Best in the World!
Dadlı yemək reseptləri bloqu

Sobada Ətli Yunan Qabağı (Video)

Sobada Ətli Yunan Qabağı | AZCookbook.com

Soyuducunuzda bolluca Yunan qabağı (kabaçok) var və ondan nə bişirmək istədiyinizi bilmirsinizsə, onda bu asan Sobada Ətli Yunan Qabağı resepti sizin imdadınıza çatacaq.

Bu yemək türk mətbəxinə aid olub, olduqca ləzzətlidir. Çəkilmiş ət müxtəlif ləzzətləndirici ərzaqlarla qovrulub qabaqların üzərinə yayılır və yemək sobaya verilir. Üstünə səpilmiş şüyüd həm yeməyin ləzzətini artırır, həm də ona iştahaçıcı görünüş verir.

Sobada Ətli Yunan Qabağı | AZCookbook.com

Həm də ki, bu yeməyin asanlığı nədər ibarətdir? Onu süfrəyə vermək üçün gözəl servis qabına yığmağa ehtiyac yoxdur – eləcə bişdiyi qabda süfrənizi bəzəyəcək.

SOBADA ƏTLİ YUNAN QABAĞININ HAZIRLANMA QAYDASI VİDEODA:

SOBADA ƏTLİ YUNAN QABAĞI

Ərzaqlar

  • 5-6 xörək qaşığı zeytun yağı və ya kərə yağı
  • 450 qram çəkilmiş mal əti və ya qoyun əti
  • 1 ədəd iri soğan, xırda doğranmış
  • 1 ədəd iri pomidor, xırda doğranmış
  • 1 orda yaşıl bibər, xırda doğranmış
  • 2-3 diş sarımsaq, xırda doğranmış
  • 1 xörək qaşığı tomat
  • Duz və istiot
  • 4 ədəd Yunan qabağı (kabaçok), qabığı soyulmuş və halqavari kəsilmiş
  • Bir ovuc doğranmış şüyüd

Hazırnanması

  1. Ətli sousu hazırlayın:  Orta ölçülü tavada yağı qızdırın.  Əti yağda suyu çəkilib bir az qızaranadək bişirin, təxminən 10 dəqiqə. Soğanı qatıb yumşalanadək bişirin, təxminən 5 dəqiqə. Pomidor, bibər, sarımsağı da əlavə edib bir neçə dəqiqə də bişirin. Tomat pastasını əlavə edib bir dəqiqə bişirdikdən sonra, duz, istiot və 1 stəkan su əlavə edib, qaynadın. Qaynayan kimi tavanı kənara çəkin.
  2. Sobanı 200ºCdək isidin.
  3. Yeməyi Yığın: Qabaqları lay-lay 33×48-cm ölçülərində olan istiyə dayanıqlı qalın şüşə qaba düzün.  Ətli sousu üzərinə gəzdirin.
  4. Üstünə şüyüdün yarısını səpin. Qabı folqa kağızı ilə örtüb sobaya verin.
  5.  20-25 dəqiqə yaxud qabaq yumşalanadək bişirin.
  6. Üstünə qalan şüyüdü səpib süfrəyə verin.

Bir cavab yazın

2 Şərh
  1. Yeni youtube kanalınız xeyirli uğurlu olsun Feride xanım. Qabağı bir o qeder de sevmesemde bu yemek xoşuma geldi. Çox sağolun resepte göre. 🙂

Bir cavab yazın