Un Qurabiyəsi
19 ədəd qurabiyə üçün
Ərzaqlar:
125 qram Westgold kərə yağı – oda hərarətində yumuşalmış
1 armudu stəkan şəkər kirşanı (pudrası)
1 çay qaşığı qabartma tozu
3 artmudu stəkan ağ un
Üstünə səpmək üçün əlavə şəkər kirşanı
Hazırlama Qaydası:
Bir kasada yağ və şəkər kirşanını qaşıqla bir-iki dəqiqə ərzində qarışdırın. Üstünə qabartma tozu və unu əlavə edin. Əlinizlə xəmir alınanadək yoğurun. Xəmir bərk olmalıdır, amma çox deyil (plastilin kimi). Lazımdırsa, bir az da un əlavə edin.
İri listin üstünə perqament kağızı sərin. Sobanı 180C-dək qızdırın.
Alınan xəmiri qoz boyda parçalara ayırıb, 19 ədəd top düzədin. Topları listə düzün.
Sobanın orta təbəqəsində 20 dəqiqə ərzində, və yaxud altları bir qədər qızaranadək bişirin. Qurabiyələrin üstü ağ qalmalıdır. Soyutduqdan sonra üstlərinə şəkər kirşanı ələyin.
cox saqolun asan ve gozel qurabiyedi, zehmet deyilse deyerfizde bu qurabiye biwdikden sonra berk our ki, yani sonra quruyur yoxsa yumuwaq olur?, tewekkurler
Seva, bişdiyində bərk olur, amma yeyəndə ağızda ovulur, əriyir.
Salam Feride xanim.
Resept ucun çox sağolun,bişirdim bu qurabiyeni,Atam gördü ” he,qızım men ele bunnan istiyirdim,her gün bişirsen yeyerem” dedi 🙂 ele bu dunyalari mene verdiler.ALLAH sizden razi olsun
he,birde ki yag mende cox bert idi,bir az qaynar su elave etdim xemire,yenede dadli idi.Tesekkurler.
MaragLi reseptdir twk feride xanım . Bu resepte kakao artirsam olar feride xanim?
Westgold kere yaginin evezine sana ve s kere yagi olmazki?
Cox saq olun Feride xanim, biwirdim bu qurabiyeden cox gozel alindi, tewekkur edirem Size bunun ucun
niye bele azdir melumatlar
Un kurabiyəsini sevirəm ama bişirməmişəm. Xoşuma gəldi resrpt. Bişirəcəm… təşəkkürlər əzizim
Salam Feride xanim bu gozel reseptde gore cox saqolun. Perqament kagizinin yerine basqa ne istifade etmek olar?
Listi biraz yağlaya bilərsiniz.
gorunusu superdiiiii,dadini deye bilmerem,ressepte gore twk
Salam Fəridə xanım.Sizin reseptləri sevə sevə oxuyub hazırlayıram.Un kurabiyəsini hazırladım ancaq məndə sizinki kimi olmadı məndə tamam yastılandı quru xırt xırt kurabiyə alındı dadlı oldu.amma hündür qalmadı
super,insAllah bu qurabiyeni mutleq bisirecem
Eladi super
Çox gözəl qurabiyədir. Təşəkkürlər
Feride xanim,sheker kirshani yoxdursa, sheker tozu qatsaq ne ferqi olacaq?