Best in the World!
Dadlı yemək reseptləri bloqu

Göyərti Küküsü


Bu kükünü Bakının Karvansaray Restoranında çəkmişəm.

Yaz-yayın ən ləzzətli yeməklərindən – göyərti küküsü. Azərbaycanın müxtəlif bölgələrində kükünü başqa cür bişirirlər, daha doğrusu, kükünün içinə qatılan göyərtilər bölgəyə görə müxtəlif olur. Burada gördüyünüz klassik kükü reseptidir. Əgər təzə sarımsaq mövsümüdürsə, küküyə xüsusi ləzzət qatmaq üçün ona sarımsağın yaşıl yarpaqlarından əlavə etmək olar. Bəzən küküyə ispanaq da vurulur. Nanə da ola bilər.

Göyərti Küküsü

4 pay üçün

Ərzaqlar:

2 stəkan xırda doğranmış keşniş
1 stəkan xırda doğranmış şüyüd
½ stəkan xırda doğranmış təzə soğan
5 ədəd yumurta
Bir çimdik duz, istiot
Dörtdə bir stəkan kərə yağı
Süfrəyə vermək üçün sarımsaq-qatıq

Hazırlanma Qaydası:

Göyərti, yumurta, duz-istiotu bir qabda qarışdırın.

Eni 25 sm olan dibi yapışmaz tavada yağı əridin. Qarışığı tavaya töküb yayın. Altı qızaranadək, 5-8 dəqiqə bişirin. Bıçaqla 4 (və ya istəyə görə 8 üçbucağa kəsin). Bunları çevirib o tərəfini qızardın. Gərəkirsə tavaya bir az da yağ əlavə edin.

Çörək və sarımsaq-qatıqla süfrəyə verin.

Bir cavab yazın

17 Şərh
  1. cox sagolun azarbaycanin qadim yemaklarini tanidirsiz.manim an sevdiyim yemakdir.har zaman qonaq kimi daxil olurdm,bundan sonra mandabu ailanin uzvu sayin.tawakkurlar siza.

  2. sag olun reseptler ucun

  3. Cox sagolun beyendim)))

  4. eladir

  5. menim 12 yasim var.buna baxmayaraq bu sayti cox sevirem.emek defterine salatlari ve basqa yemek resseplerini buradan yaziram

  6. salam Farida xanim necasiz MAN GOYARTI KUKUSUNA NANEDE VURURAM DADLI OLUR ISDASAZ PROB EDIN

  7. salam,,kukunun icerisine 1 qasiq qatiq vuranda da coxx gozel cixir yumsaq olur,,,zovqe gore deyisir tebiiki,,,cox sag olun,,

  8. Ilk defedir bu saytda qonaq oldum. chox asan basha dushulen,el arasinda deyilen kimi cheynenilib yazilib. qaldi bir tek bisir-dusur ye. bir neche reseple behrelendim nece alindigini xeber edecem. Chox sag olun.

  9. Heqiqeten cox gerekli reseptlerdir oglanlar ucun lap ela saytdir tek yasamaq asanlasir

  10. Goyerti kukusune qozda vuranda dadli olur

  11. burdaki reseptler cox pratikdir.cox sagolun,twkler

  12. men kukuye qozda vururam cox ela olur

  13. Eziz ve hormetli Feride xanim!
    Size bir daha oz derin salam ve sayqilarimi chatdiriram!
    VE
    Bu deyerli ishinize gore MINNETDARLIGIMI BILDIRMEK ISTEYIREM!
    Chox SAGOLUN ve arzum budur HER ZAMAN XOSHBEXT ve SEVINC DOLU bir heyat yashayasiniz!!:)

  14. Salam men bir az sud bir azda smetan vururam mene gore cox dadli olur

  15. Salam. Zehmet olmasa deyerdiniz. Evvel goyertini bir az bishirib sonra ustune yumurta vurmaq yoxsa goyertini yumurta ile qarishdirib vurmaq. bu iki variant coxmu ferq eleyir?

    • Sabina, yumurtayla göyərtini qarışdırmaq lazımdır, sonra isə tavaya tökmək.

  16. Salamlar cox minnetdaram.Amma menim bacim evde yemekleri bisirirdi indi o artiq 3 Gundur gelin kocub yemekleri ozum biwirirem men biraz var kuku biwirdim amma birinci sogani qizardim dogradim sonra sonra ise kesnis goy sogan ve s.goyertileri dograyib tavaya tokdum .oda 25sm olardi amma onlari qizardim sonra uzerine yumurta tokdum hamisini birlikde tokmedim yeni goylerle birlikde yumurtani elave etmedim.

Bir cavab yazın