
Hamınızı qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlıları Həmrəylik günü münasibətilə ürəkdən təbrik edirəm. Qoy yeni il heyatınıza yalnız və yalnız sevinc gətirsin. 2010-cu ildə görüşənədək!
Kakaolu-Albalılı Qurabiyə
Cooking Light jurnalından dəyişdirilərək götürülmüşdür
Orijinal reseptdə quru albalı (gilənar, ruscası – vishnya) yoxdur. Bu, mənim öz əlavəmdir. Məncə bu cur qurabiyyələr daha ləzzətli olur.
24 qurabiyə üçün
1 stəkan + 1/4 stəkan + 3 xörək qaşığı un
1 + yarım stəkan şəkər kirşanı (pudrası)
1/3 stəkan şirinləşdirilməmiş kakao tozu
1 xörək qaşığı qarğıdalı nişastası
1/4 çay qaşığı duz
115 qram soyuq kərə yağı – xırda-xırda doğrayın
yarım stəkan doğranmış quru albalı
1/3 stəkan buz kimi soyuq su
1/4 çay qaşığı vanil ekstraktı (vanilla extract)
İri qabda un, şəkər kirşanı, kakao tozu, nişasta və duzu qarışdırın.Kərə yağını əlavə edib çəngəllə kütlə ləpə boyda komalar halına gələnədək döyün. Üzərinə quru albalını əlavə edin, qarışdırın.
Ayrı qabda su və vanil ekstraktını qarışdırın. Sonra bu qarışığı tədricən unlu qarışığa əlavə edin və çəngəllə qarışdırın. Xəmir bir qədər yapışqan olacaq. Bu normaldır.
Alınan xəmiri mətbəx selofanına (plastic wrap) qoyun və bükün. Sonra əlinizlə xəmirə uzunsov şəkil verin (eyniylə kolbasa kimi). “Kolbasa”nın uzunluğu 30 sm olmalıdır. Onu sellofana yaxşıca sarıb konfet kimi kənarlarını bükün. Qoyun soyuducuda ən azı 1 saat qalsın. Nə qədər çox qalsa, o qədər yaxşıdır. Xəmir bir az bərkiyəcək.
Sobanı 175C-dək qızdırın. İri listin dibinə kalka kağızı sərin.
Xəmiri soyuducudan çıxardın və1.2 sm qalınlığında dairələrə döğrayın. Dairələrin şəkli əzilsə əlinizlə düzəldin. Qurabiyyələri listə 5 sm aralıqla düzün. 15 dəqiqə ərzində bişirin. Hazır qurabiyyələrin üstü bir qədər yumuşaq qalmalıdır (elə biləcəksiniz ki, bişməyiblər, amma əslində bişiblər). Sobadan çıxardın. Qoyun listdə soyusunlar. Bu müddət ərzində qurabiyyələrin üstü bir az bərkiyəcək.




















cox sag olun bele gozel yemekler ucun.
Azerbaycan metbegi dogrudan cox lezzetli ve qiyymetli metbexdi.
Salam Fəridə xanım ! Qurabiyyələr gözəl görünürlər.Dadını isə hazırlayandan sonra yazaram.Sizin və ailənizin qarşıdan gələn yeni linizi təbrik edirəm ! Mən bu il bu saytdan çox faydalandım .Buna görə sizə minnətdaram və qarşıdan gələn 2010-cu ildə sizdən daha yeni reseptlər gözləmək ümidi ilə sağ olun.
Qoy 2010-cu il bütün süfrələrə bol bərəkət və ruzi gətirsin!Amin!
Salam Feride xanim.Gözel ishlerinizde Size ugurlar dileyir,ellerinize,könlunuze saalig deyirem.Yeni iliniz Size aile sevinci getirsin.Ehvaliniz hemishe ela olsun ki Sizde biz gerib Azerilere ela, dadli yemekler öyredesiniz.
Saygilarla Isvecireden Nur
salam feride xanim eziyyete gore cooox sagol xahis edirem artiq derecede stekanla yox qramlarla yazin nezere alsaniz memnun olaram
Salam Feride xanim.qurabiyeler nefis gorsenirler.amma teessuf ki menim uchun bele sheyleri hazirlamaq kosmosa uchmaq kimi bir sheydir.men ozum rusiyada yashayiram .isteyerdim mene paytaxt salatinin reseptini deyesiz .birde qatıği nece hazirlamaq olar.chox saq olun.qarshidan gelen bayraminizi tebrik edirem.
TURKAN: Stakanla mence daha asandir axi. Stakan dediyimde cay fincanlari ki var, onlardan istifade etmek olar. Eyniyle o qeder tutur. Ruscasi chashka olan.
HAMINIZA TEBRIKLERE GORE TESEKKURLER! Yeni ilde gorusenedek!
Yemek hazirlamaga vaxtim olmur amma bu saytdaki reseptler meni yemek bishirmeye heveslendirir sag olun Farida xanim.
Salam,necesiz Feride xanim.Men sizin sayta vaxtim olduqca daxil oluram,reseptlerle maraqlaniram,amma 1 ci defedirki size yaziram.Size 2 sualim var.1.lor pendiri azerbaycan dilinde nedir ve ya ne ileevez etmek olar? 2.Men sizin sayta abune olmaq isteyirem,amma “abune ol”a tiklayiram hec ne alinmir 🙁 Cavablasaniz size coxx minnetdar olaram.PS: e mail adrese yollasaniz super olar,tsk.
Milli yeməklərimizi daha çox təbliq etsəniz daha yaxşı olar.Bunalra da görə çox sağ olun.
DADLI BIR SEYE OXSUYUR GEREK EVDE MUTLEQ HAZIRLAYIM, HER KESI GECDE OLSA SEMIMI QELBDEN YENI ILINIZI TEBRIK EDIREM, ALLAH BIZE SIPSIRIN GUNLER ACININ, KEDERIN OLMADIGI GUNLER NESIB ETSIN, AMIN
Salam Feride.Necesen?Bu menim 1ci sherhimdi.Azca heyecanliyam:)Bu sayti chooox beyenirem.Izahli yazmagin xoshuma gelir.Bezilerini hazirlamisham,ailem de beyenib.Ishinde ugurlar,Feride.
Günaydın Fəridə.
Narlı dizayn saytına xüsusi gözəllik verib.
TUILES VE LASAGNE VERNI AL FORDO BUNLAR INGILIS DILINDEDIR ZEHMET OLMASA AZERBAYCAN DILINIDE YAZASINIZ STEKAN MEN ONU NEZERDE TUTURDUM KI 2\1 3\1 3\2 VE S BASA DUSMUREM
salam FERIDE xanim.men ve anam SOLMaZ XANIM sizin reseptlerinizden faydalaniriq.menim anamainda coooox gozel,dadli,rahat hazirlana bilen salatlari,tortlari ve s. var.bizde bunlari sizin sehifelerinizde gosterilmesini isteyerdik.ancaq bunu nece edeceyimizi bilmirik.bize komek etseniz cox sad olardiq.
men yalniz bunu feride xanim ucun yox bunu bilen xanimlar ucunde yaziram.komek etseniz sad olaram
AZADE: Bizimle yeni reseptler paylasmaq isteyinizi beyenir ve alqislayiram. Cox gozel fikirdir. Bunun ucun men ayrica bir sehife – FORUM – yaratmagi planlasdirmisam. Forumda isteyen oz reseptini yazar. Buna bir az vaxt lazimdir. FORUM hazir olanda burada xeber vereceyem. Cox sag olun.
maraqlıdır
Feride xanım çox sağ olun
biz hər gün tort və kekslərə baxırıq
hele bisirmemisik eee
kurabiyeleriniz cox gozeldir tesekurler
Salam Fəridə xanım…Mən hər yerdə bu qurabiyələri axtarırdım və sonunda tapdım buna görə sizə minnətdaram.Qurabiyələri bişirəcəm…İnşallah yaxşı çıxar.
Salam Farida xanim, qarğıdalı nişastası istifade etmesek olarmi? ve ya ne ile evez etmek olar?
Olar, kartof nişastası ilə əvəz edə bilərsiniz. Heç istifadə etməsəniz də olar, amma o vaxt qurabiyələr bir az dağılmağa meylli ola bilərlər.
teshekkur edirem