Best in the World!
Dadlı yemək reseptləri bloqu

Qatıqlı Pərpətöyün Salatı

Pərpətöyün alaq otu olsa da yeməklərin hazırlanmasında tərəvəz kimi istifadə olunur. Ətli yarpaqları və gövdəsinin azca turşməzə olması ilə ispanaq və vəzəriyə yaxındır. Çoxlu yarpaqları olan bu tərəvəzin sağlamlığa da bəzi faydaları var. Onun tərkibində Omega 3 yağ turşuları, vitaminlərdən A, C və bir qədər də B vitamini,orqanizm üçün vacib olan minerallardan maqnezium,kalsium,pottasium və dəmir mövcuddur. Bu tərəvəzi qızartmaq, sote kimi bişirmək, marinadlaşdırmaq yaxud da hazırda təqdim etdiyim Türk salatında olduğu kimi, çiy vəziyyətdə istifadə etmək olar.

İlk dəfə salat haqqında eşidəndə bu dadların qarışığı mənə o qədər də maraqlı gəlməmişdi- pərpətöyün yarpaqları sarımsaqlı qatıqla? hmmm… Çünki biz Azərbaycanda pərpətöyünü çiy halda yemirik. Onu ya turşu hazırlamaqda istifadə etmişik, ya da bişirmişik. Ona görə də çiy halda dilimə heç vaxt dəyməmişdi. Lakin bir gün sınaqdan keçirdim və salatı hazırladım. Bu çox dadlı idi! Sərinləşdirici, xüsusi tamı və xırtıldayan olması həqiqətən də gözəl idi. Salatı hazırlamaq üçün sadəcə bir neçə dəqiqə vaxt lazımdır. Yedikdən sonra isə ləzzətindən uzun-uzun danışılacaq bir yeməkdir. Hazırlamaq üçün ən yaxşı yay salatıdır.

Qatıqlı Pərpətöyün Salatı (Yoğurtlu Semizotu Salatası)

6 nəfərlik salat üçün

1 böyük dəstə təzə pərpətöyün
2 fincan və ya bir qədər çox qatıq
2 diş əzilmiş sarımsaq (qədərini zövqə görə müəyyənləşdirin)
Duz,zövqə görə
Üzərinə çiləmək üçün zeytun yağı, səpmək üçün paprika (şirin qırmızı istiot)

Hazırlanması:

Pərpətöyün təmizlənir, gövdələri kəsilir. Yarpaqlı hissə iri-iri doğranır,doğrandıqdan sonra təmiz yuyulur. Suyu süzülüb qurudulur (tez olsun deyə mən mətbəx salfetiylə ehmalca qurulayıram).

Bir qabda qatıqla əzilmiş sarımsaq qarışdırılır. Pərpətöyün əlavə olunur,yavaşca qarışdırılır. Tam qarışdıqdan sonra zövqə görə duz qatılır. Hazır salat dayaz boşqaba boşaldılır. Üzərinə bir qədər zeytun yağı çilənir, paprika səpilir və süfrəyə verilir.

Bir cavab yazın

20 Şərh
  1. Salam Feride!Darıxmişdiq Sizincin.Hal-hazırda diyetdeyim,esl diyetik salatdir.Göresen indi Bakida perpetöyün tapmaq olar?

  2. perpetoyun cox xeyirli bitkidi

  3. Salam Feride xanim cox sagolun retsepe gore,geyd etmek isteyirem ki,pərpətöyünü duzada goymag olur cox dadli olur

  4. Salam Feride xanim. men bu salati anamdan oyrenmishem. Ve neche illerdir istifade edirik.Teze gelin idim yoldashimin emisigilin baginda perpetoyunu gorub choox sevindim ve qaynanamgile bu salati hazirladim,xoshlarina geldi resepti dedim..indi de qaynanam evde tez-tez bu salati hazirlayir.Reseptim sizinki kimidir elave olaraq icherisine xiyar da surtgecden kechirib qarishdiriram ve yag qatmiram chox dadli olur..ele de sinayin.
    Teshekkur

  5. . Saida Perpetoun bazarlarimzin hamisinda var

  6. Perpetoyunlu salati mende indicene eledim,amma xoslamadim.Sonra icine pomidor,xiyar,kisnis , suyud dogradim super oldu.Buda menim icadim olan ”PERPETOYUNLU QARISIQ SALAT ” oldu

  7. cox sagolun gozel reseptleriniz ucun,menim perpetonden xosum gelir,onun tutmasida qeseng olut

  8. Salam Feride xanim turk kanalinda bu salatin hazirlanmasina baxmisdim tam emin deyildim semizotu bizdeki perpetoyundu yoxsa yox indi emin oldum tesekkurler hazirlayacam

  9. Nelya cox saq olun cavabladiğiniz üçün.

  10. Salam Feride xanim ele esebiyemki milli metbex deyilen saytda sizin chakdiyiviz shekiller reseptler hamsini oz adlarina chixiblar mende yazdim soydum biyabir eledimki bu azcookbookun du Feride xanimindi onlarda menim sherhime duzelish verib qoyublar saytlarina guya yazmisham lezzetlidi oluremde sizin saytivizchun necede vicdansiz insanlar varey esebden partlayiram lap

  11. GUNKA – Çox sağ olun məni məlumatlanlandırdığınıza görə. Mən plaqiatla mübarizə edirəm, amma qurtarmaq bilmir. O saytın dəqiq ünvanı nədir? Çox sağ olun.

  12. Feride xanim, sayt metbex.net, men de gormushem

  13. Feride xanim Azerbaycan metbexi milli metbext eynen bêle yazilib. Inanirsiz uje bu salatinizda ordadi ne var bu sayta hammmisi ordadiye esebden ureyim aghrayir nomrelerinide tapdim zeng vurdum dedim bêle ele birdeki sherhimi niye deyishib yazirsiz dedi size ele lazimdi soydum dedim saytivizi baghlatacam:)) sondurdum. Sizde bir soz deyin belke ozderine gelerler eclaflar

  14. Qızlar, çox sağ olun, sayta baxacağam.

  15. Onlar mənbəni qeyd ediblər. Amma keçid kimi deyil,eləcə ad yazılıb.

  16. Salam feride xanim men sizin saytn yeni uzvuyem zehmet olmasa kiyev katletinin reseptini deyinde eyer bilirsizse

  17. Mən bu pərpətöyün salatini bu cür hazırlayıram:pərpətöyününun uclarında olan tumurcuqlarını təmizləyirəm az duzlu suda pörtürəm.bir az pörtuldükdən sonra onu aşsuzənə tökürəm ki,suyu süzülsün.Ayrıca qabda təzə xiyarı xırda-xırda doğrayıram+sarımsağı xirda doğrayiram+keşniş-şüyüdü xirda dograyıram+suyu süzülmüş və soyumuş pərpətöyün+qatıqla qarışdırıb,zövqə görə duz vururam.ÇOX DADLI OLUR BUYURUN YOXLAYIN.

  18. Cox saq olun gozel reseptlere gore

  19. cox lezzetlidir,bu yaxinlarda hazirlamishdim,ela idi

  20. perpetoyun ne demekdi?

Bir cavab yazın