Best in the World!
Dadlı yemək reseptləri bloqu

Zəfəran Dəmini Necə Hazırlamalı

Azərbaycan mətbəxində zəfərandan yeməklərə gözəl ətir və rəng qatmaq üşün geniş istifadə olunur. Zəfəran aldığınızda çalışın onu toz halında deyil tellərini alın. Zəfəran telləri uzun müddət saxlandıqdan sonra belə öz təravəti və ətirini itimir.  Zəfəran dəmi adətən plovlarda, bəzi ət xörəklərində, şorbalar və  şirniyyatlarda  istifadə olunur. Zəfəran dəmini aşağıda izah olunduğu kimi hazırlaya bilərsiniz. Nəzərə alın ki, zəfəranın və suyun miqdarı reseptdən reseptə dəyişə bilər, odur ki, reseptinizdə qeyd edilən miqdarı esas tutaraq bu ümumi qaydadan istifadə edin.

1. Zəfəran tellərini həvəngdəstə vasitəsiylə döyün və toz halına gətirin.

2. Zəfəran tozunu kiçik kasa və ya stəkana qoyub, üzərinə qaynar su əlavə edin. Kasanı nəlbəki ilə örtün. Qoyun kənarda ən azı 10 dəqiqə ərzində dəmlənsin. Sonra isə hazırladığınız dəmi reseptdə tələb olunduğu kimi istifadə edin.

Bir cavab yazın

32 Şərh
  1. Sitenizi bir arkadaşın blogu vasıtasıyle buldum ve çok sevindim. Azerbaycan mutfağını çok merak eden birisi olarak sitenizden fazlasıyle yararlanacağımı umarım.
    Çok güzel çalışmalarınız var, kutlarım. Sitenizin devamlı takipçisi olacağım. Sevgilerimi yolluyorum, hoşça kalınız..

  2. feride salam.bu gun birinci defedirki,men senin web site-ni tapmisham.butun reseptlerini chox beyendim,ela!!
    men ozum de bishirmeyi chox sevirem,chox isterdimki,seninle emaille elaqe saxlayaq.qabaqcadan teshekkur edirem.sagol

  3. NAZNAZ: Xos geldin bloquma. Beyendiyine cox sevindim, hemise gel:) Elbette, menimle elaqe saxlaya bilersen. Email adresim HAQQINDA seyifesindedir. Helelik.

  4. FERIDE XANIM BU RESEPTLERE GORE COX SAGOLUN.INANIN HER BIRISINI EDIREM.VE RAZI QALIRAM.TESEKKURLER

  5. ela reseptlerdir….. halal olsun !!!!!

  6. SALAM Feride xanum,

    Ilk once bu cure gozel layihe ile Sizi urekden tebrik edirem.

    Incimeseniz zeferana dair ulu nenemden qalan bir meslehet yazmaq isterdim. O her zaman zeferani yalniz (!) gulabda isladib, kenarda saxlayardi. Hem rengi, hem etri inanilmaz gozel olur.

    ALLAH komeyiniz olsun. Ugurlar

  7. SAIDA: Elbette ki, incimirem:) Cox gozel adetdir. Men bele seyleri oyrenmeyi cox xoslayiram. Nenelerimizden gelen meslehetler deyerlidir. Cox sagh olun.

  8. sag olun feride xanim.cox savab ish görmüsünüz minnetdaram.axtardigim receptleri tapacagima ümid edirem

  9. Tesadufen bu sayta daxil oldum ve sizin el qabiliyyetinize heyran qaldim

  10. Cox tesekkur edirem.Reseptlerinizden ve meslehetlerinizden istifade edirem.Ugurlar size!

  11. Salam eride xanim. Mən duzu Bakida hec vaxt zefaran istifade elememishem. Men Hollandiyadan zeferan almisham şit narinci rengdedir. Burdaki shekilde ise bu zeferan benovsheyi renge oxshayir. İndi bilmek isteyirem ki , esil zeferan ne rangde olmalidir?
    Cavabiniza gore evvelceden teshekkur edirem

  12. REVANE: esl zeferan qirmizi ve narincinin qarisi kimi olur. Uclari narinci, ustu ise daha cox qirmizi. Ola biler her yerin zeferani eyni deyil.

  13. Saytinizi cox sevdim. Bele bir sayt acdiginiz ucun cox tesekkur edirem

  14. biz basqa cure edirik, amma xosuma geldi????????
    goodbye!

  15. Salam! Zəfəran haqqında yazdıqlarınız doğrudur. Bunlarla yanaşı zəfərandan ürəyi ağrıyanlar, gözü zəif olanlar da daha çox istifadə edir. Daima zəfəran içənlər xarici görünüşcə daha gözəl görünürlər. Mən özüm zəfəran becərməklə məşğul oluram. Əsil zəfəranı maraqlananlara göstərə bilərəm. onun satışı ilə də məşğulam. (051) 723 64 35

  16. saytinizi tesadufen tapdim.cox sevindim.bu gun men de balli tort bisirmisdim.sehvlerimi internetdeki melumatlar vasitesile duzeltmek istedim.siz de menim komeyime catdiniz.ALLAH sizden razi olsun.

  17. bulku bisirmek isteyirem

  18. salam Feride xanim.emeyinize cox tewekkurler,sag olun.

  19. sizden bir xahish,men yumurta boyamaq isteyirem amma bacarmiram.eyer mumkun olsa burda yumurtani nece bezemek ve fotolar qoyardiz.

  20. Salam sizleri Novruz Bayrami munasibeti ila tebrik ediram! Yasef

  21. SALAM.Feride xanim saytdaki emeyinize gore size derin tesekkumu bildirirem.ALLAH razi olsun.

  22. Her shey eladir bezi agzi xereblere bash qoshmayin ellerinize quvvet

  23. zehmet olmasa mene zeferan sozunun menweyi, hansi dilden alinmasi barede melumat yaza bilersiz?

  24. mən bu sayti çox bəyənirəm demək olarki çox yeməkləri burdan öyrənirəm çox sağ olun.əllərinizə və urəyinizə sağliq.

  25. tesadufen bloqunuza rast geldim. cox beyendim . teshebbusunuzu de . reseptlerinizi de. sekili oldugum ucun reseptlerinize evvelceden shubhe ile yanshdim. yanildim..-). secimleriniz cox dogrudur.size ugurlar arzulayiram.

  26. en cox beyendiyim resept feride xanimin reseptidir

  27. feride xanım asan hazırlanan desertlər verə bilərsiniz?

  28. Feride xanim zefarani nece saxlamaq lazimdi qurd dusmesin?

  29. Aysel xanim zeferan agzi bagli wuwe qabda rutubetsiz yerde saxlanilsa 12-15 il muddetinde keyfiyyetini qoruyub saxlaya biler.

    • Zəfəran almaq istəyən varsa menimlə əlaqə saxlaya bilər.050 673-33-73 əsil Bilgəh zəfəranidir.

Bir cavab yazın