Best in the World!
Dadlı yemək reseptləri bloqu

Şokoladlı Çələng Keksi

Chocolate Bundt Cake

Çələng keksi halqa keks formasında bişirilir. Formanın ortası deşikli olduğuna görə, alınan keks çələngə oxşayır. Bu keks yetəcək qədər şirin lakin ənənəvi şokoladlı kekslərdən daha yüngül, eyni zamanda kifayət qədər yumuşaq və çox dadlıdır. Reseptə istədəyiniz kimi əlavələr də edə bilərsiniz. Məsələn, qozdan və ya şokoladdan xoşunuz gəlirsə, xəmirə həm qoz həm şokolad parçaları əlavə edə bilərsiniz. Resepti bəyənəcəyinizi ümid edərək sizə xoş həftə sonu keçirməyi arzu edirəm!

Chocolate Bundt Cake

Keksin xəmirini hazırladıq.

Chocolate Bundt Cake

Xəmiri  keks formasına tökürük.

Chocolate Bundt Cake

Keks hazırdır!!!!

Chocolate Bundt Cake

Keksi kəsib, nuş edin!

Chocolate Bundt Cake

Şokoladlı Çələng Keksi
Cooking Light, January 2002 jurnalı əsasında (orijinal reseptin müəllifi – Alice Medrich)

Hazırlıqlara başlamamışdan əvvəl bir neçə məqamı da qeyd edim.

1) Bir dəfə əlimin altında espresso olmadığı üçün ondan istifadə etməməyi qərar verdim. Əvəzinə keksə qoz ləpələri əlavə etdim. Başqa bir vaxt isə espressodan da istifadə etdim. Hər iki halda qoz ləpələrindən istifadə edə bilərsiniz. Mən şəxsən qoz ləpələrinin əlavə etdiyi xırtıltını çox bəyənirəm. Hər iki halda şəkərin miqdarını artırdım cünki orijinal reseptin şirnisi çatmırdı.

2)  Orijinal reseptə görə süfrəyə verərkən keksin üzərinə bir az şokolad şirəsi (sirop) da tökmək olar. Lakin mən çox vaxt şəkər kirşanından istifadə edirəm.  Yenə də seçim sizindir.

Ərzaqlar:

1 stəkan un
1  stəkan + dörtdə bir stəkan şəkər tozu
Yarım stəkan şəkərsiz kakao tozu
Yarım çay qaşığı qabartma tozu
Dörtdə  bir çay qaşığı duz
Dörtdə  bir stəkan yumuşaq kərə yağı (otaq temperaturunda yumuşalmış)
2 iri yumurtanın ağı (otaq temperaturunda)
1 iri yumurta  (otaq temperaturunda)
Yarım stəkan az yağlı süd (tam yağlı da ola bilər)
2 çay qaşığı tez həll olunan espresso tozu (əlinizin altında yoxdursa, əlavə etməyə də bilərsiniz)
Bir çay qaşığı yarım vanil ekstraktı
Üçdə bir stəkan qoz ləpələri (qozun əvəzinə şokolad dənələrindən də istifadə edə bilərsiniz)
Yağ əvəzliyici sprey və ya kərə yağı (formanı yağlamaq üçün)
Şəkər kirşanı (üzərinə səpmək üçün)

Hazırlanma qaydası:

Sobanı 180C-dək qızdırın.

Unu və ondan sonra gələn 4 ərzaqı (undan duza qədər hamısını) dərin qabda qarışdırın . Sonra yağı, yumurta ağını və yumurtanı da əlavə edin. Mikserlə 1 dəqiqə ərzində aşağı sürətlə çalın.

Daha sonra südü, espressonu və vanili əlavə edib eyni qayda ilə bir dəqiqə qarışdırın. Xəmirə qoz ləpələrini əlavə edib əvvəlcədən yağlanmış halqavari keks formasına tökün.

Sobanın orta gözündə təqribən 35-40 dəqiqə bişirin (kibriti və ya kokteyl çubuğunu keksin ortasına batırdığınızda təmiz çıxırsa, keks hazırdır). Sobadan çıxartdıqdan sonra keks formada 10 dəqiqə soyumalıdır.

Keksi formasından çıxartdıqdan sonra kənara qoyub tam soyumasını gözləyin. Süfrəyə verməkdən əvvəl keksin üstünə şəkər kirşanı səpin.

Bir cavab yazın

19 Şərh
  1. Salam Farida xanim!gozal gorsandiyi kimi cox guman ki, dadi da ala olar,cunki burda na qoymusunuzsa hamisi demak olar ki,xosuma galib.yeri galmiskan, sobada pirojki va pasteti hazirladim ala oldu .pirojki yupyumsaq, pastet istadiyim kimi alindi.buna gora siza bouik tasakkur.kas ki, man da siz kimi insanlara xeyir vera bilsam.ALLAH har zaman komayiniz olsun.Opuram

  2. Feride hanım tarif için çok tsk ler.ama bir ricam var tariflerde siz sık sık yağın mikdarını bardakla veriyorsunz bu da zor oluyor ölçmek mümkünse yanında gram olarak da yazın lütfen.bir de bardak 200 mü 250 mi.önceden tşk ler

  3. Salam Feride cox gozel gorunur bisirmek istiyirem amma sualim var bu keksin qalxmagi vacib deyil yani qalxmasada olar yoxsa verdiyin qaydada yeteri qeder qalxir

    • SURA, qalxmağı vacibdir. Çox qalxmasa da, bir az qalxır. Verdiyim qaydada yetərli qədər qalxır.

  4. salam Feride xanim cox sagolun gozel reseftleriniz ucun bu gun bisirdim bu keksi ela alindi men genceden yaziram size nisnaliyam nisanlimda cox beyendi sizi opuruk her kesin salami var ellerinize saliq elleriniz derd gormesin

  5. SALAM FERIDE XANIM MEN SIZE BELCIKADAN YAZIRAM SIZIN CELENG KEKSINI BISIRMEK ISTEYIREM ANCAG ORDA YUMURTANIN QEDERINI BASA DUSMEDIM ORDA YAZILIB 2 YUMURTA AGI AYRICA 1 YUMURTA DA QEYD ETMISIZ XAIS EDIREM ONU BASA SALARDIZ EVVELCEDEN SIZE DERIN TESEKKURLERIMI CATDIRIRAM SAGOLUN

    • Həm yumurta ağları vurursunuz, həm də bütöv yumurta.

  6. be beh dadli gorunur

  7. Elinize sagliq biwirdim cox dadli idi twk..ler..feride xanim bir sual vereceydim buna kiwmiw atmaq olarmi?

    • Olar, amma şokoladla çox yaraşmaz.

      • Feride xanim..salam..men sizin sirniyyat ve yemeklerinizi cox beyenirem ilk once..cox sag olun menim ucun zebra torunun resseptini yazardizinda zehmet olmasa mumkundu?

        • Zebra tortu artıq saytda var. Daha doğrusu piroqu. Reseptlər bölməsinə baxın.

  8. cox sag olun feride xanim gordum bu resept mene lazim idi tewekkur edirem her wey ucun

  9. HEE tapdim feride xanim her wey ucun tewekkur edirem canim bacim

  10. Men de hazirlamisam.cooox dadlidir…cox sag olun Feride xanim:)

  11. Feride xanım,salam. Bir az var bu keksi hazırladım,o biriləri kimi bu da çox ləzzətli alındı. Ümumiyyətlə bloqunuzdakı bütün reseptlər uğurlu alınır.buna görə sizə çox çox təşəkkür edirəm,və bir də ölçüləri yalnız qramla deyil həm də stəkanla verdiyinizə görə çox rahat olur,buna görə də ayrıca təşəkkür edirəm.əllərinizə sağlıq,sizə uğurlar.

Bir cavab yazın