Best in the World!
Dadlı yemək reseptləri bloqu

Azərbaycan

Virtual Fototur – Hissə II

Virtual Fototur - Hissə II

Balaca Ordubadlı qohumum günəbaxanla.

***

Nəhayət saytıma geri gəldim. Azərbaycandan qayıtdığım vaxtran xeyli müddət keçib, amma gələndən kitab işlərinə başım elə qarışdı ki, sayt qaldı kənarda. İndidən sonra çalışacağam bu məkanda daha tez-tez görünüm.

İndi isə mənə deyin görək, Azərbaycanda ikən hazırladığım birinci virtual fototur xoşunuza gəldi mi? Ümid edirəm ki, gəldi. Bu gün sizə ikinci hissəni təqdim edirəm. Şəkilləri Azərbaycanın bir neçə rayon və şəhərində çəkmişəm. Ən yaxşılarını sizinlə bölüşmək istədim. Buyurun.

Bakının İçəri Şəhərindəki Karvansaray çayxanasında boy-boy samovarlar.


Araxçınlar.

Ordubadın məşhur şirin qayqanağı. Bu qayqanağı biz Ordubadda ikən, qohumumuz bişirmişdi. Olduqca maraqlı bir şirnidir. Resepti mənim kitabımda olacaq, hələlik ingiliscə.

Xalçaçılıq sənətinin nümaişi. Bakının Qala kəndi muzeyi.

Zaqatalada daddığımız ləziz ət qutabı (burada qutaba xıtab deyirlər).

Qax rayonunun İlisu kəndi bu dağların arasında yerləşir.

İlisu kəndində qədim məscid.

İlisuya gedəsən, quru ətlə hazırlanan sürhüllü yeməyəsən? Yayın qızmar çağında biz yedik. Olduqca ləzzətli və fərqli bir təamdır.

İlisu kəndindən bir mənzərə.

Bu isə mənəm. Bakının İçəri Şəhərində.

Atəşgah.

Şirvanşaxlar sarayının bir hissəsi.

İçəri Şəhərdə turistlər üçün hər şey var.

Qədim qapılara xüsusi marağım var. Kim bilir bu qapılar arxasında nə həyatlar var, nə hekayələr, nə tarix var. Bu qapını Ordubadda görüb, çox bəyənmişdim.

Ordubadda daha bir qədim qapı. Qapının solundakı dəmir kişilər üçün nəzərdə tutulub ki, onu vuranda, qapını kişi xeylağı açsın. Sağ tərəfdəkı dəmir isə qadınlar üçün nəzərdə tutulub. Bu cür qədim qapıları Ordubad rayonunda tez-tez görmək olar.

Qəbələnin Vəndam kəndində Vedrə Bazarı.

Balakəndən Bakıya qayıdanda yolda bibimqızı gildə, Şamaxıda, dəyandıq və bibimqızının hazırladığı bu şirninin dadına baxdıq. Adı Qadın Barmağı-dır. Resepti hələ ki məndə yoxdur. Əldə edib, bir gün bu şirnini bişirməyə çalışaram ki, sizinlə burada reseptini bölüşüm.

Ordubadda tut qurusu.

Qaxda qədim Alban kilsəsi.

Ordubadın Dəstə kəndi. Lavaş çörəyi.

Təzə üzüm.

Ordubadda bir adət var ki, qapıların girişində çaynik asırlar. Bu çayniklərin uğur-bərəkət gətirdiyinə, evi pis gözdən qoruduğuna inanılır.

Ordubadın Ambaras məhəlləsində yerləşən Tarix Muzeyi.

Zaqatala bazarından ləziz mənzərə.

Ordubadın Nüsnüs kəndi. Qədim və qədimliyini qoruyan kəndlərdəndir.

Səhayətimizi ən çox uşaqlar bəyəndi. Ordubadın Dırnıs kəndi.

İçəri Şəhər.

Yerli şərab nümunələri. Göz mıncığına diqqət!

İçəri Şəhər və oranın kiçik sakinləri.

Ordubadın gözəl uşaqları.