Subscribe
Dadlı yemək reseptləri bloqu

Pərpətöyün Turşusu

Pərpətöyündən sarımsaqlı qatıqla salat hazırlamaqdan savayı daha nə etmək olar? Əlbətdə ki turşuya qoymaq. Hazırlayın,çox güman ki bu dadına baxdığınız ən ləzzətli şey olacaq. Mən bu dadı çox sevirəm.  Xırçıldayan, xoş turşməzə, maraqlı tamı olan pərpətöyün turşusu xüsusi ilə ət yeməkləriylə birgə yeyiləndə gözəl olur. Kaliforniyada  pərpətöyünü fermer bazarından alıram. Aşağıda gördüyünüz pərpətöyünün şəkilini isə Bakıda çəkmişəm.

Pərpətöyün Turşusu

2 litrlik banka üçün

1 kq pərpətöyün (gövdə və yarpaqlarıyla birgə)*
5-6 diş sarımsaq
4 quru dəfnə yarpağı
5-6 qara istiot dənəsi
3 xörək qaşığı iri xörək duzu
4 fincan üzüm sirkəsi ilə 2 fincan suyun qarışığı

Hazırlanması:

Qaynar suda istifadə ediləcək banka sterilizə edin və tamamilə qurudun. Pərpətöyünün kökünü kəsib təmizləyin. Yarpaqlarından və gövdəsindən torpaq təmizlənənə qədər yaxşıca yuyun. Aşsüzəndən suyunu tamamilə süzün. Pərpətöyünü bankaya yığın,sarımsaq,dəfnə yarpağı,istiot dənələri və duzu üzərinə əlavə edin. Sirkə+su qarışığını bankadakı pərpətöyünün üzərinə çıxanadək tökün. Bankanın ağzını möhkəm bağlayın. Ədviyyat bankanın hər tərəfinə bərabər yayılsın deyə bir neçə dəfə yüngülcə bankanı o yana-bu yana çevirin. İstifadə etməzdən öncə ən azı 4-5 gün sərin yerdə saxlayın.

*Konservləşən zaman pərpətöyün az bir vaxtda büzüşüb yığılır, yaxşı olar ki soyuducuda əlavə pərpətöyün saxlayasız və lazım olanda təzə pərpətöyünü əvvəlkinin üzərinə əlavə edib bankanı doldurasız.

Bir cavab yazın


26 Comments
  1. Salam Feride xanim.Duzunu desem men bu formada perpetoyun tursusunu hecvaxt yememisem.Amma mutleq ve mutleq bu tursunu hazirlayacagam.Feride xanim sizden 1 isteyim var .Mumkunse ” LAZANYA” reseptini Azerbaycan dilindede yazardiniz..Sayita Ingilis dilinde yerlesdirmisiniz . Bes bizim dilde niye yazmamisinz?.

  2. Feride xanim sirke cox deyil ki ? Mama gil tursu tutanda hemise yadimdadirki 1 ve ya 2 xorek qasigi sirke tokurler .Cox olanda turs olur deyene.

  3. Salam Feride.Bu turşu menim uşaqliq illerimi yadima saldi.Qonşumuz taliş idi,O eleyirdi bu turşunu.Ele sevinerdim ki,ondan bize pay verende.Amma ne gôyertinin adini bilirdim,nede hazirlanmasini.Allah S izden razi olsun…Mûtleq eleyecem,Cox sağ olun.
    Sual:Men bunu indi elesem,qışa saxlaya bilerem?

  4. Salam feride xanim

  5. Salam,Feride xanim.Ilk once bele gozel reseptler verdiyiniz ucun oz derin tesekkurumu bildirirem.Sizden bir xahisim var.tortun kremini nece hazirlayimki curumesin.xahis edirem sualimi cavablandirin.

  6. men evvelce yagi yaxsica caliram sonra sonra sonra ne tokecemse onu da az az eleve edirem krem curumur. eyer yene de acilmasa 1 cay qasigi duru yag tokurem.curuntu acilir.

  7. cox sag olun. ele men de bunun hazirlanmasini axtarirdim ele yerine dushdu.

  8. NATƏVAN – Ölçülər dəqiqdir.

    SƏİDƏ – Qışa da qalar.

  9. feride xanim zehmet olmasa kiyev katletinin reseptini yaznda

  10. salam feride xanim Olive Walnut Mini Breads azeri versiyasin yazinda sayitiniz xosuma geldi.TEBRIKLER

  11. Salam necesiniz bu sayta cox teshekkur edirem

  12. superdi hazirlamiwam beyenirem

  13. Salam FERIDE xanim!!!Ramazan ayi munasibeti ile sizi ve butun oruc tutan insanlari tebrik edirem.ALLAX her kesin dualarini ve orucunu qebul etsin!Bu muqeddes ayda yeni reseptlerinizin olmaqini cox isteyerdim.

  14. yeni bu tursunu sevmeyen var? bagimiz dolu olurdu, rehmetlik nenemle o geder yigirdig bundan…

  15. men bunu hec vaxt ewitmemiwdim ancag qatigla qatib yemiwem cox isdiyirem dadli olur inwallah gelen yayda mamiya deyecem bunnan hazirlasin

  16. Feride xanim.men bu turshunu hazirlayiram,amma perpeyini hemishe portledirem.

  17. 2fincan qaynar su yoxsa soyuq suu?

  18. SALAM.SIZE DERIN MINNETDARLIGIMI BILDIRIREM.AMMA MEN BU GUNE QEDER TAM FERQLI RESEPTLE HAZIRLAYIRDIM.PERPOTOYUNU QAYNAR SUYA SALIB CIXARDIRDIM.BU DEFE BUNU SINAYACAM

  19. salam.men u turshunu tutram cox gozelde cixir meslehetdi xanimlar.kecan il 1ci defe tutmushdum bu il yaya girmemishemde ovoshnoylarda terpetoyun axtarishina cixmishdim ki birden mene qalmaz

  20. По-русски в Баку эту траву называют портулак

    • salam portdedenden sonra ustune bankada soyuq su tokursunuz?bes portdetmemis etsek reseptdeki kimi onda uste 2 stekan qaynar su tokmeliyik?

  21. salam Feride xanim. olar ki, bankani adi qapaqla bagliyib yani sterilize olunmayan

  22. Feride xanim salam.Feridr xanim bu turshu ucun sirkeni hansi olcu fincanla tokmusunuz?yeni 1 fincan nece ml?

Bir cavab yazın