Best in the World!
Dadlı yemək reseptləri bloqu

Un Qurabiyəsi

Westgold

Un Qurabiyəsi

Un Qurabiyəsi

19 ədəd qurabiyə üçün

Ərzaqlar:

125 qram Westgold kərə yağı – oda hərarətində yumuşalmış
1 armudu stəkan şəkər kirşanı (pudrası)
1 çay qaşığı qabartma tozu
3 artmudu stəkan ağ un
Üstünə səpmək üçün əlavə şəkər kirşanı

Hazırlama Qaydası:

Un Qurabiy?si

Bir kasada yağ və şəkər kirşanını qaşıqla bir-iki dəqiqə ərzində  qarışdırın. Üstünə qabartma tozu və unu əlavə edin. Əlinizlə xəmir alınanadək yoğurun. Xəmir bərk olmalıdır, amma çox deyil (plastilin kimi). Lazımdırsa,  bir az da un əlavə edin.

Un Qurabiy?si

İri listin üstünə perqament kağızı sərin. Sobanı 180C-dək qızdırın.

Alınan xəmiri qoz boyda parçalara ayırıb, 19 ədəd top düzədin. Topları listə düzün.

Un Qurabiy?si

Sobanın orta təbəqəsində 20 dəqiqə ərzində, və yaxud altları bir qədər qızaranadək bişirin. Qurabiyələrin üstü ağ qalmalıdır. Soyutduqdan sonra üstlərinə şəkər kirşanı ələyin.

Un Qurabiyəsi

Westgold

Bir cavab yazın

16 Şərh
  1. cox saqolun asan ve gozel qurabiyedi, zehmet deyilse deyerfizde bu qurabiye biwdikden sonra berk our ki, yani sonra quruyur yoxsa yumuwaq olur?, tewekkurler

    • Seva, bişdiyində bərk olur, amma yeyəndə ağızda ovulur, əriyir.

  2. Salam Feride xanim.
    Resept ucun çox sağolun,bişirdim bu qurabiyeni,Atam gördü ” he,qızım men ele bunnan istiyirdim,her gün bişirsen yeyerem” dedi 🙂 ele bu dunyalari mene verdiler.ALLAH sizden razi olsun
    he,birde ki yag mende cox bert idi,bir az qaynar su elave etdim xemire,yenede dadli idi.Tesekkurler.

  3. MaragLi reseptdir twk feride xanım . Bu resepte kakao artirsam olar feride xanim?

  4. Westgold kere yaginin evezine sana ve s kere yagi olmazki?

  5. Cox saq olun Feride xanim, biwirdim bu qurabiyeden cox gozel alindi, tewekkur edirem Size bunun ucun

  6. niye bele azdir melumatlar

  7. Un kurabiyəsini sevirəm ama bişirməmişəm. Xoşuma gəldi resrpt. Bişirəcəm… təşəkkürlər əzizim

  8. Salam Feride xanim bu gozel reseptde gore cox saqolun. Perqament kagizinin yerine basqa ne istifade etmek olar?

  9. gorunusu superdiiiii,dadini deye bilmerem,ressepte gore twk

  10. Salam Fəridə xanım.Sizin reseptləri sevə sevə oxuyub hazırlayıram.Un kurabiyəsini hazırladım ancaq məndə sizinki kimi olmadı məndə tamam yastılandı quru xırt xırt kurabiyə alındı dadlı oldu.amma hündür qalmadı

  11. super,insAllah bu qurabiyeni mutleq bisirecem

  12. Eladi super

  13. Çox gözəl qurabiyədir. Təşəkkürlər

  14. Feride xanim,sheker kirshani yoxdursa, sheker tozu qatsaq ne ferqi olacaq?

Bir cavab yazın