Best in the World!
Dadlı yemək reseptləri bloqu

Kitabım Hazırdır!

 

Dostlar, mənim üçün çox sevindirici olan bu xəbəri çoxdan ingilisdilli səhifəmdə paylaşmışdım, amma bu səfihəyə əlim çatmamışdı. İndi paylaşıram. Deməli belə! Nəhayət, 7 ildir üzərində işlədiyim kulinariya kitabım çapdan çıxdı! Kitab iniglis dilindədir. Kitabda reseptlərlə yanaşı (təxminən 200 resept), atalar sözü, mədəniyyətimizə aid məlumat yer alır. Kitab rəngli fotoşəkillidir. Özünüzə, dostlarınıza, sevdiklərinizə gözəl hədiyyə ola bilər.  Keçidini bu yazıya əlave etdiyim kitabla bağlı qısa videonu qızım hazırlayıb. Ümid edirəm ki, baxıb bəyənəcəksiniz!

Bəs bu kitabı haradan və necə əldən etmək olar?

Bakıda yaşayırsınızsa:

Variant 1: Kitab hal-hazırda ön sifarişə çıxardılıb. Keçiddəki saytdan kitabı sifariş edib, onu Bakıda təyin edəcəyim yerdən ala bilərsiniz. Ön-sifariş müddəti təxminən bu həftənin axırına kimi davam edəcək. Bu cür sifariş etsəniz, yalnız və yalnız kitabın qiymətini ödəyəcəksiniz. Nəqliyyat isə pulsuzdur. Bu variant ön sifariş müddəti  qurtardıqdan sonra dəyandırılacaq.

Sifarişi buradan edə bilərsiniz: http://www.azcookbook.com/product/pomegranates-and-saffron/

Variant 2:  Kitab tezliklə Bakıdakı Əli və Nino mağazalarında satışa çıxacaq (tarix sonra açıqlanacaq).

Türkiyədə yaşayırsınızsa:

Yuraxıra qeyd etdiyim keçiddən Türkiyənin hər təfərinə kitab sifarişi edə bilərsiniz. Kitabın qiymətindən əlavə “yurtiçi kargo” ödəməsi də edəcəksiniz. Kitablar sizə  birbaşa Türkiyədən göndəriləcək. Qeyd edim ki, Türkiyə təmsilçimizdə sadəcə 7 kitab qalıb. Digərləri artıq sifariş olunub.

UPDATE: Türkiyədə satılan kitablar artıq qurtarıb!

Başqa ölkədə yaşayırsınızsa:

Yenə yuxarıdakı keçiddən yaşadığınız ünvana kitab sifariş edə bilərsiniz. Dünyanın hər nöqtəsinə kitab göndəririk.

Diqqətinizə və dəstəyinizə görə çox sağ olun!

Fəridə

Bir cavab yazın

30 Şərh
  1. Xeyirli-uğurlu olsun, Fəridə xanım! 🙂

  2. tebrik edirem..mutleq alacam.gozlediyim kitablardan biri idi.xeyirli ugurlu olsun.

  3. Tebrikler xeyirli uqurlu olsun mende alacam

  4. xeyirli olsun

  5. sAlam Feride xanim necesiniz?men bu saytin istifadecisiyem amma instuta hazirlawiram deye muellim yanina gedib geldiyim ucun bura gele bilmirdim…ama sizlercin cox darixmiwdimm…canim Feride bacim sizi tebrik edirem teze kitab munasibetiylee inwallah bundan sonrada cox uqurnuz olar…menimcinde dua edin inustuta girim)

    • Çox sağ olun! Dua edəcəm:)

      • Cox sag olun can….mende sizin yeni yeni uqurlarinizcin dua edecem..Feride xanim mene weker diabetli xesteler ucun olan nese reesept yaza bilersiz?

  6. Tebrikler canim menim en kicik uqurunuz bu kitab olsun en gözel arzular sizin olsun urekden sevindim sizin sevincinize cox şad oldum.Sizi virtual tanisamda ureyime çox yatmisiz. semimi qelbden tebrikler. Birde bilmek isdiyerdim kitabiniz azerbaycan dilinde derc olunacaq öpdum

  7. Tebrik edirem Feride xanim.xeyirli olsun…

  8. Feride hanım cani gönülden sizi tebrik ediyorum.Ellerinize sağlık,hayırlı uğurlu olsun.Milli mutfağımızı medeniyyetimizi dünyada tanıttığınız için size çok çok teşekkür ediyorum.Bravo sizinle gürur duyuyoruz :))

  9. salam. tebrikler qurur duyuruz Kitabin azerbaycan dili varianti varmi varsa Bakiya ne zaman gelecek?

    • Kitab təkcə ingilis dilindədir. Tezlikə Bakıya gələcək. Bu haqda buraya yazı yerləşdirəcəm.

  10. Zenmet olmasa mene seker xestelerine aid sirniyyat deyin

  11. Zenmet olmasa mene seker xestelerine aid sirniyyat deyin Xeyir ilk defedir

  12. Aferin Feride xanim, tebrikler!!!!

  13. Tebrikler Feride xanim ! cox xahis edirik Azerbaycan dilindede olsun..

  14. Tebrik edirem,Inwallah sesiniz hemiwe geler.axi biz sizsiz ne ederik.Urekden tebrik edirem.helelik,goruwene qeder

  15. Salam Feride xanim!Halal olsun size!Hem gozel,hem savadli,hem iwguzar,hem de evdarsiz!Seni dunyaya getirib terbiye Eden anaya Tewekkur edirem ve ellerinden opurem!Cox qurur duyuruq Seninle!Tebrik edir ve novbeti ugurlarini sebirsizlikle gozleyirik!

Bir cavab yazın