Best in the World!
Dadlı yemək reseptləri bloqu
"Nar Bilərziyi" Salatı (Qranatovıy Braslet)

Məktəb vaxtı yadımdadır, Rus yazıçısı Aleksandr Kuprinin esərlərini keçirdik (rus sektorunda oxuyanlar bilər yəgin). Bu yazıçının şah əsərlərindən biri Qranatovıy Brasletdir. Çox maraqlı hekayəsi var idi. Düzü detalları yadımda deyil, amma hekayə Vera adlı bir xanımın ad günündə bir nəfərin ona məktubla bərabər göndərdiyi bilərzikdən başlayır. Bilərziyin üstü qranat daşı ilə bəzənmişdi.  Qranat daşın adıdır və əsl qranatın rəngi qırmızı olur, nar gilələri kimi. Daşın adı elə qranat, yəni nar sözündən gəlir. Qranatoviy Salat adı da məncə elə bu hekayədən gəlir. Düzü burada daş-qaş yerinə yeməli nar dənələri var, bu da ki mənə daş-qaşdan daha maraqlı gəlir:)  Olduqca ləzzətli salatdır. Nuş olsun!

Nar Bilərziyi Salatı (Qranatovıy Braslet)

Qeyd: Bəzən bu salatın içinə yağda qızardılmış soğan da qatırlar, amma mən salatda artıq yağlı ərzaqlar (mayonez, qoz) olduğundan soğançadan istifadə etmirəm.

3 ədəd yerkökü
3 ədəd kartof
2 ədəd kiçik və ya 1 ədəd iri çuğundur
3 ədəd yumurta
1 stəkan qoz ləpəsi – xırda-xırda doğranmış
2 ədəd sümüksüz, dərisiz toyuğun döş əti
mayonez (istəyə görə mayonezi xamayla qarışdırmaq da olar)
duz
istot
nar dənələri (təxminən 1 iri nardan)

Yerkökü, kartof, çuğundur (ayrı qazanda) və yumurtanı suda bişirin. Sürtkəcin iri gözündən keçirib ayrı-ayrı qablara yığın. Ayrı qazanda bir az duz salınmış suda toyuq ətini də bişirib, əlinizlə didin.

İri yastı qabın ortasına su stəkanı qoyun. Ərzaqları bu stəkanın ətrafında bu ardıcıllıqla yayın:

Qeyd: arada layları duzlayın, amma çox deyil, çünki mayonez duzlu olur.

1. kartof
2. mayonez (təxminən 2 x. qaşığı)
3. çuğundurun yarısı
4. mayonez
5. yerkökü
6. mayonez
7. qoz
8. toyuğun yarısı
9. mayonez
10. yumurta
11. mayonez
12. qalan toyuq
13. mayonez
14. qalan çuğundur
15. mayonez

Axırda mayonezi salatıın hər tərəfinə çəkin. Üstünə və kənarlarına nar dənələri səpin və əlinizlə yüngülvari basın ki, yapışsınlar. Bir neçə saatlıq soyuducuya qoyun.

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more →
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more →
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more →
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more →
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more →
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more →
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more →
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more →