Best in the World!
Dadlı yemək reseptləri bloqu

Darçınlı Burmalar

Darçınlı Burmalar

Amerikanın kulinariya simvollarından biri. Buradakı alış-veriş məkrəzlərində belə mütləq cinnamon rolls, və yaxud darçınlı burma satan yerlər olur. Kimi onların lap yumuşaq, bulka kimi olan növünü bəyənir, kimi isə yumuşaq, amma bulka kimi  yumuşaq olmayan və üstü bir az xırt-xırt növünü. Hər ikisi ləzzətli olur. Mən hər iki növünü də bəyənirəm. Evdə bişmiş burmalar olduğunda isə, fərqini belə hiss etmirəm. Yetər ki burma olsun. Bu, ikinci qrup burma reseptidir. Ləzzətinə doya bilməyəcəyinizi ümid edirəm. Nuş olsun.

Gəlin başlayaq.

Xəmir yoğurun və gəlməyini gözləyin.

Xəmiri dördbucaq şəklində açıb, üstünü yağlayın.

Şəkərli darçını səpin..

…hər tərəfinə eyni miqdarda olmaq şərtiylə.

Dördbucağı rulet kimi bükün.

Ruleti burmalara kəsin.

Burmaları listə yerləşdirin.

Qoyun kənarda bir az da qabarsınlar.

Üstlərinə yumurta çəkib, qızaranadək bişirin.

Qlazuru üstlərinə tökün. İsti-isti süfrəyə verin.

Darçınlı Burmalar
William-Sonoma, “Essential of Baking” kitabından adaptə edilmişdir.

16 ədəd burma üçün

Ərzaqlar:

Xəmir Üçün:
2 paket aktiv quru maya (4 + yarım çay qaşığı)
1 stəkan (250 ml) süd, bir az istidin (40-46Cdək)
Yarım stəkan cup (125 g) şəkər tozu
3 ədəd iri yumurta
4 stəkan yarım un ( 675 q)
1 çay qaşığı yarım duz
Bir portağalın rəndələnmiş qabığı
115 q kərə yağı – əridib, soyudun

İçi Üçün:
6 xörək qaşığı (90 q) şəkər tozu
2 çay qaşığı darçın
55 q kərə yağı – əridin

Üstü Üçün:
1 ədəd yumurta, yüngülvari qarışdırın

Vanilli Qlazur Üçün:
1 stəkan + bir stəkanın dörtdə biri qədər (140 q) şəkər kirşanı (pudrası)
2 xörək qaşığı süd
Bir çay qaşığının dörtdə biri qədər vanil ekstraktı


Hazırlanma Qaydası:

Xəmiri hazırlamaq üçün iri ləyəndə mayanı süddə həll edin. Bir qədər qabarması üçün kənara qoyun, təxminən 5 dəqiqəlik. Üstünə şəkər tozu, yumurta, 4 stəkan unu, duz, portağal qabığı, və kərə yağını əlavə edib əlinizlə qarışdırın. Qarışığı bir az unlanmış masaya çevirib, yoğurun. Yapışqandırsa, geri qalan yarım stəkan unu da əlavə edin. 5-7 dəqiqə ərzində yoğurun. Xəmin yumuşaq olmalı, lakin ələ yapışmamalıdır.

Ləyənin dibini bir az yağlayın. Xəmiri kündələyib buraya qoyun. Üstünü mətbəx steçiylə örtün. Qoyun xəmir isti yerdə ikiqat qabarsın, təxminən 1 saat yarım – 2 saat.

İçi düzəldin. Şəkər tozu və darçını qarışdırın. Kənara qoyun.

Ölçüsü 43 X 30 sm olan listin dibinə perqament kağızı sərin.

Xəmiri bir az ün səpilmiş masaya qoyun. İkiyə bölün. Bir yarını ölçüsü 25 x 40 sm dördbucaq şəklində açın. Dördbucağın səthinə yağın yarısını sürtün. Bunun üstünə isə darçınlı şəkəri səpin.  Dördbucağı sizə uzaq olan uzun tərəfindən başlayaraq rulet kimi bükün.

Ruleti 8 burmaya kəsin. Kəsilmiş yerləri üstdə olmaq şərtiylə listə bir-birinə yaxın, amma yapışmayacaq şəkildə düzün (şəkillərə baxın). Digər kündəni də eyni şəkildə açıb, doldurub, burub, listə yığın.

Burmaların üstünü çay dəsmalıyla yüngülvari örtün. Bir az da qabarmaları üçün kənara qoyun, təxminən 30 to 40 dəqiqəlik. Burmaların üstünü yüngülvari məbəx streçiylə örtüb, listi soyuducuya da qoya bilərsiniz. Burmalar soyuduca bir gecə qala bilər. Bu müddər ərzində onlar qabaracaq.

Sobanı 200Cdək qızdırın.

Əgər burmaları soyuducuya qoymuşdunuzsa, bişirməzdən əvvəl listi çıxardın və qoyun burmalar otaq hərarətinədək istinənə qədər, 30-40 dəqiqə listdə qalsınar.

Burmaların üstünə yumurta çəkin. Sobanın orta rəfində 20-35 dəqiqə və yaxud üstləri qızaranadək bişirin.

Burmalar hazır olmazdan bir az əvvəl qlazuru hazırlayın. Bunun üçün bir qabda şəkər kirşanı, süd və vanil ekstraktını şəkər əriyənədək qarışdırın.

Qoyub burmalar listdə bir qədər soyusunlar (amma çox deyil). Hələ istiykən, üstlərinə qlazuru tökün. Burmaları bir-birində ayırıb isti-isti yeyin. Diqqət! Bu  burmalar uzun müddət qaldığında bərkiyir. Əgər bişirdiyiniz gün yüməyəcəksinizsə, soyuduqdan sonra buzluğa qoyun. İstədiyinizdə soba və ya mikrodalğada istidib yeyin.

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more →
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more →
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more →
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more →
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more →
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more →
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more →
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more →