Best in the World!
Dadlı yemək reseptləri bloqu

Ətli Blinçik

Ətli Blinçik

Qızımın ən çox sevdiyi qəlyanaltılardan biri blinçikdir. Hərdən blinçiklərin içini ya ətlə ya da şirin kəsmiklə doldururam. Çox ləzzətli olur. Bu gün sizə ətlə doldurulmuş blinçikin reseptini yazıram.

ƏTLİ  BLİNÇİK

16 balaca və ya 8 iri içi doldurulmuş blinçik üçün

Ərzaqlar

Blinçik Üçün:

2 yumurta
1 xörək qaşığı şəkər tozu
bir çimdik duz
2 stəkan süd (əgər diyetik blinçik istəyirsinizsə, onda 1 stəkan süd bir stəkan su istifadə edin)
1  1/5 stəkan un
2 xörək qaşığı duru yağ

İçi Üçün:
500 q çəkilmiş mal əti
1 ədəd orta boy soğan
duz
istiot
qızartmaq üçün duru yağ

Əvvəlcə içi hazırlayın. Bunun üçün tavada təxminin 2 xörək qaşığı duru yağı qızdırıb, bu yağda soğan və əti tez-tez qarışdıra-qarışdıra bərabər qızardın. Mən ət-soğan  qızardıqdan sonra onu ət çəkən maşından keçirirəm ki, koma-koma qalmasın, iç narın olsun, amma bu istəyə görədir. İçi duzlayıb istiotlayın. (Əgər kaloriyası az blinçik istəyirsinizsə, onda əti qızartmaq yerinə, tikə mal ətini duzlu suda bişirin, sonra ət çəkən maşında çəkin, yağda qızardılmış soğan əlavə edin).

İndi isə blinçikləri hazırlayın. İri qabda xəmirin ərzaqlarını yaxşıca qarışdırın.

Kiçik tavanın dibinə yağ sürtün. Blinçikin xəmirindən təxminən 1/4 stəkan götürüb tavaya tökün (mən blinçikləri kiçik edirəm, ona görə də az xəmir tökürəm). Əgər iri blinçik etmək istəyirsinizsə, onda iri tavadan istifadə edərək xəmirin miqdarını da artırın. Xəmiri tavaya tökən kimi, tavanı o tərəf bu tərəfə əyin ki, xəmir yayılsın. Blinçikin bir tərəfi qızaran kimi,  o  biri tərəfinə çevirib qızardın. Beləcə bütün blinçikləri  bir-bir bişirib bir qabda üst-üstə yığın.

Hər blinçikin ortasına hazırladığınız içdən qoyun. Zərf şəklində bükün (şəkildə gördüyünüz kimi)

İndi isə tavada azacıq duru yağ qızdırın. Blinçiklərin hər iki tərəfini bu yağda azacıq qızardın. Bunu etdiyinizdə blinçiklər kip olacaq və içi dağılmayacaq. Qızardılmlış blinçikləri salfet kağızının üstünə qoyub yağını çəkdirin (yeməyin az kaloriyalı olması üçün doldurulmuş blinçikləri yağda qızartmasanız da olar). Sonra isə süfrəyə verin. Nuş Olsun!

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more →
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more →
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more →
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more →
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more →
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more →
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more →
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more →