Best in the World!
Dadlı yemək reseptləri bloqu

Evdə Hazırlanmış Balqabaq Püresi

Evdə Hazırlanmış Balqabaq Püresi | AZCookbook.com | Feride Buyuran

Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin).
_____

Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun üçün də hamıya balqabar püresi lazım olacaq. Düzdür, burada konservləşmiş balqabaq püresi də satılır, amma məncə evdə hazırlanan püre daha yaxşıdır. Həm də hazırlanması o qədər asandır ki! Bunun üçün təkcə balqabaq və soba lazımdır.

Homemade Pumpkin Puree

Ən yaxşı balqabar püresi burada şəkər balqabaq yaxud da piroq balqabağı adı ilə satılan balqabaqdan hazırlanır. Şəkər balqabağı adətən balaca ölçülü və çəkisi 1 kilodan 5 kiloyadək olur. Onların içi daha qatı, daha şirin, daha az lifli olur. Amerikanın məşhur balqabaqlı piroqu  məhs bu növ  balqabaqdan hazırlanır.

Evdə Hazırlanmış Balqabaq Püresi | AZCookbook.com | Feride Buyuran

Siz də pürenizi hazırlayın. Tezliklə onunla hazırlanan əla şirni reseptlərim olacaq. Mənimlə qalın.

BALQABAQ PÜRESİNİN HAZIRLANMA QAYDASINI İZLƏ:

Evdə Hazırlanmış Balqabaq Püresi

3 stəkan püre üçün

Ərzaqlar

  • Bir ədəd balaca 3 kililoq şirin balqabaq

Hazırlanması

  1. Sobanı 190ºC-yə qədər qızdırın.
  2. Balqabağı yuduqdan sonar silib qurudun. İti bıçaqla dairəvi qaydada kəsib qulpunu çıxarın. Balqabağı yuxarıdan aşağıya doğru iki hissəyə bölün. Qaşıqla tumlarını və bütün lifləri (ipəbənzər telləri) çıxarın. Tumları başqa məqsədlə istifadə (məsələn, çərəz üçü qovurmaq) üçün saxlaya, yaxud ata bilərsiniz.
  3. Balqabaq tikələrini perqament kağızı sərilmiş listin üzərinə məti aşağı olmaqla düzün.
  4. Balqabağı təxminən 45 dəqiqə, yumşalana qədər sobanın orta gözündə bişirin. Balqabağın bərabər qaydada bişdiyinə əmin olmaq için çəngəli bir neçə yerdən batırmaqla yumşaqlığını yoxlayın.
  5. Balqabağı sobadan çıxarıb tamamilə soyumasına imkan verin. Qaşıqla yumşalmış balqabaq mətini qabıqdan ayırın. Və ya daha asan metod – qabığını soyun. Balqabaq mətini mətbəx robotunun içində eynicinsli kütlə alınana qədər 2-4 dəqiqə əzin. Balqabaq məti çox qurudursa bir-iki xörək qaşığı su əlavə edin ki, püremiz asan başa gəlsin.
  6. Siz evdə hazırlanmış balqabaq pürenizi dərhal istifadə edə, yaxud da ağzı bağlı qabda 5 günə qədər soyuducuda saxlaya bilərsiniz.
  7. Siz onu kilidli plastik torbalarda 5 aya qədər buzxanada da saxlaya bilərsiniz.  Hər torbaya bir stəkan balqabar püresi qoyub  əlinizlə yastıladın, torbanın havasını tamamilə çıxardın, ağzını kip bağlayın və buzxanaya göndəriin. Bu halda onu istifadə etməzdən əvvəl soyuducuda əritməlisiniz.

Bir cavab yazın

10 Şərh
  1. Salam,Feride xanim.Bu pureni 7 ayliq usaglara vermeg olar?

    • Bu suala uşaq qidası eksperti daha yaxşı cavab verə bilər məncə. Səhf məlumat vermək istəmirəm, bağışlayın.

  2. Salam,Natavan xanim,men sizin suali oxudum ve internetde axtariw etdim,internete girib yazdigim sayta daxil olsaniz orda yazilib,sadece diqqetle oxumaq lazimdir,saytin adi—Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi—-eger komek ede bildimse cox wadam
    he birde reseptin muellifi menden incimesin,men sadece xanima komek etmek meqsedi ile fikrimi yazdim,tewekkur

  3. Salam,Ilahe xanim!Cox cox tesekkur edirem size.Allah sizden razi olsun.Bu sayt menim isime cox yariyacagina 100% eminem. :))

  4. Hamini salamlayiram.Natavan xanim,deymez.Qulugunuzda hemiwe haziram.
    Muellife de tewekkurumu bildirirem.Helelik.goruwene qeder

  5. Sabahiniz xeyir Feride xanim necesiniz? Daimi oxucunuzam size bu deqiqe coooox ehtiyav var mumkunse komek edin.mal dilini biwirme qaydasini yaza bilersiz zehmet olmasa ?

    • Mal dili bişirməmişəm, ona görə sualınıza cavab verə bilməyəcəm, bağışlayın.

  6. salam

  7. Salam,MALIN DILINI BIWIRMEK RESEPTI—
    1-ci mutleq malin dilinin us hissesini kesmelisen,cunki uc hisse aci olur.
    2-ci iliq suda (isti su olmaz) dilin ust terefini bicaqla temizleyirsen,loru dilde desek qawiyirsan ve yaxwi -yaxwi yuyursan.
    3-cu qazanda tam biwene qeder suda qaynadirsan.ama duz vurmursan,onda et gec biwecek.
    4-cu tavada yag eridib tikeleri yagda qizardirsan,daha dadli olmagini isteyirsinizse malin qabirga ustu piyinde qizardin.Qessaba desek bawa duwecek))))
    5-ci istiotunu ve duzunu zovqunuze gore vurusunuz.
    6-ci sufreye vererken xama da qoyun,onda dadli olur.
    Vessalam,bu qeder,o qeder de cetin iw deyil,sadece diqqetle oxuyun ve biwirin.NUW OLSUN!

Bir cavab yazın