Subscribe
Dadlı yemək reseptləri bloqu

Şabalıdı Necə Təmizləməli

Şabalıdın qabığını soymaq üçün aşağıdaki 2 üsuldan birini istifadə edin.

1. Üsul 1: Şabalıdın yastı tərəfində iti bıçaqla X çərtin (Foto 1). Diqqətli olun, şabalıdın özünü zədələməyin. Bıçaq sadəcə şabalıdın qabığından keçməlıdir.

Üsul 2: Azərbaycanda daha çox istidafə olunan üsuldur. Şabalıdın “papağ”ını bıçaqla kəsin (Foto 2).

2. Şabalıdları təxminən 10 dəqiqə ərzində suyla doldurulmuş qazanda qaynadın. Şabalıdın qabığının nə qədər qalın və sərt olmasından asılı olaraq, qabığın yumuşalması 10 dəqiqədən az və ya çox çəkə bilər. Qazanı kənara çəkin. Şabalıdlar isti suda qalmalıdır.

3. Şabalıdları bir-bir isti sudan çıxardıb bıçaqla əvvəlcə qalın, bunun ardından isə incə qabığını soyun.

4. Təmizlənmiş şabalıd soyuducuda ağzı kip torbada iki aya qədər, dondurucuda isə bir ilə qədər saxlanıla bilər!

  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017 by
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more
  • Çoban Salatı | AZCookbook.com - Feride Buyuran
    Çoban Salatı (Video)
    Sentyabr 12, 2017 by
    Türk süfrələrində ən çox rast gəlinən salat Çoban Salatıdır (Çoban Salatası). Bizim evdə o, hər növ əsas yeməyin yanında demək olar ki, mütləq süfrəyə verilir. Xüsusiylə də kabab, müxtəlif ət yeməkləri, plovlarla əla olur. Elə tək başına da, pəhriz salatı kimi də yaxşıdır. Bu təravətli salatın tərkibində təzə tərəvəzlər, göy-göyərti və əlavə dad üçün zeytun yağı və sıxılmış limon suyu...
    Read more
  • Zebra Tortu - Zebra Keksi, Zebra Piroqu (Video)
    Zebra Tortu – Zebra Keksi, Zebra Piroqu (Video)
    Sentyabr 8, 2017 by
    Bu resepti 16 okyabr 2008 tarixində dərc etmişdim, amma bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________  Zebra piroqunun (yaxud tortunun, keksinin) reseptini ingilis dilində olan bloqumda dərc edəndə heç ağlıma da gəlməzdi ki¸ bloquma çox sayda oxucu cəlb edəcək. O vaxtlar bloqumu ziyarət edən...
    Read more
  • Sobada Ətli Yunan Qabağı | AZCookbook.com
    Sobada Ətli Yunan Qabağı (Video)
    Sentyabr 6, 2017 by
    Soyuducunuzda bolluca Yunan qabağı (kabaçok) var və ondan nə bişirmək istədiyinizi bilmirsinizsə, onda bu asan Sobada Ətli Yunan Qabağı resepti sizin imdadınıza çatacaq. Bu yemək türk mətbəxinə aid olub, olduqca ləzzətlidir. Çəkilmiş ət müxtəlif ləzzətləndirici ərzaqlarla qovrulub qabaqların üzərinə yayılır və yemək sobaya verilir. Üstünə səpilmiş şüyüd həm yeməyin ləzzətini artırır, həm də ona iştahaçıcı görünüş verir....
    Read more
  • Asan Almalı Piroq | AZCookbook.com
    Asan Almalı Piroq (Video)
    Sentyabr 1, 2017 by
    Bu resepti 14 noyabr 2013 tarixində dərc etmişdim, amma bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın! Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ______ “Qonaqlar indi gələcək! Bəs mən neyləyim? Şirniyyat bişirməyi çatdırmadım…” Narahat olmayın! Hər şeyin çarəsi var, bu da qapıda-qonağım-var-evimdə-şirnim-yoxdur kimi vəziyyət üçün əla çarə – asan almalı piroq! Almalı şarlotka...
    Read more
  • Göbələkli Yay Salatı | AZCookbook.com
    Göbələkli Yay Salatı (Video)
    Avqust 29, 2017 by
    Bu resepti avqust 29, 2009 tarixində dərc etmişdim, amma bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ______ Bir yayı daha arxada bıraxmaq üzrəyik. Ən çox sevdiyim fəslə əlvida demək və payızı qarşılamaq üçün bu ləziz Göbələkli Yay Salatının reseptini sizinlə paylaşmaq istədim. Salat o qədər ləzzətli...
    Read more
  • Pavlova Tortu (Video)
    Pavlova Tortu (Video)
    Avqust 25, 2017 by
    Bu resepti avqust 18, 2011 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ______ Deyilənə görə, Pavlova Tortu ilk dəfə ötən əsrin 20-ci illərində məşhur Rus balerinası Anna Pavlovanın şərəfinə Avstraliyalı bir qənnadçı tərəfindən hazırlanmışdır. Digər versiyaya görə isə, tort Avstaliyada deyil,...
    Read more
  • Pomidor Çığırtması (Pomidor-Yumurta)
    Pomidor Çığırtması (Video)
    Avqust 22, 2017 by
    Bu resepti avqust 16, 2016 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ______ Türkiyədəki menemenin, Şimali Afrikadakı və Yaxın Şərqdəki  şakşukanın bizim pomidor çığırtması, yaxud pomidor–yumurta ilə nə əlaqəsi var? Bütün bu yeməklərdə pomidorla yumurta bir-biri ilə çox gözəl ahəng təşkil edir. Şakşuka və menemendə pomidordan...
    Read more
Səhifə 256 - 259« İlk...10...255256257258...Son »