Best in the World!
Dadlı yemək reseptləri bloqu

Nərgizə Bənzər Yumurta Salatı (Nergisleme)

Nergisleme | AZcookbook.com

Nərgizə bənzər yumurta salatı – Nergisleme. Adı ilə diqqətinizi çəkdi? Engin Akının Essential Turkish Cuisine kitabında bu reseptin adına rast gələndə mənim də çox marağımı çəkdi.

Türkiyənin cənub-şərqi bölgəsi Diyarbakırın bu sadə reseptində soyutma yumurtatəzə ətirli göyərtilər istifadə olunur, üzərinə isə acı qırmızı bibər və sumax əlavə edilir. Nergisleme yaz bayramı Novruzda onun gəlişini simvollaşdırmaqla yanaşı, bütün bölgədə piknik yeməyi kimi məşhurdur. 

Bu salat öz adını Nərgiz gülündən almışdır, səbəb isə məhz Nərgizin rənglərində – yaşıl, sarı və ağ rənglərdə olmasıdır. 

Mən bu salatın tarixi ilə maraqlandığımda Nərgiz əfsanəsini tapdım. Uzaq kəndlərdən birində qadınlar öz bağlarından təravətli otlarla və soyutma yumurta ilə salat hazırlayırlar. Onlar bu salatı o qədər bəyənirlər ki, artıq onu hazırlamaq günlük ritual halını alır. Bu qadınlardan Nərgiz adlı birinin salatı hər zaman digərlərindən daha dadlı olurmuş. Beləliklə, kənddə bu salatın adını o qadının şərəfinə Nergisleme qoyurlar. Bu qadınlar salatın artıq hissələrini isə quşlara yem olsun deyə atırdılar və bir gün həmin yerdə çox gözəl güllər gördülər, bu güllər hazırladıqları salat kimi yaşıl, sarı və ağ rənglərdən ibarət idilər. Kənd camaatı bu gülün adını da Nərgiz qoydu (türkcəsi Nergis). 

Maraqlı hekayədir. Həqiqət yoxsa uydurulmuş olması onun sevimliliyini azaltmır. Elə deyil? Ümid edirəm ki, siz bu salatı çox bəyənəcəksiniz.

Nergisleme | AZcookbook.com

Nərgizə Bənzər Yumurta Salatı (Nergisleme)

Siz salatın üzərinə zeytun yağı da əlavə edə bilərsiniz, amma bu mütləq deyil. 

Ərzaqlar

  • Bərk bişmiş soyutma yumurtalar (nə qədər arzulasanız) soyumuş, soyulmuş, doğranmış
  • Təzə yaşıl soğan, doğranmış (həm yaşıl, həm ağ hissələri)
  • Təzə cəfəri, doğranmış 
  • Təzə şüyüd, doğranmış 
  • 1 acı qırmızı bibər (pul bibərlə də əvəz edə bilərsiniz)
  • Sumax zövqə görə 
  • Duz zövqə görə 
  • Extra virjin zeytun yağı (zəruri deyil)

Hazırlanması

  1. Yumurtaları kifayət qədər göyərti ilə qarışdırın (göyərtilərin miqdarı yumurtalara bərabər olmalıdır).
  2. Acı bibər, sumax və bibəri əladə edin.
  3. Əgər istifadə edirsinizsə, üzərinə zeytun yağı tökün.
  4. Otaq temperaturunda servis edin.

***
Resept Engin Akının Essential Turkish Cuisine kitabından adaptasiya olunmuşdur.

Bir cavab yazın