Best in the World!
Dadlı yemək reseptləri bloqu

Narlı Yumurta (Narnumru)

Narnumru

Deyin görüm bu narlı yumurta şəklini görəndə ilk reaksiyanız necə oldu? Əgər siz “Wow!” dedinizsə, onda çox sağ olun! Sevindim ki, bəyəndiniz. Əgər “İkisi bir yerdə? Nə? Necə yəni? Elə niyə? Hmm.” Deyə düşündünüzsə yenə də sağ olun. Bu sizin günahınız deyil. Çünki, həqiqətən də, bir-biri ilə qətiyyən əlaqəsi olmayan bu iki ərzağı bir yeməkdə birləşdirmək kimin ağlına gələ bilərdi? Əgər kiminsə bunu etdiyindən xəbərim olmasaydı mən də elə sizin verdiyiniz sualları verərdim. Amma mən bilirəm ki, kimsə bunu artıq edib. Azərbaycanın Salyan rayonunda, nar və yumurtanın narnumru adlı qeyri-adi xörəkdə birləşdiyi gözəl məkanda.

Və indi mən sizə bu yeməyin necə bişirildiyini danışacağam.

Narnumruda yumurtalar şirəli nar dənələrindən ibarət əlvan yatağın üzərində bişir və bu, dadların və rənglərin gözqamaşdırıcı təzadını yaradır. Üstəlik, biz bunu yalnız üç ərzaqla – soğan, nar dənələri və yumurta ilə əldə edirik. Amma nəticədə tam ləzzətli bir xörək alınır. Unikal. Ekzotik. Dadlı. Qidalı.

Azərbaycanda narın bolluğunu və milli mətbəxdə çox istifadə olunduğunu nümayiş etdirmək üçün bu resepti bir çox yerli nar yeməkləri ilə birlikdə özümün “Pomegranates & Saffron” adlı yemək kitabıma daxil etmişəm. Beləliklə, dostlar, siz mənim yemək kitabıma eksklüziv bir nəzər salmış olursunuz. Mən sizə görə çox həyəcanlıyam! Özüm üçün də, çünki mən hər zaman sizinlə reseptlərimi bölüşəndə həyəcanlı oluram! Yeri gəlmişkən, yemək kitabımı Bakıdakı Əli və Nino kitab mağazalarından ala bilərisniz. Birinci nəşr məhdud sayda çap olunub və ümid edirəm siz onu əldən buraxmayacaqsınız.

Bu arada bu ilin nar mövsümünün ləzzətini çıxarın – bir narı kəsin, içindən o qiymətli dənələri çıxarın, özünüz və sevdikləriniz üçün narnumru bişirin və ləzzətlə yeyin.

Bir də ki, Türkiyədə yaşayan blogger dostum Zerrinin narlı yumurtasına da onun bloqunda nəzər salın. Zerrin mənim kitabımdakı reseptdən istifadə edib. Onun yeməyi də çox dadlı görünür!

Pomegranate


Narlı Yumurta (Narnumru)
“Pomegranates & Saffron: A Culinary Journey to Azerbaijan” kitabından götürülmüşdü

4 porsiya üçün

Qeyd: Tavada nar dənələrinin qatı seyrək olmamalıdır, sıx və qalın olmalıdır. Həm də, daha dadlı olması üçün şirəli dənələri və xırda tumları olan turşaşirin narlar götürün. İstəsəniz şəkildəki kimi bir yumurta ilə hazırlanmış birnəfərlik narnumru da bişirə bilərsiniz. Bu zaman digər ərzaqları da balaca, 18 sm-lik tavaya uyğunlaşdırmalısınız.

Ərzaqlar

6 xörək qaşığı ərinmiş yağ, yaxud adi kərə yağı*
1 orta ölçülü soğan, incə doğranmış (1 stəkan)
4 stəkan şirəli nar dənələri (4 orta ölçülü nardan)
4 iri yumurta
Duz
Üyüdülmüş qara istiot

Hazırlanması

Yağı orta ölçülü tavada orta istilikdə əridin. Soğanı əlavə edib təxminən 10 dəqiqə tez-tez qarışdıraraq açıq qızılı rəng alana qədər bişirin.

Nar dənələrini əlavə edin, qapağını örtün və təxminən 10 dəqiqə orta aşağı istilikdə vaxtaşırı qarışdıraraq dənələr şirələrinin bir hissəsini buraxana qədər bişirin.

Yumurtaları bir-bir, səliqə ilə, bir-birindən eyni məsafədə, sarıları pozulmayacaq şəkildə tavanın içinə qırın. Zövqə görə duz və istiot vurun. Təxminən 5 dəqiqə, yumurtaların ağı bişənə, sarılarınsa üzəri bərkiyənə qədər bişirin (qapağı örtə də bilərsiniz). Sarıların ortaları bir qədər yumşaq qalmalıdır. Odun üzərindən götürün və dərhal çörəklə süfrəyə verin.

* Əgər adi (ərinməmiş) kərə yağından istifadə edirsinizsə onun yanmasının qarşısını almaq üçün tavaya kərə yağı ilə birlikdə bir çay qaşığl zeytun yağı əlavə edin.

Bir cavab yazın

24 Şərh
  1. Feride xaniim salam, bu yemeyin dadini hele ki hec cure tesevvur ede bilmesem de, sirf bu gozelliye, bu gozel gorunusune gore mutleq bisirecem inshallah. Men artiq bu resepti ingilis dilli versiyadan gorub gozalti etmiwdim:) bu gozelliye bigane qala bilmezdim. Sadece Size bir sualim var, siz bu yemeyi seher yemeyi kimi meslehet gorrursuz, yoxsa ikinci yemek kimi de teqdim etmek olar?

    • Məncə hər ikisi də ola bilər – həm səhər yeməyi kimi, həm ikinci. Nuş olsun!

  2. SALAM FERIDE XANIM,MEN DEMEY OLAR UTUN RESEPTLERINIZI BEYENIREM.AMMA YALAN DEYE BILMIYECEM,BU RESEPTE BAXANDA…UREYIM QALXDI.

  3. feride cox saol her seye gore ama bu resepti gorenkimi iyrendim inanki yumurtadanda nardanda ama diger reseptlerin superdi elerin derd gormesin mende isteyirem saytda resept yerlesdirim bunu nece ede bilerem?

  4. salam, resepti oxudum turwawirin dadi beyendiyim ucun biwirecem inwAllah, amma resebtde 1 yalniw var,
    Hazırlanması qaydasinda:
    Yağı orta ölçülü tavada orta istilikdə əridin. Yumurtanı əlavə edib təxminən 10 dəqiqə tez-tez qarışdıraraq açıq qızılı rəng alana qədər bişirin. – bu hissede sogani elave edib aciq qizili reng alana qeder biwirmek lazimdir.

    tewekkurler.

    • Çox sağ olun qeydə görə. Düz deyirsiniz, səhf gedib. İndicə düzəltdim.

  5. Mence nar meeles olsa qlazoqladadli cixar. yoldashima deyerem bishirere ya ozum bishirerem

  6. Salam,gorunuwune soz ola bilmez,ama menim narla o qeder de aram yaxwi deyil,esas da yemeyin terkibindedirse,sebeb–nari yeyende deneleri narahatciliq verir,yene de tewekkurler,helelik,iwlerinizde ugurlar

  7. Canim Feride xanum,salam!Elleriniz derd gormesin,inwallah!Sizin reseptlerinizden seve seve istifade edirem,Amma bu narnumrunu men hec beyenmedim!Kitabiniz da mubarek!tebrikler!

  8. bu reseptı gorunce ıyrendık yazmısız,ama bele önyargılı olmayın.Evvelce bu yemeyı bısırın dadına baxın sonra fıkrınızı yazın,Ferıde xanım sıze tesekkur edırem resepte gore evveller nenem bısırerdı bunu dogurdan da cox cox ferglı dadı var,hetta plov ıle yeyenler de var bunu

    • Çox sağ olun. Mən bloqda yeməyə qarşı “iyrəndim” sözünü eşidən insanlara etik qaydalara diqqət etməklərini məsləhət görürəm. Yeməyə iyrəndim deyib, sonra da reseptə görə təşəkkür edənlərə sözüm belə yoxdur. Eyni insanlan buna bənzər şərh gəlsə, o dərhal saytdan BLOK-a qoyulacaq. Yeməyi sevməmək olar, amma hansısa yeməyə iyrənc demək ayıbdır. Sizə dəstəyinizə görə təşəkkür edirəm.

  9. men sizle tamamile raziyam,en azindan bura emek serf olunub,”iyrendim” sozu yazmalari hec duzgun deyil. men hazirladim cox dadli alindi. teshekkur edirem

  10. Salam,mence reseptin muellifi o sozu yazanlara oz iradini bildirdi,bu meselenni bu qeder uzatmagin menasi yoxdur,her kes oz sehvini bawa duwmuw olar,birde bu sehve yol vermezler.ele fikirlewmeyin ki bu sozleri ozume gore deyirem,her halda menim mesajimi oxumusuz,muellifin iradinin mene hec aidiyyati yoxdu)))))helelik

  11. Salam Feride xanim.kitabiniza gore sizi tebrik edirem. Yemek cox dadli ve gozoxsayandi. Duzdu men narin tumlarini xowlamiram amma yoldasim nar ve yumurtani ayriliqda cox sevir. Ona bu yemekle surpriz etmeyi dusunurem. Tesekkurler.

  12. Feride Xanim, bloqunuza, chekdiyiniz eziyyetlere gore temekkur edirem. yumurtani temiz qariwdirib, sonra nara qatsam, bu ne qeder dadina tesir edecek.?

    • Nar əvvəlcə bir az bişməlidir, sonra yumurta vurulmalıdır.

    • Əvvəlcə nar bir az bişməlidir, sonra yumurta vurulmalıdır.

  13. Cox sag olun butun reseptlere gore.cox faydalanirig

  14. Cox sag olun butun reseptlere gore.cox faydalanirig.

  15. Çox gözəl yazırsınız, həm dinamik, həm aydın. Mən oxuduqca ləzzət aldım.

  16. Salamlar. Bu yemek salyanlilarin movsumi sevdiyi yemekdi. Ve eminlikle deyw bilerem ki salyanda yashli bir nenenin bisirdiyi bu yemeyin lezzetini hec vaxt unutmayacam. En esas meqamlardan biri soqanin ne cox qizarmasidi cunki o vaxt nar suyunu buraxanda yemeyin tami pis olacaq. Ne de cox diri qalmamalidir soqan aciq qizili reng olanda.

Bir cavab yazın