Best in the World!
Dadlı yemək reseptləri bloqu

Tiramisu

Bu şəkildə gördüyünüz Tiramisu buzluqdan çıxıb, ona görə kremi tökülmür. Soyuducuda saxlanan Tiramisu isə olduqca yumuşaq olur və bu, belə də olmalıdır.

Tiramisu İtaliyanın ən məşhur şirniyyatıdır. Deyə bilərəm ki, mənim ən çox xoşladığım 3-4 şirniyyatın içərisinə Tiramisu da daxildir. O qədər yüngül və o qədər ləzzətlidir ki, deməklə qurtarmır. Gərək onun dadına baxasınız. Tiramisu İtalyanca :Məni Qaldır: deməkdir. Sözün məcazi mənasında. Yəni, bu tort o qədər ləzzətlidir ki, insan yeyib, bir növ göylərə qalxır:)

Tiramisunu hazırlamaq üçün sizə reseptini yazdığım Savoiardi qurabiyəsi (qadın barmağı) lazımdır. Bir də ənənəvi olaraq, məşhur İtalyan pendiri – Maskarpone (Mascarpone)ş

TIRAMISU
Mənbə: The Washington Post, July 11 2007. Müəllif – Carminantonio

6 pay üçün

Tiramisunun bir neçə resepti var.  Bir resept var ki, orada krem heç bişmədən, çiy yumurtalardan və maskarpone pendirindən hazırlanır. O reseptin ən asan resept olduğunu deyə  bilərəm. Buradakı resept isə daha çox əmək istəyir – krem 3 ayrı kremin birləşməsiylə əmələ gəlir, və olduqca ləzzətlidir.

Qeyd: Vaxtınızdan səmərəli şəkildə istifadə etmək üçün, tiramisusun kremlərini, qurabiyələrini bir neçə gün əvvəldən də hazırlaya bilərsiniz.

ƏRZAQLAR:

Zabaglione (İtalyan kremi) üçün:
2 ədəd iri yumurta sarısı
3 xörək qaşığı şəkər tozu (50 qram)
dörtdə bir stəkan Marsala şərabı (Marsala şərabı məsləhət görülür, amma əgər yoxdursa tünd kofeylə əvəz edə bilərsiniz)
çay qaşığının ucunda vanil ekstraktı (duru vanil)
yarım çay qaşığı sürtkəcdən keçirilmiş limon qabığı

Vanilli krem üçün:
dörtdə bir stəkan şəkər tozu (55 qram)
1 xörək qaşığı un
yarım çay qaşığı sürtkəcdən keçirilmiş limon qabığı
yarım çay qaşığı vanil ekstraktı
1 ədəd iri yumurtanın sarısı
dörtdə üç stəkan tam yağlı süd  (175 ml)

Qaymaqlı krem üçün:
1 stəkan soyuq süd qaymağı (235 ml)
dörtdə bir stəkan şəkər tozu (55 qram)
yarım çay qaşığı vanil esktraktı (duru vanil)

Tiramisu üçün lazım olan digər ərzaqlar:
1 stəkan isti tünd ekspresso kofesi (şirnisiz)
1 çay qaşığı brendi
dörtdə bir stəkan şəkər tozu (110 qram)
üçdə bir stəkan (75 qram) maskarpone pendiri
24-30 ədəd qadın barmağı qurabiyəsi
2 xörək qaşığı adi kakao tozu (şirinləşdirilmiş deyil, adi, bir az acımsı dadı olan)

KREMLƏRİN HAZIRLANMA QAYDASI:

Zabaglione kreminin hazırlanması:
Balaca qazana 3 sm qədər su tökün, qoyun qazın üstünə və qaynadın. İstiyə dayanıqlı iri kasada yumurta sarısı, şəkər tozu, Marsala şərabı, vanil ekstraktı və limon qabığını cəngəllə çalın ki, ərzaqlar bir-birinə yaxşıca qarışsın. Sonra kasanı su qaynayan qazanın üstünə yerləşdirin  – elə olmalıdır ki, kasa suya dəyməsin.  Yumurtalı kütləni dəyanmadan qarışdıraraq qatılaşanadək bişirin – təxminən 8 dəqiqə. Kasanı kənara çəkin. Qoyun kütlə soyusun, sonra üstünə mətbəx sellofanı örtüb 4 saat soyuducuda saxlayın.

Vanilli Kremin hazırlanması:
Şəkər un, limon qabığı və vanil ekstraktını qalın dibli qazanda çəngəllə və ya mikserlə azacıq çalın. Üstünə yumurta sarısı və südün yarısını əlavə edib, ərzaqlar bir-birinə qarışanadək çalın. Sonra qazanı az xodda olan qazın üstünə qoyun və dəyanmadan qarışdıra-qarışdıra bir az bişirin. Qalan südü də az-az əlavə edib, qarışdırmağa davam edin. Təxminən 12 dəqiqə sonra kütlə hamar və qatı olacaq. Kütləni bir kasaya boşaldıb kənara qoyun ki, soyusun. Sonra üstünə mətbəx sellofanı örtüb soyuducuda 4 saat ərzində soyudun.

Qaymaqlı kremin hazırlanması:
Kasada qaymaq, şəkər tozu və vanilla ekstraktını mikserlə kütlə özünü tutub tökülməyənə qədər çalın. Kremi kənara qoyun.


TİRAMİSUNUN YIĞILMASI

Tiramisu ölçüləri 20 X 20 sm olan dördbucaq qabda hazırlanacaq. Qabınızı hazırlayıb kənara qoyun.

Bir kasada isti (qaynar deyil) ekspresso kofesini, brendi və şəkər tozunu qarışdırın. Kənara soyuması üçün qoyun.

Ayrı iri qabda, maskarpone pendirini qaşıqla bir az əzin ki, yumuşalsın. Mikserlə də bir az çırpmaq olar. Buna, hazırladiğınız 2 kremi – zabaglione kremini ve vanilli kremi – əlavə edib, yaxşıca qarışdırın. Sonra isə  qaymaqlı kremi də bu kütləyə əlavə edib, yavaşca qarışdırın. KREMİNİZ HAZIRDIR!

İndi isə qadın barmağı qurabiyələrini bir bir şirinləşdirdiyiniz ekspresso kofesinə batırıb (hərəsini 1 saniyə) hazırladığınız qabın dibinə düzün (şəkildə göstərilən qaydada). Bir lay qurabiyə dolduqdan sonra, onların üstünə kremin 3də birini çəkin. Bu qaydayla 2 lay da əlavə edin – hər qat üçün qurabiyələr kofedə islanmalı və hər qatın üstünə krem çəkilməlidir. Tiramisunuz demək olar ki, hazırdır, amma yeməyə deyil.

Tiramisunun üstünə mətbəx sellofanı çəkib soyuducuya bir gecəlik qoyun. Süfrəyə verməzdən əvvəl üstünü tamamilə örtəcək qədər acı kakao tozu ələyin.  6 tikəyə  bölüb, süfrəyə verin. Yeyilməyən Tiramisunu buzluqda uzun müddətlik saxlamaq olar.

NUŞ OLSUN!

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more →
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more →
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more →
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more →
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more →
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more →
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more →
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more →