Subscribe
Dadlı yemək reseptləri bloqu

Kişmişli Bulkalar

Westgold

kesmikli bulka_01

Bu gün sizə ləziz və yumşaq kişmişli bulka resepti təqdim edəcəyəm.  Sobadan çıxan bu isti bulkalar həm çayla, həm də tək başına çox ləzzətli olur. Buyurun, siz də bişirin və sevdiyiniz insanlarla bərabər dadına baxın.

Kişmişli Bulkalar

16 ədəd bulka üçün

Ərzaqlar:

2 stəkan (500 ml) süd
150 qram şəkər tozu
2 çay qaşığı quru toz-maya
100 qram Westgold kərə yağı
150 qram kişmiş (mən qara kişmişdən istifadə etdim. İstəyə görə ağ kişmiş qata bilərsiniz)
5 stəkan yarım un
Bir çimdik duz
2 yumurta (birinin sarısını bulkaların üstü üçün ayırın)

Hazırlanma Qaydası:

kesmikli bulka_03

Südü bir az isidin (ilıq olmalıdır). Üstünə şəkər tozunu əlavə edib qarışdırın.

kesmikli bulka_05

Toz-mayanı da əlavə edib qarışdırıb kənara qoyun.

kesmikli bulka_04

Kərə yağını əridib soyuması üçün kənara çəkin.

kesmikli bulka_02

Kişmişi yuyub suyunu süzün.

kesmikli bulka_06

Ləyənə 4 stəkan un ələyin. Duz, mayalı-şəkərli süd, əridilmiş yağ və yumurtaları əlavə edib qarışdırın.

kesmikli bulka_07

Üstünə qalan unu da əlavə edib xəmir yoğurun (unun hamısını birdən tökməyin, tədricən tökün, çünki hamısı lazım olmaya bilər). Xəmir əvvəlcə ələ yapışacaq, amma yoğurduqca hamar olub yapışmayacaq. Yenə ələ yapışırsa biraz da un qatın.

kesmikli bulka_08

Kişmişi əlavə edib yenə yoğurun.

kesmikli bulka_09

Ləyənin dibinə bir az duru yağ gəzdirib xəmiri buraya yerləşdirin. Üstünü örtüb gəlməsi üçün isti yerə qoyun. Xəmir 1.5 – 2 saat sonra gəlmiş olmalıdır.

kesmikli bulka_11

Xəmiri balaca kündələrə bölün (təxminən 16 ədəd). Xəmir toplarını bir-birindən aralı olmaq şərtilə dibinə perqament kağızı sərilmiş listə düzün (perqamentiniz yoxdursa, listi bir az yağlayın). Listin ölçüsündən asılı olaraq 1 və ya 2 list lazım ola bilər.

kesmikli bulka_12

Listi  çay dəsmalı ilə örtüb 30 dəqiqəlik kənara qoyun ki, xəmir bir qədər də qabarsın. Sobanı 190Cdək isidin. Ayırdığınız yumurta sarısını bir qaşıq südlə qarışdırın. Bu qarışığı bulkaların səthinə çəkin. Listi sobanın orta gözünə yerləşdirib (2 listdən istifadə edirsinizsə,  birini yuxarı, digərini aşağı yerləşdirib, 10 dəqiqədən sonra yerlərini dəyişin) bulkaları 20 dəqiqə, yaxud üstləri qızaranadək bişirin. Nuş olsun!

 Şərh yazmağı unutmayın! Müzakirəyə qoşulun.

kesmikli bulka_13

Westgold

Bir cavab yazın


98 Comments
  1. Mmmmmmm ela! 🙂 yoxlamağa deyer mence! 🙂 ellerinize sağlıq, Feride xanım!

  2. Bulkalar cox dadli gorsenir.Bisirib yoxlamaga deyer.Ellerinize sagliq Feride xanim

  3. coxx dadlidirrr:)))

  4. BISIREREM DADI NECEDIRSE YAZARAM

  5. Coxdandır gözlediyim resept.tesekkurler, Feride xanım

  6. Salam, Ferde xanim. Bu gun bu bulkalarda biwirdim… cox qeweng cixdi.. men indiye kimi o qeder bulkalar elemiwem muxtelif saytlarin resepleriynen, ama hec biri bu cure yaxsi alinmamiwdi.. magazada satilanlardan da qewen yumwaq idi.. gorunuwu, dadi bir soznen cooox super elindi.. bunnan sonre sizin sayenizde magazadan alinmiw bulkalara sonn!!! PS Ama men kiwmiwsiz eledim:-) cunki, bulkada kiwmiwi o qeder de xowlamiram… Her weye gore cooox tewekkurler size. Allah komeyiniz olsun

  7. Salam Feride xanim,reseptleriniz cox degig ve lezzetlidir. Men bugun bu bulkalardan hazirladim, cox gozel alindilar (hem dadi, hem de gorunusu). Sadece bir sualim var idi. Bisirdiyim bulkalar pambig kimi yumusag deyil, amma berk de deyil, dadi da yerindedi. Bele olmalidir? Cox sagolun

    • Bəli, pambıq kimi yumşaq olmamalıdır. O, başqa reseptlə hazırlanır. Bir gün onu da bişirərik:)

  8. Hemiseki kimi gozel dadi oxuduqca hiss olunur
    .Bereketli olsun Feride xanim!Bisirdiyiniz,bizim ucun anlasilan yazdiginiz ucun minnetdariq.Yeni -yeni reseplerinizi cox sebirsizlikle gozduyurem.Birde size bir sualim olacaq.Zehmet olmasa deye bilersiz tort ucun krem pazirladiqdan sonra sohuducuya qoymaq lazimdi?duzu men qoydum curudu.amma evvel yaxsi alinmisdi.birde sade tort bisqivit resepdi yazabilersiz?evvelceden tessekur.

  9. Oy ne gozel. Ama bishirmeye chekinirem, chunki mende drojlu xemir hech vaxt qalxmir:( bilmirem ne detaldi sehv eleyirem, ama hemishe eyni shey.

    • Xanim siz, drojlu xemirlerde eger duzdu xemir ishi edirsizsede bir chay gashigi pesok gatin. Bir de xemir tam galxdigdan sonra bishirdiyiniz her nedir se adice choreyde olsa bishireceyiniz gaba yayiib, yumurtasin filan vurdugddan sonrada isti yerde gozledin. Oz ozune gaxacag onda pechkaya goyun. Men de de alinmirdi indi bele edirəm her elediyim ela chixir.

  10. Cox sagolun Feride xanim cooooooooox dadlidir!!!!!!!!

  11. Allah razi olsun mende bu bulkani bishirecem in sha Allah, icine cem qoymaq olarmi?

  12. Salam Feride xanim. Tesekkurler yeni resept ucun. Tecrubeden kecirdiyim bir seyi sizinle ve istifadecilerle bolusmek isteyirem. Men kismisi xemirle birge yogurub sobaya qoyduqda kismislerin kenarda ve asagida qalan hisseleri yanir, yanmayanlar da quruyur. Bununcun xemiri kismissiz yogurub onlari xemiri kundeleyerken kundenin ortasina qoyuram onda yanmir ve isti xemirin icinde bisen kismisin dadi ustde qalandan dadli olur.

  13. salam men bu resepti deyerlendirerek hazirladim cox gözel alindi ellerinize sagliq yaxwiki varsiniz.

  14. salam ela gorsenir.kismisin yerine qozdan isdifade etmek olar?

  15. Salam.men bisirdim bu bulkalardan.ama xemire cox un tokmeli oldum.cunki cox yumsaq alinmisdi.un cox tokduyume gore bulka berk alindi.corek dadi verirdi.

  16. Ela

  17. Cok guzel

  18. Paylaşdığınız reseptlər çox aydın şəkildədi. Keyfiyyətli işinizə görə çox sağ olun!

  19. feride xanim mende hec vaxt bulka xemiri alinmir kopmur

  20. super gorsenir.mutleq edecem

  21. cox gozel dadli di mende hazirladim ellernize sAGLIQ COX SUPER IDI

  22. Salam Feride x cox sag olun
    Allah razi olsun sizden
    Men bu gun biwirirem
    Xemir cox ela gelib

  23. Salam Feride xanim.Cox sagolun.Men biwirdim,ela cixdi.Qizima da meslehet gordum.

  24. cox saqolunki bele resepler yazisiz.

  25. Salam Feride xanim, bu resepte gore xususi ve chooox teshekkur edirem Size:)))). Artiq 4cu defedir ki bishirirem ve her kes chooox beyenir bulkalarimi (bulkalarinizi:))) ). Ellerinize, ureyinize sagliq bir daha:))

  26. Coox tesekkürler resepte göre ilk bulkalarimdi

  27. MUTLEQ BIWIRI YAZACAM,INANIRAM KI ELA ALINACAQ

  28. Feride xanim coooooox sag olun. Ela alindi

  29. Çox sagolun bu an durub bisirirem

  30. cok guzel yapdim

  31. cox gozel resept halal olsun xanimlar

  32. Cox sagol cox lezzletlidir

  33. Salam cox sagolun Feride xanim mende indi bisirirem Insallah alinar xemirim acisin deye gozluyurem

  34. Mende bişirecem.evvelde bişirmişdim ama kişilik bişirmemişdim.cox sagolun

  35. Heleki bişirirem.Çox sagolun mence yaxşı alınacaq

  36. Super alindi. Cox sagolun.

  37. Salam xanim…bulkalar cox leziz gorunur..ellerinize sagliq…men aryiq xemiri yogurmusam…gelmesini gozleyirem…cox sag olun…

  38. Recepte gore tesekkuler. Sabah mutleq hazirlayacam

  39. cox gozel,lezzetli ve asandir,men iki defe bisirmisem,cox raziyam.eladiii.coxcox asandi.

  40. indide xemir yoqurmusam gelmesini gozduyrem.

  41. nus olsun

  42. Men bisirdim.cox gozel oldu tesekkur edirem.. yeni reseplerde sizden gozleyirem…

    • Salam. Men dunen bishirdim. Amma ununu gosterilenden cox vurdum. Cunki yazilmishdi ki, ele yapishmamalidir. Amma mende yapishirdi xemir elime. Ona gore bulka corek kimi alindi. Menim size sualim: bes eger unun dozasi 5 stekan yarimdirsa, mende niye xemir ele yapishdi?

  43. bugun etdim bu resepti yumsaq gozel ve dadli bulkalar cixdi men limonu sevirem deye limon qabigi dasurtgecden kecirdim cox sagolun sizin sayti izleyirem

  44. mende eyni olcude etdim ama ele yapismadi gozel bulkalar cixdi ve sisdi doymak unu qesengdi onan edin

  45. Salam, Fəridə x.m. Sadəcə super..!! Bu gun bişirdim o gədər dadlıdır ki , bəh bəh. Çox sağ olun . İndi uşağı yatızdırıb kokoslu peçenye nizdən edəcəm inşallah. Öpürəm Sizi.

  46. Salam feride xanim , bu bulkalar heqiqeten de yumuwaq olur ? yeni soyuduqdan sonra seheri gun ?

    • Yumşaq olurlar, amma bişdiyi gün yeyilsə daha yaxşıdır.Sonrakı günlər sobada qısa müddətlik isitsəniz, bir az yumşalar.

  47. Şerhimi niye vermirsiz?????

  48. Haqsızlıqdır bu? Unun miqdarı haqqında çox adam yazıb. Niye ehemiyyet vermirsiz? Yalançı resept qoymusu bura

    • Şərhiniz sayta dərhal verilmişdir. Diqqətlə baxsaydınız görərdiniz. Fikir bildirməkdə hər kəs azaddır. Un bəzi reseptlərdə az gələ bilər, bu normaldır. Məm Amerikadakı undan istifadə edirəm. Ola bilər, sizin istifadə etdiyiniz un bir qədər fərqlidir və miqdarı artırılmalıdır. Elə artırmaq lazımdır ki, çox qatı xəmir alınmasın. Əsəbiləşməyin. Gələn dəfə yaxşı alınar.

  49. Salam. Xahiş edirem, reseptde düzeliş edesiniz. Unun miqdarı verilen erzaqlara göre azdır. Hardasa 7 stekan un istifade etsem de, yene de elime yapışırdı. Mecbur olub duru yağdan istifade etdim. Çox un tökdüyüme göre yeqin ki, bulka da şirin olmayacaq. Heyif, eziyyetinden(((( Xahiş edirem şerhimi verin sayta

  50. Salam. Men indi bisirdim. Çox lezzetli alındı.

  51. Çoox sağolun Feride xanım 🙂 men ilk defe idi ki bulka bişirirdim. Çooox dadlı çıxmışdı. Hamıda çooox beyendi. Resepte ferqli olaraq kişmiş qatmamışdım. Yarısının
    arasına wokolat kremi,yarısına da gavalı cemi qoymuşdum. 🙂 super alındı.

  52. kiloyla sokaladi hardan ala bilerem? xahis edirem yazasiniz Feride xanim

  53. Salam cox sagolun etdim cox qasang alindi tesakkurlar ama manda pambiq kimi yumsaq bulku resepti isteyirem sizdan basqa saytlara etibar etmirem man artiq sizin reseptlarinizla hazirlayiram lazzatli olur

  54. Salam Feride xanim. Cox sagolun bele gozel reseptlere gore.Sagolunki hem cox aydin hem de dadli reseptler hazirlayirsiz. Bu gun sizin reseptinizle bulkani hazirladim.Hem cox yumsaq hem de dadli alindi.reseptden ferqli olaraq un biraz cox apardi ve 2 yumurta qatdim sarisiyla birlikde.uzeri ucun 3-cu yumurtanin sarisindan istifade etdim. ailem de cox beyendi. bunun ucun size cox minnetdaram cox sagolun.

  55. Salam.cox sagolun.cox eladi amma basa dusmedim kismisle xemir şişir.?tesekkurler.

  56. Eladi.ellerinize sagliq

  57. Qesengdi bisirmeye deyer

  58. Salam aleykum!Allah razı olsun ilk dəfəydi bisirirdim çox gözəl də ak7ndi

  59. Eladır her şey

  60. Bulkalar cox dadli gorsenir mende bu reseptle edecem.amma isteyiremki pambiq kimi yumsaq olsun sizden xaiw edirem onun reseptini yazinda

  61. Bulkunuzu biwirdim ,her weyini oldugu kimi etdim quru cixdi ,niye oldugu kimi yazmirsiz resepti pewman oldum biwirmeyede xowumuza gelmedi .qizlar ne yaxwi sizde qeweng alinib bes ne edibsiz menede yazinda

  62. Ola bilerki istifade etdiyim undan olub .

  63. Xanim 5 stakan yarim un eledim yumusag cixdi yene elave etdim un amma bilmirem dadi nece olacag sirinliyi itmeyecek goresen

  64. Feride xanim,bisirdim bu lezzetli bulkalardan,cox ela alindi,en cox xemirin teksturasini xosladiq,ne berk deyil ne pambiq kimi deyil. Bir sozle ellerinize sagliq,üz agardan reseptleriniz var☺️

  65. Menim 12 yaşım var və mən bu resepti bilirəm edirəm və çox əla alınır

  66. Coxsağolun resept üçün bişirdim cox gozel alindi

  67. sALAM Bisirdim ve cox super alindi.YENI YENI RESEPTLER GOZLEYIRIK.SERFELI QIYMETE ASAN HAZIRLANAN TORTLAR OLA BILER.TSK

  68. salam Ferıde xanım men bunu 1 yaslı gızım ucun bısırmek ısteyırem mayanın yerıne yemeklık karbonat gatsam nece olar?burda pankeklerını doktoru karbonatla bısır demıstı.Bır de bu bulkanı men sgusonnıy maloko gatılmıs halını yemısdım bısmeden once mı sonra mı ıcıne gatmag lazımdı onu bılmırem

  69. Çox qeşeng görünürler. Kişmişli bulkanı cox beyenirem.
    Resepti yoxlayıb dadmağa deyer. Sağolun 🙂

  70. Salam. Men hazirladim bu resepti ama kiwmiwli yox tvoroqlu etdim. Duzdu yaxwi bulka cixdi ama yup-yumwag deyil. Biraz daha yumwaq olsaydi daha gozel alinardi. Ama yene de tewekkurler reseptiniz ucun.

Bir cavab yazın