Bu qurabiyələri bir neçə gün öncə rəfiqəm Nurun türk dilində yeni açılmış blogundakı reseptdən götürərək hazırlamışam. Siz bu dadlı təamı bir fincan isti şirin çay, bir stəkan soyuq süd, yaxud ən yaxşısı elə-blə yeməklə həzz ala bilərsiniz. Nur reseptdə Türkiyədə tanınan kaşar pendirindən istifadə edir. Mən burada onun əvəzinə Mozarella pendirindən istifadə edirəm.
Pendirli Qurabiyə
Resept Damla Sakızın blogundan adaptə edilmişdir
Təxminən 40 ədəd qurabiyə hazırlamaq üçün lazım olan ərzaqlar:
Xəmir üçün:
3 fincan (yaxud bir qədər əlavə ) ələnmiş un
1 çay qasığı duz
250 qr duzsuz kərə yağı, otaq tempraturunda yumşaldılmış (isitmək və əritmək olmaz)
6 dolu çay qaşıgı sürtkəcdən keçirilmiş Mosarella pendiri
1 yumurtanın ağı
Üzərinə çəkmək üçün:
1 ədəd yumurtanın sarısı (əgər yumurta balacadırsa 2 ədəd)
Paprika
Hazırlanması:
İlk olaraq xəmir hazırlanır. Böyük qaba 3 fincan un, duz, yağ, pendir və yumurta ağı tökülür. Əl ilə qarışdırılır, sonra yoğrulur. Əgər ehtiyac varsa artıq un əlavə olunur. Ehtiyatlı olmaq lazımdır ki, un çox olmasın yoxsa xəmir bərk alınar. Xəmir yapışqan deyil elastik olmalıdır.
Xəmir iki kündəyə ayrılır. Üzəri mətbəx dəsmalı ilə örtülür və 10 dəqiqə dincəlməyə qoyulur.
Soba 175C dərəcəyədək qızdırılır. Qurabiyə bişiriləcək listə perqament kağızı yerləşdırılır.
Kündələr oxlovla təxminən 8 mm qalınlığında dairəvi yaxud dördkünc açılır. Kəsici alətlə xəmir zövqə görə istənilən formada kəsilir. Sonra bişiriləcək listin üzərinə yerləşdirilir. Xəmirin üzərinə yumurta sarısı çəkilir və bir qədər paprika səpilir.
Təxminən 30 dəqiqə, üzəri azca qızılı rəng alanadək bişirilir. Tam soyuduqdan sonra süfrəyə verilir.
Sabah hokmen hazirlayacam,cox dadli gorunurler,evde laplandiya pendiri var,goresen onunla hazirlamaq olar,nece alinar?
Färidä xanim mänä qaymaqli wirniyyat resepti yaza bilärsiz?yazsaz cox mämnun olardim,indidän täwäkkurlär
Bu quabiyeni 2 yasindan yuxari usaglarada vermek olar.
Mocharella pendiri ve paprikali qurabiyenin dadi nece olur? :S
Men bu quabiyeni bisirsem eger,icine ev seraitinde hazirlanmis pendir qatacagam.Holland pendiri ve mocharella pendiri hec amma hec qata bilmerem,onlarin hansisa birini quabiyede bele tesevur ede bilmirem hec.Amma hereninde bir zovqu var,,,,,,,
Salam. Bes teksde yazilmayib axi mocharella pendirini hara tokmek lazimdi?
Salam Feride.Maraqli reseptir.holland pendirile bir qeder duzlu ve quru olur,amma mosharella pendiri ile yumuşak alinir.Esl şirin cayın malidir.
AYGÜN – Reseptdə pendirin xəmirə əlavə edildiyi qeyd onulub.
Laplandiya pendiri ile bisirmeyin,cox quru alinir:(
feride xanim size e mayl gondermek isteyirem niyese axtris verirem tapmir sizi siz mene e mayl gonderinda sizi yaddasa salim cako90@inbox.ru gozliecem
bundan mende hazirlamisham dadlidi
salam feride xanim. balli tort reseptine gore tesekkurler, ne vaztdirki axtarirdim.
feride xanim sizden artiq teze reseptler gozleyirik.coxdandir eyni reseptde qalmisiniz.
Paprika nedi?
Resepte gore coxsagolun.Hazirladim ama coxda sevmedim dadini
AYGÜN, paprika ədviyyatdır. Qırmızı rəngli, üyüdülmüş şirin istiot hesab olunur.
Tsk edirem bisirdim coox dadlidi
Cox tesekkurler Feride xanim,hazirladim mende ama nese dadi xosuma gelmedi
guzel
orucam olsaydi iftarda yeyerdim kurabiyyeleri oxxxxxxxxxxxxxx
superdi goznusu ama heyifki anam tenbellik edib hazirlamirrr////yenede twkrlerrrrrrr/