Best in the World!
Dadlı yemək reseptləri bloqu

Şorbalar

Nanəli Mərci Şorbası

Nanəli Mərci Şorbası

Westgold

Nan?li M?rcim?k Süorbasõ

Bu mərci şorbasının reseptini mənə rəfiqəm Aysun verib. Birinci dəfə bu şorbanı onun evində yediyimdə çox bəyənmişdim. O vaxtdan bəri özüm də tez-tez bişirirəm. Nanə mərciyə xoş təam qatır. Olduqca asan hazırlanma qaydası var.

Nanəli Mərci Şorbası

Ərzaqlar:

1 stəkan yarım qırmızı mərci
1 pomidor – iri-iri doğrayın
1 yerkökü  – iri-iri doğrayın
1 xörək qaşığı tomat pastası
1 dolu xörək qaşığı quru nanə (istəyə görə artırıb yaxud azaltmaq olar)
4-5 xörək qaşığı Westgold kərə yağı (istəyə görə artırıb yaxud azaltmaq olar)
Duz-istiot

Hazırlanma Qaydası:

Nan?li M?rcim?k Süorbasõ

Mərcini yaxşıca yuyub, süzünü süzüb qazana qoyun. Üstünə 4-5 stəkan su töküb qaynadın.

Nan?li M?rcim?k Süorbasõ

Qaynayan mərcinin kəfini yığın. Mərci yarım-bişmiş olduğunda qazana doğranmış pomidor,  yerkökü, tomat pastası və quru nanəni əlavə edin. Orta hərarətdə bişirməyə davam edin. Mərci tam yumşalanda, kütləni blenderdə püre halına gətirin. Yenidən qazana tökün. Zövqə görə duz və istiot vurun. Şorba qatıdırsa, bir az da su əlavə edib, qaynadın.

K?r? Yagùõ

Tavada kərə yağını qızdırıb bişmiş şorbaya töküb, qarışdırın. Şorba hazırdır. Süfrəyə verdiyinizdə, hər boşqaba istəyə görə qırmızı acı bibər tozu səpə bilərsiniz. Şorbaya limon sıxıb yeyin. Nuş olsun!

Şərh yazmağı unutmayın! Müzakirəyə qoşulun.

Westgold