Best in the World!
Dadlı yemək reseptləri bloqu

Posts Tagged salat

Zeytun Pərvərdə

Zeytun Pərvərdə

Bu gün sizə İranın Şimal bölgəsindən bir qəlyanaltı təqdim etmək istəyirəm.  Əziz rəfiqəm Nahidin anası Xədicə xalaya bu resepti mənimlə bölüşdüyünə görə təşəkkür edirəm.

ZEYTUN PƏRVƏRDƏ

Qeyd: ərzaqların miqdarını zövqünüzə görə azaldıb-çoxalda bilərsiniz!

1 stəkan qoz ləpəsi
4 stəkan dənəsiz yaşıl zeytun – yumru-yumru doğrayın
1 ədəd kiçik baş soğan – xırda-xırda doğrayın
1 stəkan nar dənəsi (əgər narın sezonu deyilsə axta albalı ilə əvəz edə bilərsiniz)
2 xörək qaşığı sirkə
2 xörək qaşığı narşərab
3 xörək qaşığı zeytun yağı

Qoz ləpəsini bıçaqla əzərək, iri-iri doğrayın (çox da iri olmasın, amma diri qalsın, bir az da yağı çıxsın). Geri qalan ərzaqları əlavə edib, qarışdırın. Bankaya yığıb soyuducuya qoyun. İstədiyiniz vaxt çıxardıb süfrəyə verin.