Best in the World!
Dadlı yemək reseptləri bloqu

Nanəli Mərci Şorbası

Westgold

Nan?li M?rcim?k Süorbasõ

Bu mərci şorbasının reseptini mənə rəfiqəm Aysun verib. Birinci dəfə bu şorbanı onun evində yediyimdə çox bəyənmişdim. O vaxtdan bəri özüm də tez-tez bişirirəm. Nanə mərciyə xoş təam qatır. Olduqca asan hazırlanma qaydası var.

Nanəli Mərci Şorbası

Ərzaqlar:

1 stəkan yarım qırmızı mərci
1 pomidor – iri-iri doğrayın
1 yerkökü  – iri-iri doğrayın
1 xörək qaşığı tomat pastası
1 dolu xörək qaşığı quru nanə (istəyə görə artırıb yaxud azaltmaq olar)
4-5 xörək qaşığı Westgold kərə yağı (istəyə görə artırıb yaxud azaltmaq olar)
Duz-istiot

Hazırlanma Qaydası:

Nan?li M?rcim?k Süorbasõ

Mərcini yaxşıca yuyub, süzünü süzüb qazana qoyun. Üstünə 4-5 stəkan su töküb qaynadın.

Nan?li M?rcim?k Süorbasõ

Qaynayan mərcinin kəfini yığın. Mərci yarım-bişmiş olduğunda qazana doğranmış pomidor,  yerkökü, tomat pastası və quru nanəni əlavə edin. Orta hərarətdə bişirməyə davam edin. Mərci tam yumşalanda, kütləni blenderdə püre halına gətirin. Yenidən qazana tökün. Zövqə görə duz və istiot vurun. Şorba qatıdırsa, bir az da su əlavə edib, qaynadın.

K?r? Yagùõ

Tavada kərə yağını qızdırıb bişmiş şorbaya töküb, qarışdırın. Şorba hazırdır. Süfrəyə verdiyinizdə, hər boşqaba istəyə görə qırmızı acı bibər tozu səpə bilərsiniz. Şorbaya limon sıxıb yeyin. Nuş olsun!

Şərh yazmağı unutmayın! Müzakirəyə qoşulun.

Westgold

Bir cavab yazın

10 Şərh
  1. Supersiz Feride xanim ellerinize sagliq Allah sizden razi olsun Amin

  2. Men cox seyi sizin sayenizde oyrenirem netice de ki ela olur hemise.evde hami beyendi bu merci sorbasini esas da heyat yoldasim axir ki bu 3il erzinde onun istediyi kimi merci sorbasini hazirlaya bildim tebii ki sizin sayenizde Allahim sizden razi olsun cox sag olun

  3. Salam,men hemwe sizin burda yazdiginiz merci worbasini edirem,cox super alinir,coxsagolun. Ele indi etmek fikrim var idi,tesadufen emailime baxdim, naneli worba, gedim bundan hazirlayim,inaniram ki bu da dadli olacaq. Tewekkurler gozel reseptlere gore!

  4. Salam Feride xanim. Sizin resepleriniz sayesinde cox sey oyrenmisem. Buna gore size tesekkur edirem ))

  5. cox xosuma geldi sag olun twk

  6. salam bilmek isteyirem merci worbasina soqan vurulur ya yox?

  7. Bugun hazirlayacam teshekkur )

Bir cavab yazın