Best in the World!
Dadlı yemək reseptləri bloqu

Qəlyanaltı və Salatlar

Nar Salatı

Nar Salatı

Bu gün sizə asan və ləzzətli salat resepti yazıram.  Nuş Olsun!

NAR SALATI

4-6 porsiya üçün nəzərdə tutlub

Ərzaqlar

1 ədəd iri nar
4 ədəd kartof
1 ədəd qırmızı baş soğan
½ stəkan doğranmış şüyüd
zövgə görə mayonez
zövgə görə duz
zövgə görə istiot (mən istiot vurmuram)

1. Kartofu qaynayan suda bişirib, qabığını soyun və kiçik kublar şəklində doğrayın.

2. Soğanı ikiyə bölüb incə-incə dilimləyin.

3. Narı bir qaba dənələyin. Üstünə kartofu, soğanı, şüyüdü, və zövgə görə mayonez, duz və istiot əlavə edib qarışdırın. Süfrəyə verməzdən əvvəl soyuducuda ən azı 30 dəqiqə ərzində saxlayın.