Best in the World!
Dadlı yemək reseptləri bloqu

Virtual Fototur – Hissə II

Balaca Ordubadlı qohumum günəbaxanla.

***

Nəhayət saytıma geri gəldim. Azərbaycandan qayıtdığım vaxtran xeyli müddət keçib, amma gələndən kitab işlərinə başım elə qarışdı ki, sayt qaldı kənarda. İndidən sonra çalışacağam bu məkanda daha tez-tez görünüm.

İndi isə mənə deyin görək, Azərbaycanda ikən hazırladığım birinci virtual fototur xoşunuza gəldi mi? Ümid edirəm ki, gəldi. Bu gün sizə ikinci hissəni təqdim edirəm. Şəkilləri Azərbaycanın bir neçə rayon və şəhərində çəkmişəm. Ən yaxşılarını sizinlə bölüşmək istədim. Buyurun.

Bakının İçəri Şəhərindəki Karvansaray çayxanasında boy-boy samovarlar.


Araxçınlar.

Ordubadın məşhur şirin qayqanağı. Bu qayqanağı biz Ordubadda ikən, qohumumuz bişirmişdi. Olduqca maraqlı bir şirnidir. Resepti mənim kitabımda olacaq, hələlik ingiliscə.

Xalçaçılıq sənətinin nümaişi. Bakının Qala kəndi muzeyi.

Zaqatalada daddığımız ləziz ət qutabı (burada qutaba xıtab deyirlər).

Qax rayonunun İlisu kəndi bu dağların arasında yerləşir.

İlisu kəndində qədim məscid.

İlisuya gedəsən, quru ətlə hazırlanan sürhüllü yeməyəsən? Yayın qızmar çağında biz yedik. Olduqca ləzzətli və fərqli bir təamdır.

İlisu kəndindən bir mənzərə.

Bu isə mənəm. Bakının İçəri Şəhərində.

Atəşgah.

Şirvanşaxlar sarayının bir hissəsi.

İçəri Şəhərdə turistlər üçün hər şey var.

Qədim qapılara xüsusi marağım var. Kim bilir bu qapılar arxasında nə həyatlar var, nə hekayələr, nə tarix var. Bu qapını Ordubadda görüb, çox bəyənmişdim.

Ordubadda daha bir qədim qapı. Qapının solundakı dəmir kişilər üçün nəzərdə tutulub ki, onu vuranda, qapını kişi xeylağı açsın. Sağ tərəfdəkı dəmir isə qadınlar üçün nəzərdə tutulub. Bu cür qədim qapıları Ordubad rayonunda tez-tez görmək olar.

Qəbələnin Vəndam kəndində Vedrə Bazarı.

Balakəndən Bakıya qayıdanda yolda bibimqızı gildə, Şamaxıda, dəyandıq və bibimqızının hazırladığı bu şirninin dadına baxdıq. Adı Qadın Barmağı-dır. Resepti hələ ki məndə yoxdur. Əldə edib, bir gün bu şirnini bişirməyə çalışaram ki, sizinlə burada reseptini bölüşüm.

Ordubadda tut qurusu.

Qaxda qədim Alban kilsəsi.

Ordubadın Dəstə kəndi. Lavaş çörəyi.

Təzə üzüm.

Ordubadda bir adət var ki, qapıların girişində çaynik asırlar. Bu çayniklərin uğur-bərəkət gətirdiyinə, evi pis gözdən qoruduğuna inanılır.

Ordubadın Ambaras məhəlləsində yerləşən Tarix Muzeyi.

Zaqatala bazarından ləziz mənzərə.

Ordubadın Nüsnüs kəndi. Qədim və qədimliyini qoruyan kəndlərdəndir.

Səhayətimizi ən çox uşaqlar bəyəndi. Ordubadın Dırnıs kəndi.

İçəri Şəhər.

Yerli şərab nümunələri. Göz mıncığına diqqət!

İçəri Şəhər və oranın kiçik sakinləri.

Ordubadın gözəl uşaqları.

Bir cavab yazın

22 Şərh
  1. Chox gozel shekillerdir.cheken ellerine sagliq .2 il olur ki Azerbaycana getmemisem. Suhurllunu gordum agzim sulandi:)) Feride xanim Zaqataladami keteye “xitab” deyirler? ilk defe esitdim. Zaqatalali olmagima baxmayaraq esitmemisdim…

  2. Salam.Men de Amerikada yaşayan Azerbaycanliyam.Bu il mende vetenime getmişdim.Qaxli oldugum ucun qoydugunuz sekiller dogma geldi 🙂 Hemcinin Içeri şeher ve Sirvanşahlar sarayinada getmişdik. Size meslehetim Qaxa gedanda Uludag istirahet merkezine de gedin. 4 terefi daglarla ehate edilib,temiz havasi ve gozel yemekleri var.Peşman olmazsiniz.Helelik.

  3. sekileriniz cox gozeldiz.Azerbaycanda 1ildiki yoxa sayenizde oralari gezmis kimi oldum.zaqatala balaken qutaba xitab retitled.siz birde balakenin et xengelinin dadina baxasiniz bu yerlerin vaz gecilmez yemeklerinendir.size islerinizde ugurlar arzulayiram.

  4. Lap yaxsi.Xos galib safa gatirmisiz.cox gozal sakillardir agar siz cakmisizsa ela bil fotoqraf cakib,aladi.qadin barmaqi yemamisam,amma biza reseptin deyarsiz Inshaallah,mumkunsa.Opuram

  5. cooox gozel sekiller cekirsiniz umumiyyetle sizin el isinize cekdiyiniz sekillere heyranam.Allah sizi bed nezerden qorusun.yolunuzda hemise yasil isiq yansin

  6. feride xanim zaqatalaya gelende bize de gelin, sizi instagram`da da takip edirem. sekilleriniz cox xosuma gelir.

  7. Xoş gəldiniz. Azərbaycanın görməli gözəl yerləri çoxdur.

  8. gormeli yerlerimiz coxdu nazar olmasin

  9. salam Fedride xanim.sizi bir ordubadli olaraq boyuk heyranliqla izleyirem saytiniz cox gozel ve faydlidir.bir cox yeni yemekleri sizin sayenizde dadmisiq tesekkurler.ordubada getdiyinize ve bizim rayonla tanis oldugunuza cooox sevindim.inwALLAH bir daha gelseniz bizede buyurun sad olariq.ve sekiller de coox gozeldi vetenden uzaqda yasayan bizlercun coox xos oldu.ugurlarinizin davamini dileyirem.

  10. salam, Fəridə xanım. həm resptlərinizi həm də şəkillərinizi çox bəyənirəm.
    Qaxı əla təqdim etmisiz.
    ağzım sulanır. yeyənlər bilər.Bizim zonanın xörəkləri əvəzsizdi..

  11. Fəridə xanım,əzizim burdakı şirin qayganagin reseptini tez verin də.. Cox xoşuma gəldi… Şəkillərə isə söz ola bilməz. Əla…

  12. Şamaxıda olurken yediyiniz ve resmini gösterdiyiniz o shirniyyat Shamaxı yoresine aid degil ben Shamaxılı oldugum icin biblirim.Shamaxının ” CUDUSU” var onu deseydiniz ok deyerdim.saygılarımla

    • Hörmətli Halida xanım, əlbəttə o şirniyyat Şamaxı şirniyytı deyil. Məyər mən orada bunun Şamaxı mətbəxinə aid olduğunu qeyd etmişəm? Sadəcə orada yediyim bir şirnidir.

  13. SALAM FERIDE ORDUBAD WEKILLERINE GORE COXSAG OLUN VE BUTUN AZERBAYCANNIN WEKILLERINE GOREALLAH BUTUN QERIBLERI OGOZEL VETENIMEQAYTARSIN BIZDE ICINDE AMIN ORDUBADDAN OLDUGUNUZUCUN SEVINDIM MEN ORDUBADLIOLDUGUMUCUN FEXREDIREM

  14. Ne qeder gozel.. shekiller danishir ele bil.

  15. Salam Feride xanim.sekillere baxdiqca ozumu orda hiss etdim.cox gozel tesir bagisdadi mene.virtual seyahete gore tesekkur.mene cox maraqlidi Feride xanim siz ne vaxt olmusuz Azerbaycanda?esas da Zaqatalada qarpiz,yemis meni tecublendirdi.adeten Bakida butun movsumlerde yemis,qarpiz gormek olar.alaxcinlari beyendim.hemise vetende!Allah qetib elde size komek olsun.tesekkur!

    • Azərbaycanda 2013 ilin yayında olmuşam. Zaqatalada iyul ayında.

  16. her sekil bir xatire!Bes VENEND?Birde gelende Venendi unutma.allah seni nezerlerden QORUSUN,AMIN!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  17. Feride cox xahis edirem SAYTINDA ORDUBADIN Badimcan dolmasinida yayimla. Sende resepti mutleq olar.Cox ferqli, lezzetlidir.Inaniram ki, oxucularinin xosuna gedecek.Eger komek lazim olsa de. TESEKKURLER!!!

  18. Əhsən!Çox gözəl şəkillərdi

  19. Salam Feride xanim. coxdandi bu sayta gelirdim,ama sherh yazmirdi. reseptlerinizi cox beyenirem,hem insanin basa duseceyi terzde yazirsiz,hem de ehateli. cox sag olun. Feride xanim siz ordubadlisiz?

    • Çox sağ olun. Anam və atam tərəf (nənə və babalarım) Ordubadlıdır.

Bir cavab yazın