hazirladim ki Sabah gunorta ishden gelende hazir olsun, tez bishirem ve sufreye verek.
Dadina baxandan sonra deyeceyem sene. Amma ele etrinden valeh olurdum.
Ellerine saglig.
Ne yaxshi ki varsan, gozumuzden uzaqda da olsan hemishe ureyimizdesen dostum.
Salam, Feride xanim. Cox gozel reseptdi. Amma men sarimsaq ve keklikotunun ( italyanca- oregano) vehdetinin cox dadli oldugunu bilerek, icliye, yeni, pendire bir az keklikotu vurdum. Pendirin spesifik dadi ve etri adami yemek yeyende narahat elemir ele olanda. Yoxlayin, cox dadli olur. Bir daha cox sag olun