Best in the World!
Dadlı yemək reseptləri bloqu

Uncategorized

Pendirli Kartof Püresi

Pendirli Kartof Püresi

Kartof püresini hazırlamaq üçün mənim hər zamankı sadə formulam yalnız soyutma kartof, süd və yağın bir yerdə əzilməsindən ibarət olub. Son zamanlar yeni bir inqridiyent- pendir de elavə etməyə başlamışam. Fərq o dəqiqə hiss olunur – püre daha kremli və ləziz olur. Pendir ən axırda əlavə olunur və püreyə tam əriyib qarışanadək qazda bişirilir. Bir dəfə mən bunu dostum və eyni zamanda əla aşpaz Aysunun evində hazırlanarkən gördüm. Bu yeməyi bu ilki Şükran bayramı  süfrəsinə əlavə etdim. Gələn dəfə başqa bir xoş tədbirdə yenə bu resepti sınaqdan keçirməyi səbirsizliklə gözləyirəm.

Kartof püresini hazırlayan zaman bəzi məqamlara diqqət etmək gərəkir. Çox güman dəfələrlə kartof püresini hazırlamaq qaydaları ilə rastlaşmısınız. Bəziləri də kartofun qaynadılmaqdan əvvəl qabığının soyulmasını tövsiyyə edib. Mənim üçün tam tərsi doğrudur. Buna səbəb ise həm qabıqlı kartofun dadını itirməməsi, həm də su keçirmədiyinə görə nişastasını qoruyub saxlamasıdır. Ona görə də məsləhətim qabıqlı bişirib, daha sonra soymaqdır.

Pendirli Kartof Püresi

Ərzaqlar:

5 orta ölçülü kartof  (nişastalı kartof məsləhət görülür)
60 qrama yaxın kərə yağı
Yarım  stəkan süd
1 stəkan sürtkəcdən keçirilmiş Kaşar pendiri (Provolone və ya Mozarella da olar)
Duz
İstiot

Hazırlama Qaydası:

Kartofları yuyub orta ölçülü qazana yerləşdirin. Üstü örtülənədək su ilə doldurun, qaynadıb bişirin (kartoflar yumuşalana qədər, təqribən 30 dəqiqə). Suyunu süzüb isti-isti qabığını soyun. Eyni qazanda kartofları kartof əzənlə püre halına gətirin, kartof hələ istiykən yağı da elavə edin, əriyənə qədər qarışdırın. Bir az süd əlavə edib bir az da qarışdırın. Yağ və südün miqdarını zövqə görə dəyişə, artıra da bilərsiniz.

Daha sonra qazana pendiri əlavə edib qazın üstündə orda odda pendir əriyənə qədər tez-tez qarışdırmaq şərti ilə bir neçə dəqiqə qızdırın. Zövqə görə duz və istiotunu əlavə edin və dərhal süfrəyə verin.