Best in the World!
Dadlı yemək reseptləri bloqu

Pendirli Omlet

Westgold

Pendirli Omlet

Bu gün səhər yeməyinə  nə bişirim deyə fikirləşirsinizsə, pendirli omlet bişirin. Bu asan hazırlanan yemək üçün cəmi üç əsas ərsaq lazımdır – yumurta, yağ ve pendir. Nuş olsun!

Pendirli Omlet

Pendirli Omlet

1 pay üçün

Ərzaqlar:

2 ədəd iri yumurta
1 çay qaşığı su
1 xörək qaşığı Westgold kərə yağı
Duz
İstiot
2 xörək qaşığı sürtgəcdən keçirilmiş Kaşar pendiri və ya Mozzarella pendiri
Xırda doğranmış cəfəri

Pendirli Omlet

Hazırlanma Qaydası:

Yumurtaları orta ölçülü kasanın içinə qırın. Su və zövqə görə duz əlavə edib çəngəllə bir necə dəqiqə ərzində qarışanadək çırpın.

Orda ölçüdə olan bir tavanı orta istilikdə (yüksək olsa sonradan əlavə edəcəyiniz yağ yanar) qızdırın. Tava qızan kimi kərə yağını buraya əlavə edib, əridin.

Yağ əriyən kimi, yumurtalı kütləni tavaya tökün. Təxminən 5 dəqiqə ərzində, və yaxud omletin altı özünü tutub yüngülvari qızarana qədər bişirin.

Omletin üstü bir qədər yumuşaq qalıb və çox bərkiməmişkən, buraya pendiri sərpişdirib, spatula vasitəsiylə omleti ikiyə qatlayıb, qaba sürüşdürün. Pendir isti omletin arasında əriyəcək.

Omletin üstünə zövqə görə istiot və çəfəri səpib süfrəyə verin.

Pendirli Omlet

Westgold

Paylaşmaq gözəldir!

Bir cavab yazın

13 Şərh
  1. Bəh bəh bəh. Mən də tez tez ddirəm pendirlə yumurta. Ama mən arasına qoyub baglamıram ustun,ustunə səpirəm pendiri, tavanın qapagın baglayıram. Altını da söndururəm. Öz buxarında əriyir pendirlər… Təşəkkürlər resept ücün əzizim

  2. Nefis gorunur Feride xanim:)
    Ancaq menim bir problemim var:) Bir neche aydir artiq Istanbulda yashayiram. Buranin kere yaglarinin dadina oyreshe bilmirem. Hech bilmirem burda westgold vs Bakida bildiyimiz yaglar hardasa satilirmi. Migros vs boyuk supermarketlerde de axtarmisham yoxdu. Ona gore de kere yagli yemek bishirmek menim uchun esl mesheqqete chevrilib:(

    • Nərmin, oranın kərə yağları haqqında təəssüf ki, məlumatım yoxdur. Ümid edirəm ki, bizim dada uyğun nəsə tapılar. Axtarışlara davam edin.

  3. BİMe gedin. Oradaki tere yağı yaxşıdı.

  4. coxxx beyendim elemeyi dusunurem mence dadli gorunur

  5. Feride xanım ,salam .Pratik yemek tarifleri ve reseptleriniz üçün çox teşekkür edirem.Ama 1 sualım var. Yumurtaya su elave edirik ? 😉

  6. Cox sag olun gozel resepte gore.bu omleti basqa pendirlerden hazirlamaq olar?duzsuz ya da duzlu 3inek pendiri.birde pendirsiz tekce yumurtanin agindan olan omlet var?varsa zehmet olmasa yaza bilersiz?evvelceden tessekur.

  7. beh beh . daddi olar mence . duzeltmemisem. yeqin ki holland pendiri qatiriq da ??

    • Reseptdə necədirsə elədir. Holland pendiri də olar.

  8. Salam Feride xanim. Men bu resepti goturdum,seherler yoldasim ise gederken bisirmek isteyirem. Amma olur ki,holland pendiri olmur evde adi pendirden etsem olarmi?

Bir cavab yazın