Best in the World!
Dadlı yemək reseptləri bloqu
Amerikasayağı Alma Piroqu

Amerikanın ən məşhur şirniyyatlarından biri almalı piroqdur. Mən də çox xoşlayıram, evdə hazırlananı isə lap çox. Bişirilməsi çətin deyil. Qəliz heç nə yoxdur. Xəmirin hazırlanma qaydasını əvvəlki yazıdan öyrəndik, indi isə gəlin xəmiri almayla dolduraq olsun alma piroqu. Ləzzət!

Alma Piroqu

Resept  “Martha Stewart’s Cooking School” kitabından adaptə edilmişdir

İçini doldurmaq üçün:

1.5 kq assorti alma /istənilən sort alma ola bilər/ – qabığı soyulub,çəyirdəyi çıxarılmış almalar 6 mm qalınlığında dilimlənir.
¾ fincan şəkər tozu
2 xörək qaşığı un və ya 1+ 1/2 xörək qaşığı qarğıdalı nişastası
1 xörək qaşığı təzə limon şirəsi
¾ çay qaşığı döyülmüş darçın (çox istəsəniz 1 qaşıq götürə bilrəsiz)
¼ çay qaşığı döyülmüş zəncəfil (zövqə görə qatmamaq da olar)
¼ çay qaşığı duz
2 xörək qaşığı xırda doğranmış duzsuz kərə yağı

Xəmir Üçün:

Piroq xəmiri

Xəmirin üzərinə çəkmək üçün:

1 böyük yumurtanın sarısı
1 xörək qaşığı qaymaq
Üzərinə səpmək üçün təxminən 1 xörək qaşığı şəkər tozu

Hazırlanması:

İçliyi hazırlamaq üçün bir qaba doğranmış almalar,şəkər tozu,un,limon şirəsi,darçın,zövqə görə zəncəfil və duz tökülüb qarışdırılır.

Piroq üçün yayılmış xəmir bişiriləcək yumru piroq boşqabın içinə yayılır,üzəri almalı içlik ilə doldurulur və üstünə yağ tikələri yerləşdirilir.  İkinci xəmir yayılır və ikinci qat kimi içliyin üzərinə qoyulur. Mətbəx qayçısı ilə hər iki qatın artıq qalan kənarları 2.5sm-də kəsilir. Sonra hər iki qatın kənarları barmaqla basılıb birləşdirilir və bükülür. Baş barmaq və şəhadət barmaqla burulur /eyni zamanda digər şəhadət barmaqla xəmir ehmalca geri basılır. Xəmirin kənarları bu qayda ilə burulmalır. Sonda xəmirin yuxarı hissəsində bıçaqla 7.5sm uzunluğunda uzununa 5 kəsik qoyulur. Bişmədən öncə piroq soyuducuda 20 dəqiqə saxlanılır.

Soba öncədən 205C dərəcə tempraturunda isidilir.

Yumurtanın sarısı ilə qaymaq bir qabda qarışdırılır,fırça ilə xəmirin yuxarı hissəsinə çəkilir.( İstəyə görə soyuqduqdan sonra xəmirin yuxarı hissəsində bıçaqla yarpaq və ya digər forma da kəsilə bilər) Sonra üzərinə şəkər tozu səpilir. Sobaya qoyulur. (Piroqun şirəsi axıb tökülməsin deyə folqa da yerləşdirilir.) 10 dəqiqə bişirilir,sobanın tempraturu 190 dərəcəyə endirilir. Piroqun alt və üst hissəsi qızılı rəngə çalana və içindəki şirə köpüklənənədək təxminən 1 saat bişirilir.

Bişmiş piroq sobadan çıxarılır,içlik özünü tutanacan təxminən 2 saat soyudur. Süfrəyə isti halda yaxud otaq tempraturunda verilir. Əgər piroq bütün gecəni qalacaqsa o zaman folqa ilə üzəri örtülür və otaq tempraturunda saxlanılır. Piroqu soyuducuya qoymaq olmaz,çünki nəm çəkər.

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more →
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more →
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more →
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more →
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more →
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more →
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more →
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more →