Subscribe
Dadlı yemək reseptləri bloqu

Ev Şəraitində Qatığın Hazırlanması

Ev şəraitində qatıq hazırlamaq olduqca asandır. Buradakı marketlətdə satılan qatığın dadı və keyfiyyəti nə qədər yaxşı olsa da, evdə hazırlanan qatığın yerini vermir. Buyurun, bu da resept. Nuş Olsun!

Ev Şəraitində Qatığın Hazırlanması

Qatıq hazırlamaq üçün sizə yalnız 2 ərzaq lazımdır -süd və qatıq. Qatığın tərkibində xüsusi bakteriya vardır ki, o,  südü qatığa çevirmə qabiliyyətinə malikdir.

Bəs qatıq hazırlamaq üçün hansı süddən istifadə etmək lazımdır? Cavab – istədiyiniz süddən, yəni inək südü də ola bilər, keçi südü də, istəsəniz lap camış südü də.  Nəzərə alın ki, nəticədə əldə edəcəyiniz qatığın dadı istifadə etdiyiniz süd növündən asılı olacaq.

Qatığın hazırlanması üçün lazım olar süd və qatıq təzə olmalıdır. Əgər yağsız qatıqdan istifadə edirsinizsə, onda alınan qatıq da yağsız olacaq. Yox əgər yağlı qatıqdan istifadə edirsinizsə, onda qatığınız yağlı olacaq. İndi isə gəlin başlayaq.

Hər 1 litrə (4 stəkan) südə 3 xörək qaşığı qatıq lazımdır. Qatıq soyuq deyil, otaq hərarətində olmalıdır.

Südü qazana töküb orta odda qaynadın. Qaynadığında kənara qoyun ki, soyusun. Südə qatıq əlavə etməzdən əvvəl onu düzgün hərarətə qədər soyutmaq lazımdır. İdeal hərarət  45Cdir. Əgər xüsusi məxbəx termometriniz (adi termometr deyil!) varsa, südün hərarətini onunla ölçə bilərsiniz. Əgər mətbəx termometriniz yoxdursa, onda baş barmağınızı südə batırın və 15-ə dək sayın. Əgər barmağınız bu müddət ərzində südün istiliyinə tab gətirdisə, südünüz lazımi hərarətdədir.

Süd lazımi hərarətə düşdüyündə, onu bankaya tökün. Üstünə qatığı əlavə edin. Qarışdırmağa gərək yoxdur. Bankanın ağzını bağlayın. Dəsmal və ya qalın örtüyə bürüyün ki, isti qalsın. Bankanı elə yerə qoyun ki, ona, qatıq əmələ gələnə qədər toxunmayasınız. Bu müddət ərzində bankanın  yerini dəyişdirməyin, çalxalamayın.

Qatıq təxminən 8-10 saat sonra hazır olacaq.

Nuş Olsun!

Bir cavab yazın


80 Comments
  1. Farida hanım, hayırlı cumalar,sevgiler…

  2. evvelce yazim ki, 4 litre sud 4 stekandan lap-lap coxdur.
    hem de 1 litr sude cay qasiginin ugundaki qatiq besdir.
    bele hazirlayanda cox gozel qatiq olur. arabir ozum hazirlayiram.
    xeyirli axsamlar! BAYRAMINIZ MUBAREK!!! mektub ucun de cox sag olun.

  3. NAIDA: Cox sag olun serhinize gore. 4 litreni sehf yazmisam:) 1 litre demek isteyirdim. Yaxsi ki, gordunuz. Indi deyisdim. Her 1 litr = 4 stekan.

  4. Feride xanim cox saq olun, duzu evde evveller gormushdum anam qatiq hazirlayanda duzu hec yadima dushmurduku, indi mende hazirlayim. Burda gorenden sonra hazirladim, ela alindi.
    Bir de sualim var, mende sud curumushdu, ele bil qatiq kimi olmushdu, onu indi suzdum, o indi ne oldu kesmik hesab olunur, ya hec neye gerek deyil?

  5. REVANE: Beli, o indi kesmikdi:)) Eger dadi yaxsidirsa, demeli yemek olar.

  6. Feride xanim menim kesmiyim ele alindi, onda zerif kete-nide bishirdim, super oldu. Ele ondan shorda duzeltdim, ne vaxtdandir shor yemirdim ureyime yaman yapishdi. Indi men yene sudden kesmik duzeltmek isteyirem, duzu sude qatiq, duzlu su neler qatmamisham, sud curumur. Men sude ne edimki o curusun?

  7. REVANE: :Sudu qaynadin, qaynamaga baslayanda, qatiq elave edin, qarisdira qarisdira gozleyin ki, curusun. Curuyen kimi qazani kenara cekin. Siz bele edirsiniz?

  8. Cox saq olun cavabiniza gore, indi siz deyen kimide ederem. Men sudu hec qaynamamish qatirdim qatiqi, yeni ele qazana sudu eleve edib icine qatiq qatib qoyurdum bishmeye. Sizin dediyiniz kimi indi edecem, neticesin yazaram.

  9. cox tewekkurler heqiqetqn ehditac var idi bilmeyimize.mumkunse ev seraitinde pendirin hazirlanmasinida bize aciqlayardiniz.sag olun.

  10. Feride xanim men axriki sudu curutdum. Sizin dediyiniz usullada alinmadi. Axiri soyuq halda icilen sudu aldim, onu qizdiranda curuyur. O curuyenden sonra ona normal sudleride eleve etdim. Indi yene Zerif keteni bishirecem.

  11. men ev seraitinde qatigi hazirladim amma yaxshi olmadi.eyni ile burda yazdiginiz kimi eledim.mence sud pasterize olundugu ucun alinmadi,.mene komek ede bilersiz Feride xanim?

  12. NURANƏ: Pasterizə olduğundan deyil. Əsas nöqtə odur ki, südün hərarəti dəqiq olsun ona qatığı əlavə etməzdən əvvəl.

  13. soyuq sude elave edim?15e qederde saydim barmagimi sude salib.

  14. SALAM FERIDE XANIM!!! MEN QATIGI HAZIRLADIM. YAXSI ALINDI,SAG OLUN.

  15. NURANE: Gerek eyniyle burda yazildigi kimi edesiniz, yani evvelce sud qaynadilir, sonra lazimi herarete gelenedek soyudulur, sonra icine qatiq elave edilir:

    Südü qazana töküb orta odda qaynadın. Qaynadığında kənara qoyun ki, soyusun. Südə qatıq əlavə etməzdən əvvəl onu düzgün hərarətə qədər soyutmaq lazımdır. İdeal hərarət 45Cdir. Əgər xüsusi məxbəx termometriniz (adi termometr deyil!) varsa, südün hərarətini onunla ölçə bilərsiniz. Əgər mətbəx termometriniz yoxdursa, onda baş barmağınızı südə batırın və 15-ə dək sayın. Əgər barmağınız bu müddət ərzində südün istiliyinə tab gətirdisə, südünüz lazımi hərarətdədir.

  16. Fəridə xanım salam. Mən İrlandiyada yaşıyıram. Burda qatıq deyiləsi şey satmırlar. Neçə dəfə mənim hazırladığım qatiq saqqiz kimi alınıb, səbəbini deyə bilərsinizmi, və bir də südə qatıq əvəzinə xama vura bilərəmmi?

  17. Fəridə xanım.mən pasterizə olunmuş süd almışdım.onu qaynatmağa gərək bilmədim.elə siz yazdığınız istiliydə qizdirmışdım 1litr südə 2 dolu xörək qaşığı qatıq atıb çalmıışdım.qatığım Bakıdakı kimi,bərk alınmamışdı.semetana bənəzəyirdi.bu nəylə əlaqədar ola bilər?qatıgı çaldıqdan sonra yazılanlar kimi etmishdim.

  18. MEHRIBAN; Sudu mutleq qaynatmaq lazimdir. Bir de ki sudun icine qoydugunuz qatiq necedirse neticede alinan qatiq da ele olacaq. Amma sudu mutleq qaynadin.

  19. bununda cavabını oxudum bu dəfədə südü qaynadıb çalaram nəticənidə yazaram.təşəkkür edirəm.

  20. Salam, Feride xanim .Men sizin reseptlerden yararlanan bir xanimam.Bele dadsli reseptlerinize,faydali meslehetlerinize gore size teshekkur edirem.Size bir xahishle muraciet etmek isteyirem.Esl napaleon tortunun reseptini mene vererdiniz.Qabaqcadan teshekkur edirem…

  21. Feride xanim men qatiqi artiq 3 defe elemishem, her defe saqqiz kimi, yeni jelatin kimi olur. Dadi pis olmur, duzu qashiqla goturende ele bil saqqiz kimi dartiliq deye yemeye qorxuram. Evvel fikirleshdimki belke mayani cox vururam, amma azaldandan sonra ferq elemedi. Her shey siz yazdiqiniz kimi edirem, bes niye bele olur?

  22. REVANE: Maya qatiginiz necedirse teze qatiginiz da ele alinacaq. Teessufler olsun ki, qatiginizin neye gore ele cixmasini deqiq deye bilmirem. Fikrime gelen birce budur.

  23. salam xanimlar.men rusiyada yawayiram.burda 1yawli babulya mene dediki,eger qatiq calmaq istesen sudu ele bir qaba tok ki,o qab qup-quru olsun.yeni neye tokursuz tokun caliwin islaq olmasin qab.onda sud de curumur,qatiq da ela alinir.ve men sinadim,dogurdan da duz cixdi.yeni bunu da nezere alin.

  24. Salam Feride xanim
    Cox sag olun qatigin reseptini qoydugunuz ucun hazirladim super alindi.Sizden bir sey xahish edim,eger zehmet deyilse ve bilirsinizse mene kesmiyin ev seraitinde nece hazirlamaq lazimdi yazardiniz.Men Qeterde yasayiram ve burda heleki kesmik tapmamisam.Balaca oglum olub ona sudden basqa sud mehsullari vermeliyem deyirler,ona gore sorusuram.
    Ozunuze yaxsi baxin,helelik

  25. ellerinize sagliq feride xanim.anamda qatigi hemise evde hazirlamagi sevirdi..Yazdiginizi oxuya oxuya xatirladimki eynile bele hazirlayirdi.Hec aglima gelmeyibki ondan sorusum a mama nece hazirlayim qatigi…siz yazmisiniz ve men goren kimi dedim mende hazirlayacam.Insallah vaxtim olan kimi hazirlayacagam ve neticeni size yazacam..Cox sag olun

  26. Fəridə Xanım, mən belə anladımki, qatığı hazırlamaq üçün mütləq qatiq olmalıdıda, elə? 🙂 Bəs onda “ana qatıq” necə hazırlanır?

  27. Salam. Mən qatıq istehsal edirəm. Təxminən desəm 14-15 qadın gətirdim və 100-lə məsləhət aldım, amma qatıq alınmadı. Heç kəs yayda qatıq hazırlaya bilmədi. Nəhayət qatığı mən özüm hazırlayıram. Hamı da bəyənir. 1 litirə 3 xörək qaşıq qatı olmaz. Qatıq 8-10 saat üstü bağlı qalsa turşuyar. kim qatıq düzəltmək istəsə mənə yazsın mən ona düz variantı deyim.

  28. cox saq ol Feride xanim deyerli meslehetlerinize gore…inaninki bunlara ehtiyaci olanlar coxdu,savabida size qismetdi

  29. AYGUN; o “ana qatig”in nece hazirlanmasini ise men sene yazaram.1stekan iliq sude 1\2 stekan yuyulmamis yeni “kirli “duyunu tokub qarisdiririq ve isti yerde saxlayiriq,ustunude cay desmali ile orturuk,texminen bir iki saat saxlayiriq…ve neticede coxlu qatiq calmaq ucun o dediyin”ana qatiq’ alinir

  30. salam. men misirde yashayiram, burda qatiq yoxdu.. xahish edirem mene bashqa cure qatigin nece hazirlandigini deye bilersiniz? teshekkur edirem

  31. salam feride xanim.receptinizi oxudum ama beyenmedim.men maskivada yasayiram ve hemise qatigimi ozum hazirlayiram.ela olur.sizin recepde hem maya coxdu qatiq aci olar hemde gec hazirlanir.demeli sudu qaynadiram .texminen 40 dereceye dek soyuduram 1litr sude 1 cay qasigi qatiq.qatigi basqa qaba qoyuram azca sudden elave edib qarisdiriram.sonra qatigi sude toxurem yene yaxsica qarisdirib bankaya tokurem.qapagini qoyub ustunu yaxsica orturam 2 saata qatigim hazirdi.goturub soyuducuya qoyuram.qeyd edimki qatigi hazirladiginiz gun toxunmadan saxlasaz sabagi yeseniz ela netice elde edessiz.amma hazirladiginiz gun toxunsaz hem sakkiz kimi olar hemde sulanar.menim receptimi yoxlamagizi meslehet gorurem. cavabinizi gozleyirem

  32. Salam,men sizin qatıq reseptinizi oxudum.1l südə 1x.q.qatıq bəsdir.Tutma müddəti isə 3-3.5 saat. Bundan çox qalarsa zəqqum olar. Bir də çalmazdan əvvəl qatıq(maya) 2-3qaşıq soyuq süddə açılmalı,sonra südə tökülüb qarışdırılmalıdır.

  33. salam banu xanim 1 litr sude 1x q da coxdu 1 cay qasigi besdi.menim qatigim duz 2 saata hazir olur.orasi duzdu qatigi sudde acib sora tokmek lazimdi.

  34. Salam zehmet olmasa komeklik edin bes sudden basqa bir sey yoxdusa qatiq nece hazirlamaq olar ancaq СМЕТАНА var ondan basqada hec ne

  35. Fuad,təbii süd yoxdursa quru süddən yoxlamaq olar. Paraşok halında satılan quru südü təcrübədən keçirə bilərsiz. Başqa cür alınmayacaq. Bir də rayonlarda Qatıqotu adlanan bitki var,hansı ki o bitkinin şirəsi ilə qatıq qoyula bilir. Amma yenə də süd lazımdır.

  36. Qatığın gəlmə vaxtına görə isə qeyd edə billərəm ki -uzun müddət saxlanarsa turşuyar -kimi fikirlər yalnışdır. Çünki əvvəllər də gecədən səhərdək saxlanardı. İndi qıcqırdıcı vasitələr çox olduğundan,süni yolla qatıq daha tez əmələ gəlir.Təbii süd və mayadan isə qatıq normal vaxtında reseptdə qeyd olduğu müddətdə hazır olur.

    Qatığın turş alınması südə qatılan qatıqdan və südün yağlılıq və növündən asılıdır. Südə turş qatıq vurulubsa və yağlılıq azdırsa turş alına bilər. Şirin olması üçün maya qatığa bir qədər şəkər tozu əlavə etmək olar.

  37. olmadi axi(( texmini yarim litr sude 3 cay qasigi qatiq vurdum,geceden sehere kimi qaldi ustu ortulu,amma tutmadi qatiq. qatiq duru idi,yeni 3 cay qasigi duru qatiq vurdum. ya qatiq az oldu yada keyfiyyetsiz. sud pasterize edilmis sud idi.

  38. help! olmadi axi(( texmini yarim litr sude 3 cay qasigi qatiq vurdum,geceden sehere kimi qaldi ustu ortulu,amma tutmadi qatiq. qatiq duru idi,yeni 3 cay qasigi duru qatiq vurdum. ya qatiq az oldu yada keyfiyyetsiz. sud pasterize edilmis sud idi.

  39. KEKS – Temperaturu vacibdir. Süd soyuq idisə alınmaz

  40. Soyuq deyildi Feride xanim. Mene ele gelir maya ucun goturduyum qatiq kyfiyyetsiz oldu.

  41. tutmayan qatiqdan kesmik duzeltdim )) adi kesmikden az ferqli oldu amma dadini beyendim)

  42. SALAM FERIDE XANIM.SIZIN RESEPTLERINIZI COX BEYENIREM TEMBEL PAXLAVANI BISIRDIM COX DADLI ALINDI INDIDE PASTET ELIYIREM.QATIGA GELDIKDE ISE MEN RUSYADA YASIYIRAM BIRINCI DEFE GELENDE BILMEDIM QATIGI HARDAN ALIM CUNKI BURDA OLMUR OZUM DUZELTDIM BIRINCI DEFE SMETANNAN CALDIM BIR IKI DEFE CALDIQDAN SORA QATIQ ALINDI.MENDE SIZ YAZDIGINIZ KIMI CALIRAM COX YAXSI QATIGIM ALINIR.COX SAGOLUN .

  43. Salam FERIDE xanım necesınız? Zehmet deyılse yazardız mene men Rassıyada yasayıram burda qatıq yox smetan olur smetanla qatıq çalsam ele onun dadını verecek? Eger beledırse mumkunse mene esl qatığın dadı alınacaq bır meslehet verersız xaıs edırem cavabınızı gozleyeceyem evvelceden narahat etdımse bagıslayın uzr ısteyırem sızın reseptlerınızden cox ıstıfade edırık cox sağ olun cox tesekkur edırem sıze

  44. AYPARA, xama ilə də qoyulur,tamında zənnimcə fərq var. Siz də sınaqdan keçirin,çalışın ki yağlılığı çox ya da orta olsun.

  45. Cjox sag ol Feride xanim,eger mumkunse mene bawa salin eger eleve etmeye qatiq yoxdursa qatigi bawqa cur nece hazirlamaq olar?

  46. LEYLA, başqa cür qatıq hazırlamaq olmur. Yalnız yazlanlardan faydalana bilərsiz.

  47. Feride xanim salam men Rusyada yashayiram burda Azerbaycanda satilan kimi qati qatix yoxdu kifir aliriq. Odaki demek olarki ayran kimi durudu ondan qatiq chala bilerem? cavab yazsaniz sevinerem qabaqcadan teshekkurler

  48. Salam,Feride xanim,necesiniz?Bloqunuzu daim izleyirem,ve faydalaniram.Men hemishe qatiq caliram.Temiz inek sudune -3l sude yarim xorek qashigi qatiq ya da suzme ,sudde hell ederek qatiram.axshamdan sehere saxlayiram.Shirin ve qatiligi yerinde olur.

  49. SALAM,BIR SEYI BASA DUSMEDIMKI,NIYE MAYA VURANDAN SONRA QARISDIRMAYAQ?

  50. salamlar… menim yawadigim yerde teessuf ki qatiq yoxdu..( maya kimi faizi az smetandan sitifade edirem..((( duzd tam qatiqin dadini vermese de qatiq kimi olur..)

  51. men qatiq evezine smetan qatiram ve neticede dadli smetan cixir ve yedigce yemek isteyiremm 🙂

  52. SALAM mene quru sudle qatigin calinmasini deyinde zehmet olmazsa cox xahis edirem xanim bilenler yazsin

  53. Men basqa dovletde yasayiram,o dovletde ise qatiq vapshe satilmir,qatigin ne oldugunu bilmirler,mense qatiq duzeltmek isdeyirem , menim qatiq duzeltmeyim ucun sud ve qatiq lazimdir axi burda qatiq yoxdu…. bes men nece eliyim qatiqsiz?

  54. Salam, xanim, sayt gozeldir, faydalidir. Tebrik edirem. Bir sualim var eger elde hec qatiq yoxdursa yene de hazirlamaq olar? Men oldugum yerde yoqurt adi ile yalniz sirin novler var. Yeni Az.da oldugu kimi qatiq hec yoxdur. Bezen qatiq isteyende tapilmir. Indi menim bir sansim var?

  55. salam feride xanim tesekkur ederim

  56. hemise gezmekde feride xanim mende qebelede oldum men usaqlari qebeland istirahet eylencemerkezine aparmisdim

  57. Hamiya salam.Feride xanim,faydali saytiniza gore tesekkurler.Men ise qatiq calmaq ucun 1 litr sude demek olar ki,1/2 cay qasigi qatiq qatiram,4 saat da uzerini basdirib saxlayiram,dusunurem ki daha da az saxlamaq olar,qatigim ise ele de pis alinmir.

  58. ay Allah ozun komek ol ki hami qatiq qoymagi oyrensin.Eziz istifadeciler Feride xanim o qeder gozel ve deqiqlikle basa salir ki hec bir serhe ehtiyac yoxdur.

  59. Men ozum Rossiyada yawayiram. Ozum bakiliyam. Sizin reseptle qatiq hazirladim. Cox gozel ve dadli alindi, bir yeyen deir birde yeyim, qonwular novbede dayaniblar))).. ellerinizden opurem. Bizim xanimlar kimi xanimlar olamayib olmayacada. Cox saqolun, Feride xanim

  60. salam.Men her gun ev seraitinde qatiq qoyuram.3 kiloluq balona qasigin ucunda qatigi vurub qarisdirirm.3 saata ela qatigim alinir.

  61. ev şəritində hazırlanan qatığın dadı bir başqadır0

  62. Twk

  63. Twk

  64. Səlam
    Südü qaynadanda otun çox elirəq tez qeynəsin ya otu az olsun geç qeynəsin?
    İnək və camış südün bir yerdə qaynatmaq olar?
    Qatığı südə vuranda, ilk qatığı yarım istikan südünən qatışdırmazlar?
    Neçə dəqiqə qatığı südünən qatışdıracıyıq?

    Çox saqol

    • Naser bəy, məncə reseptdə hər şey aydın izah olunub. Reseptdəki kimi etsəniz, yaxşı qatıq əldə edərsiniz. İnək və camış südlərini qarışdırmağı məsləhət görmürəm. Ayrı-ayrı hər birindən qatıq düzəldə bilərsiniz.

  65. Feride xanim men axsham caldim alinmadi amma smetannan caldim yeni smetannan olmaz ve ya smetan teze deyildi ona gore tük

  66. Salam,men hec vaxt qatiq calmamiwam,duzu risk etmemiwem,hemiwe bizde bunu mama edib,mama baw barmagini sude salan kimi-1 saniyeye bilir.
    Tewekkurler,caliwacam qatiq calmagi oyrenim))))

  67. Yadimdan cixdi yazmadim,maya qatiq ucun teze süzme qatiq olsa daha ela olar, süzme qatiq vuranda qatiq daw kimi olur,dadi da tam bawqa olur.
    Rehmetlik nenemden oyrenmiwem.helelik

  68. Bu nece qatig calmagdi .ne 8-10 saat? Ne 3-4 qasig.Siz ne danisirsiz ? Bu resept tamamile sehvdi.qatig 3 saata tam hazir olur .maksimum 4 saat.siz deyen olcude sude de cay qasiginin ucunda da qatig bes eder

  69. Çox sağolun!

  70. Bes sude qatiq vurmadan qatig nece emele gele biler.mende 1defe bele olmusdu.sudu qaynadib soyutdumki qatig calim.gordum oz ozne qatig olub)))

  71. Salam. Men qatığı bele hazırlayıram. 3 l süde 2xq qatıq ve 1 xq smetan vururam. Qatıq ve smetanı çoxlu çalıram. Sonra ilıq süd elave edib qarışdırıram. Sonra qarışığı ümumi süde elave edib yene qarışdırıram. Bankalara töküb yene qarışdıram. Üstünü örtüb 7-8 saat saxlayıram. Çox dadlı qatıq alınır.

  72. feride xanim salam sizden komek isteyirem …bezi seyleri oyrenecekdim.mene komey ede bilersinizmi?

  73. Salam qatıq əvəzinə mayonez olar?

Bir cavab yazın