Best in the World!
Dadlı yemək reseptləri bloqu

Moldaviya Üsulu Göbələk Yeməyi (Tokana)

Tokana Moldaviyanın məşhur yeməklərindən  biridir. Ənənəvi olaraq, tokana mamalıqa adlanan qarğıdalı əzməsi ilə yeyilir, amma mən adətən adi kartof əzməsi (püresi) isə süfrəyə verirəm. Nuş Olsun!

Moldaviya Üsulu Göbələk Yeməyi (Tokana)
Mənbə – “Please to the Table: the Russian Cookbook”, Anya von Bremzen and John Welchman

700 g göbələk  (istədiyiniz növ ola bilər, və ya bir neçə növün qarışığı)
5 xörək qaşığı günəbaxan yağı və yaxud zeytun yağı
bir xörək qaşığı yarım limon suyu
1 ədəd iri soğan – iri-iri doğrayın
1 ədəd qırmızı Bolqar bibəri – kubiklərə doğrayın
3 ədəd iri yetişmiş pomidor – qabığını soyun, dənələrini çıxardın, iri-iri doğrayın
2 diş sarımsaq – doğrayın
1 çay qaşığıl şirin qırmızı bibər tozu (paprika)
bir çay qaşığının ucunda quru kəkliotu
yarım çay qaşığı cirə
2 çay qaşığı un
3/4 stəkan (bir stəkandan bir az az) ağ şərab
duz
istiot
3 xörək qaşığı xırda-xırda doğranmış cəfəri

Göbələklərin papaqlarını “ayaqlarından” ayırıb, papaqlarını nəm tənziflə təmizləyin. Nə çox nazik, nə də ki çox qalın dilimləyin. Gğbələklərin “ayaqları” çox qalın və bərk deyilsə, onları da doğrayınb istifadə edə  bilərsiniz.

İri tavada 4 qaşıq yağı qızdırın. Göbələyi əlavə edib, tez-tez qarışdıra-qarışdıra 7 dəqiqə bişirin. Üstünə limon suyu töküb, tavanı kənara çəkin.

Qalan yağı dibi qalın qazanda orta odda qızdırın. Soğan və bibərləri əlavə edib, soğanın rəngi  bir az saralanadək bişirin, təxminən 7-8 dəqiqə. Pomidor, sarımsaq, bibər tozu, kəklikotu və cirəni əlavə edib, tez-tez qarışdıra-qarışdıra 3-4 dəqiqə bişirin.

Qazı vam oda gətirin. Qazana unu və şərabı əlavə edib, qarışdırın. Zövgə görə duz, istiot əlavə edin. Vam odda qapağı örtülü halda 12-15 dəqiqə bişirin. Sonra isə qazana kənardakı göbələyi də əlavə edib, 10 dəqiqə də bişirin. Üstünə cəfəri səpib, süfrəyə verin.

Bir cavab yazın

28 Şərh
  1. Göbeleyi cox sevirem.Bu yemeyide bishirib dadina baxarig .Yegin ki o biri receptler kimi bu da dadli olar her halda 🙂

  2. Seçim çox azdı mən istədiyimi tapa bilmirəm burda.Günəbaxan salatının reseptini yazsaydız yaxsı olardı.tort növləri də çox azdı.

  3. sabira xanim sizin bloqda ne qederdi yaza bilersinizmi?

  4. size cooooooooooooooooox tesekkur edirem

  5. salam.FERIde xanim. ag serab tokmesek onun yarine spirtsiz evezleyici ne toke bilerik

  6. cox xosuma geldi yeni resept.mumkunse italyan yemeyi olan tiramisunu da elave edin

  7. MINA: Serab vurmasaniz da olar. Ve yaxud onun evezine bri cay qasiqi alma sirkesi ola biler, cox deyil amma.

  8. GUNEL:SALAM FERIDE XANIM.necesiniz?men coxdan sizin yazilari izleyirem.ve cox xahis edirem yazimi oxuyun ve cavab yazin cunki gozleyecem.sezar salatinin tam deqiq resepti ve sosu.opdum gozleyecem…………

  9. GUNEL:hEE BIRDEKI Cox resepylerim var hem yemek hem sirniyyat.dehset coxdu.gonderim?lazimdursa xeber edin gonderim.by by…………………………

  10. cox sag olun ela reseptdir

  11. Salam Fəridə xanım, belə maraqlı reseptə görə təşəkkür edirəm. Amma siz orda “şərab” qeyd etmisiz. Mən onu başqa nə ilə eəvəz edə bilərəm?
    Dinimizə görə spirtli qidalar bizə qadağandır. Bu səbəbdən növbəti reseptlərinizdə bunları nəzərə alacağınıza böyük ümid bəsləyirəm.

    Hörmətlə Aynur.

  12. AYNUR: Şərabdan istifadə etmirsinizsə, onda adi su qoyun. Bir az da sirkə əlavə etmək olar.

  13. Bu resepte gorede sagolun Feride xanim. men gobeleyi cox seven birisi oldugum ucun hemen bishirdim bu yemeyi ve cox da xoshuma geldi.

  14. tiramisu reseptin yazsaniz cox ela olardi

  15. Feride xanim,niye gobeleyi suda yuyun demirsiz,silin deyirsiz,yumaq olmaz ki?yumagin ne menfi ceheti var?

  16. HUSNIYE: Men magazadan aldigim gobeleyi yumuram burdakilar temizlenmis veziyyetde gelir, ona gore silirem. Hem de ki yuyanda gobelek bisilende sulanir, su buraxir.

  17. bunu da bisirecem.gobeleyi cox xoslayiram.siz cooox sag olun ki bele reseptleri yerlesdirirsiniz.bir necesini artiq bisirmisem.hami beyenib.

  18. salamlar yemeyin reseptini yazan ve bu sayti hazirlayanlara esq olsun

  19. salam,Feride xanim.
    Size 1 sualim var,gobeleleyi (shampinion gobeleyi) bisirende ustune cixan su tund reng olduqundan men kenara atiram,nese qorxuram,amma bezi xanimlar suyu cekilene qeder gozleyib dalinca yaqin tokub qizardirlar.Sizin fikrinizi bilmek isteyirem men nece edim?onceden tesekkurler.
    Allah amaninda!

  20. SEVİNC -Göbələyi tavaya bir lay yığın, zeytun yağı qızdırılmış tavaya. Qoyun bir üzü bir az qızarsın, qarışdırmayın, sonra çevirin, sulanmayacaq. Tezliklə buna aid bir reseptim olacaq.

  21. pisdi

  22. Men serab yerine 1 defe alma siresi (sok-juice) istifade etmisem, beyendik. Mence uzum siresinden(sok-juice) istifade etmek olar.

  23. salam herkese!!!
    Men bu yemey beyenmedim o qederde,bilmirem belkede mende bele alindi!!!

    FERIDE xanim men her seyi siz dediyiniz kimi ve eyni olcukerde etdim,lakin soqan pamidor olan qarisiq mende pure kimi alindi bilmirem neden???amma men sizin sekile baxiram orda her sey diri qalib yeni pure halda deyil((((EGER MUMKUNSE SOYLEYE BILERSIZ NE UCUN MENDE BELE ALINDI YOXSA BELEDE OLUR????

  24. ARZU NY, pomidorun tumlu,sulu hissəsi yeməklərə qatılanda su salır. Ona görə də sizdə də püre kimi alınıb. Qabığını soyduqdan sonra pomidorların həmin toxumlu,sulu hissəsini də ayırın. İri-iri doğrayıb sonra soğana qatın. Belə etsəniz su salmadan diri qalacaq,püreyə çevrilməyək.

  25. salam,FERIDE xanim! ilk defedir ki,sizin sayta girirem.internetde milli metbeximizin yemeklerini axtarirdim ve sizin sayti tapdim.cox beyendim saytinizi.hem reseptler hem dizayn umumilikde her sey.bu yemekle bagli 1sualim var:serabi basqa 1seyle evez etmek olarmi?1sualim da badimcan-biber dolmasiyla baglidir:dolmalri tavaya yiganda uzerine 1az su tokmek lazim deyil?yeni yapismayacaqlar tavaya? ugurlarinizin davamli olmasini dileyirem FERIDE xanim!

  26. salam ferde xanim men bu gun oxudum sizin resepleri cox gozeldi bir necesni yazdim mutleq hazirlayacam tesekur edirem.

  27. bishirdim. ag sherabin evezine 1 fincan(texmini 130 ml) suda 1 cay qashigi alma sirkesini qarishdirib elave etdim. yaxshi alindi. lap shekildeki kimi!

  28. salam herkese. en esasi Feride xanima. duzdu burdaki yemeylerin coxunu piwirmemiwem ama rseptleri gotururem inwallah qismet olsa oz evimde biwirerem. Feride xanim oncelikle size coooxxxx tewekkur eliyirem bizim ucun bele faydali meslehetli bloq acdiginiza gore. Allah sizden razi olsun.
    Arzu NY men bunu elemiwem ama alma sirkesiyle elede cox tokmemiwem. burdaki gorunuwdeki biberdi diri diri gorsenir. pamidor ister isteme azcada olsa azilir. ama burdaki men bilen biberdi ele gorsenir. en yaxwisini Feride xanim biler tebiiki

Bir cavab yazın