Best in the World!
Dadlı yemək reseptləri bloqu

Duzlu Piroqlar

Sobada Pirojki

Sobada Pirojki

Bu pirojkini həm kartof həm də ətli iç ilə hazırlaya bilərsiniz. Aşağıda verdiyim reseptdə hər ikisinin necə hazırlanması haqqında məlumat verirəm. İstədiyiniz içi seçib, bu ləziz pirojkilərdən bişirin. Və ya hər içdən yarım porsiya  bişirib, həm kartoflu, həm ətli pirojkidən zövq alın.

SOBADA PIROJKIKARTOFLU VƏ YA ƏTLİ

22-25 pirojki üçün

Ərzaqlar

Xəmir Üçün

½ stəkan (125ml) ilıq su
1 + 1/4 çay qaşığı toz maya
3 stəkan (470g) əla növ buğda unu
1 ½ çay qaşığı duz

1 xörək qaşığı şəkər tozu
½ stəkan (125ml) süd
1 yumurta+ 1 yumurtanın ağı (sarısını üstü üçün ayırın) – qeyd: yumurtalar otaq hərarətində olmalıdır
½ stəkan (125ml)
duru yağ

İçi Üçün

Kartoflu İç:
3 xörək qaşığı duru yağ
1 baş xırda doğranmış soğan
4 ədəd orta boy kartof
1/3 stəkan xırda doğranmış şüyüd  (və yaxud
keşniş ya da cəfəri)
zövqə görə duz
zövqə görə istiot

Ətli İç:
3 xörək qaşığı duru yağ
1
baş xırda doğranmış soğan
400  g çəkilmiş mal əti
zövqə görə duz
zövqə görə istiot

 

1. Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün mayanı ilıq suda əridin. İri dərin qabda un, duz və şəkər tozunu qarışdırın. Üstünə mayalı suyu, südü, yumurta və duru yağı əlavə edib, əlinizlə yaxşıca qarışdırın, sonra isə təxminən 5-6 dəqiqə ərzində xəmir yoğurun. Xəmir elastik və zərif olmalı, ələ yapışmamalı amma çox bərk də olmalalıdır. Xəmiri dərin qaba geri qoyub, üstünü örtün və 1 ½ -2  saat ərzində isti yerdə gəlməyini gözlərin.

2. Xəmir gəlməyə davam etdiyində, istədiyiniz içdən birini seçib hazırlayın.

Kartofulu İçin hazırlanması: Kartofu suda bişirib, qabığını soyun və pöre halına gələnədək əzin. Bir tavada yağı qızdırıb, soğanı bu yağda bir az rəngi dönənə kimi qızardın.  Soğanı, göyərtini kartofa əlavə edin. Zövgə görə duz və istiot vurub, qarışdırın.

Ətli İçin hazırlanması: Tavada yağı qızdırın. Söğanı bu yağda yumuşalanadək  qızardın. Çəkilmiş əti əlavə edib soğanla bərabər, tez-tez qarışdıraraq qızardın. Zövgə görə duz və istiot vurub, qarışdırın. Bu qarışığı ət maşınından bir dəfə keçirin – bu, için lopa lopa olmaması, və narın olması üçün edilir.

3. Xəmiri 22-25 kündəyə ayırın. Hər kündənin diametri təxminən 4 cm olmalıdır.

4.  Kündələri bir əlinizə götürün, o biri əlinizlə bir az yastıladıb 10 cm dairələr əldə edənə kimi kənarlarını çəkin (aşağıdakı şəkildəki kimi). Hər dairənin içinə təxminən 1 xörək qaşığı içlik qoyun, və dairənin kənarlarını bir yerə gətirərək, dairəni bağlayın.

 

5. Pirojkiləri tikişi aşağı olmaq şərtilə yağlanmış soba listinə aralı-aralı düzün və 15 dəqiqəliyinə kənara qoyun. Bu müddət ərzində pirojkilər bir az şişəcək.

6. Sobanı 180Cdək istidin.

7. Pirojkilərin səthinə yumurta sarısı sürtüb, sobada təxminən 25 dəqiqə ərzində üstləri qızaranadək bişirin. Nuş Olsun!