Best in the World!
Dadlı yemək reseptləri bloqu

“Bağ” Şorbası

Bu vitamin dolu şorbanın digər yaxşı cəhətlərindən biri də budur ki, o, improvizasiyalara açıqdır. Məsəl üçün, əgər qıvırcıq otunuz yoxdursa, əvəzində ispanaqdan istifadə etmək olar. Lobya yoxdur? Noxudla əvəz edin. Tərəvəz suyu və ya adi su əvəzinə, toyuq suyundan istifadə etmək olar. Nuş olsun.

“Bağ” Şorbası

Better Homes and Gardens saytından adaptə edilmişdir

8-10 pay üçün

Ərzaqlar:

2 xörək qaşığı zeytun yağı
1  diş sarımsaq  – xırda-xırda doğrayın
1  ədəd qırmızı baş soğan – xırda-xırda doğrayın
2  ədəd yerkökü –  xırda-xırda doğrayın
2 kərəviz sapı –  xırda-xırda doğrayın
1    ədəd kabaçok –  xırda-xırda doğrayın
1  ədəd balaca pırasa –   yuyun və  xırda-xırda doğrayın
Yarım çay qaşığı quru oreqano otu (və ya mərzə) – zəruri deyil
1   ədəd dəfnə yarpağı
2 ədəd 400-qramlıq konservləşmiş doğranmış pomidoş (banka deyil, konservdəkindən)
1  ədəd orta boy kartof – kubiklər şəklində kəsin
1  stəkan gülkələmin “gülləri”
1 ədəd 400-qramlır konservləşmiş ağ lobya – süzün (konser yoxrursa, qurusundan bişirin)
4  stəkan tərəvəz suyu (adi suyla da əvəz etmək olar)
Bir ovuc qıvırcıq (kahıya bənzər acımtraq sıx yarpaqlı tərəvəz), yalnız yaşıl hissəsi – doğrayın (2 stəkan alınmalıdır)
Yarım stəkan əllə qırılmış spagetti makaronu
Bir kiçik dəstə ağ reyhan (zəruri deyil)
Duz və istiot
5  xörək qaşığı rəndələnmiş Parmezan pendiri


Hazırlanma Qaydası:

Iri qazanda zeytun yağını orta odda qızdırın. Sarımsaq, soğan, yerkökü, kərəviz, kabaçok, pırasa, oreqano və dəfnə yarpağını əlavə edin.  Arada qarışdıra-qarışdıra təxminən 15 dəqiqə, və yaxud tərəvəzlər yumuşalanadək bişirin.

Pomidor, kartof, gülkələm, lobya və tərəvəz suyu (və yaxud adi su) əlavə edin. Qazanın qapağını bağlayın və qaynadın. 30 dəqiqə də, yaxud kartof yumuşalanadək bişirin.

Qazana 2 stəkan adi su əlavə edin və qaynadın. Qaynayan kimi, qıvırcıq və spagetti  makaronunu əlavə edib, 10 dəqiqə də bişirin. Makaron bilməlidir. Əgər şorba qatıdırsa, bir az su əlavə edin.

İstəyə görə şorbaya əlinizlə xırdalanmış ağ rehyan elavə edib, qarışdırmaq olar. Düz və istiot vurun. Şorbanı qablara tökün. Ayrı qabra süfrəyə Parmezan pendiri verin. Hər kəs zövgə görə öz şorbasına pendirdən səpə bilər.

Bir cavab yazın

19 Şərh
  1. elinize ne kecib doldurmusuz bunun icine ki:)yeqin dadli olar tesekkurler.

  2. Nigar,diline sagliq!mene ele gelir ki,bu qeder qariwiq dadli ola bilmez

  3. bu worbani goranda sartap erenarin oxudugu ranga-rang mahnisi yadima duwdu.maraqli gornuwu var,farida xanim.

  4. gornusu istah acir ancaq ele terevezler varki burda onu nece elde etmek oar? kereviz sapi, pirasa, oreqano otu. cox isteyirem bu sorbani hazirlayim sulu yemekleri cox sevirem menalarini hec basa dusmurem, komek etses cox sevinerem tesekkurler

  5. Gozel sorbadi, amma bilmirem acam ona gore lezzetli gorunur, yoxsa, dogurdan da yemelidir.

  6. Feride xanim salam! “Bag” sorbasi’na gul kelem yerine agbas kelem atmaq olmazki?

  7. AYSE – olar

  8. Feride xanim,
    Lahiclilarin bir ” Nuntari” shorbasi var, ondan dadmamisiz? Bu shorbada olduqu kimi onun ichine chox terevez , meyveler ve goyertiler gedir.

  9. AYTƏKİN,əgər dediyiniz şorbanın reseptini və hazırlanma qaydasını bilirsizsə,lütfən, forumda paylaşın. Eləcə də digər yeni reseptləri də yaza bilərsiz.

  10. Feride xanim tesekkurler
    sizi cox sevirem:)

  11. cox lezzetli gorunur. sabah pisirecem. resept ucun tesekkurler.

  12. salam.men bir şorba resepti demek isteyirem.çoxlarınız belkede bunu bilirsiz.ancaq bilmeyenlerde var.bu xöreyi rehmetlik nenem çox lezetli bişirerdi.yazda ənçox xoşladığımız xörekdi.2baş soğanı yağda yaxşıca qızardırsantamat vəya qabığı soyulmuş pamidor tökürsən turşməzə xoşlayanlar pamidoru çox əlavə edə bilər sonra ət bulyonu yadasu töküb qaynadırıq.buraya1stəkan yuyulmuş düyü əlavə edirik düyü yarıbişmiş olanda göyərtiləri də tökürük.bura əmənkömənci çölkişnişi göysoğan ispanaq ya şomu ən əsası boyana xırda doğrayıb tökürük.birdə buraya alça vəya gavalı turşusu 5………6ədəd əlavə edirik düyü bişəndə xörəyimizi ocaqdan götürürük.xörəyimizin adı balvadı.nuş olsun .nəcibə

  13. Orda ela arzaqlar var ki, hec vaxt adini eshitmamisam.

  14. Man hardan taplm bu arzaqlari.

  15. Feride xanim salambu supu 1ci defe esitdim yeqin dadli olar feride xanim qargidaliya aid sup bilsez yazarsizda,men qargidalini cox sevirem.supu olsa cox sevinerem.

  16. SALAM FƏRİDƏ XANİM MƏN SİZİN YAZDIGINIZ BAG ŞORBASIYLA TANIŞ OIDUM GÖRÜNÜŞÜ ÇOX GÖZƏLDİR TAM MƏNİM AXTARDIGIM ŞORBADIR AMMA ORDA ELƏ ƏRZAQLAR VAR Kİ ADLARINI BAŞA DÜSƏ BİLMƏDİM AMMA ŞORBANİN ŞƏKLİNƏ BAXIB TƏQRİBƏN HANSI ƏRZAQLARDAN TÖKƏCƏYİMİ BİLDİM İNŞALLAH BU GÜN HAZIRLAYACAM

  17. salam mani saytiniza qabul edirsiniz?

  18. Salam aleykum dostlar mencede cox qarisiqdi ama cox dadli gorsenir

  19. Bu şorbanı çox sevirəm çox təşəkkür edirəm

Bir cavab yazın