Subscribe
Dadlı yemək reseptləri bloqu

Kartoflu Badımcan Yeməyi

Westgold

Kartoflu Badõmcan Yem?yi

Asan və olduqca ləzzətli tərəvəz yeməyi. İstəyə görə hazır yeməyin üstünə xırda-xırda doğranmış göyərti də səpmək olar.

Kartoflu Badımcan Yeməyi

4 pay üçün

Ərzaqlar:

5  ədəd badımcan
1  ədəd iri soğan
3-4 diş sarımsaq
1 ədəd yaşıl bibər (mütləq deyil)
2-3 ədəd kartof
3 ədəd pomidor
1 çay qaşığı tomat
5 qaşıq Westgold kərə yağı
Duz, istiot
Yarım stəkan qaynar su

Hazırlama Qaydası:

Kartoflu Badõmcan Yem?yi

Badımcanların qabığını zolaqvari soyub, badımcanı iri kubiklərə doğrayın. Acısını çıxartmaq üçün duzlu suda 20 dəqiqə saxlayıb, sudan keçirin və sıxın. Soğanı, sarımsaqları və bibəri xırda-xırda doğrayın. Kartof və pomidoru iri-iri doğrayın.

Kartoflu Badımcan Yeməyi

Qazanda yağı əridin. Soğan və sarımsağı əlavə edib arada qarışdıra-qarışdıra soğan yumuşalıb qızarmağa başlayanadək bişirin. Bibər və kartofu əlavə edib bir-iki dəqiqə də bişirin. Pomidor və tomatı əlavə edib bir-iki dəqiqə bişirin. Badımcanı  əlavə edib, qarışdırın. Duz-istiot vurun.

Kartoflu Badõmcan Yem?yi

Bir iki dəqiqə sonra suyu əlavə edin, qazanın qapağını örtün və yeməyi orta hərarətdə  15-20 dəqiqə ərzində bişirin. Karktof bişibsə yemək hazırdır. Yemək bişdiyi müddət ərzində tez-tez qarışdırmayın ki, badımcan əzilməsin.

Westgold

Bir cavab yazın