Best in the World!
Dadlı yemək reseptləri bloqu

Dovğa

Yay-yaz günləri ən çox sevdiyim yeməklərdən biri dovğadır. Hələlik dovğanı dükkandan aldığım göy-göyərtiylə bişirirəm, ama tezliklə bunu həyətimizdə əkdiyim və böyümələrini səbirsizliklə gözlədiyim göyərtilərlən də bişirə biləcəyimi ümid edirəm.

Dovğa

6 pay üçün

Qeydlər

* Dovğa üçün keyfiyyətli qatıqdan (ev şəraitində hazırlanan qatıq ola bilər) və təzə göy-göyərtidən istifadə edin. Əgər qatığınız turşdursa, onda doğvanı 3 stəkan qatıq və 1 stəkan xamayla harızlayın. Və yaxud,  bişmiş dovğanı kənara çəkdikdən və soyudduqdan sonra, ona bir az süd əlavə edin. Beləliklə, turşməzə dad gedəcək.

* Dovğanı bişirdiyiniz vaxt onu duzlamağa tələsməyin, yoxsa dovğa çürüyər. Dovğanı bişirilib kənara çəkdikdən və bir qədər soyutduqdan sonra ona duz əlavə edin.

* Göyərti dəstlərini yaşxı-yaxşı yuyun. Doğradıqdan sonra aşsüsənə qoyub, üstündən su gəzdirin ki, göyərtilərin yaşılı bir az getsin. Beləlilə dovğanız ağ olacaq.

* Doğvanın qatılığı zövgə görə dəyişə bilər. Qatı və ya duru ola bilər. Duru dovğa sevənlər qatığa daha çox su əlavə edə bilər.

* Dovğa həm noxudla, həm də noxudsuz hazırlana bilər.

* Dovğanın digər növünə isə suda bişmiş xırda küftəciklər də əlavə edilir.

* Dovğanən əsas göyərtiləri keşniş və şüyüddür. Digərlərini bunlarla əvəz etmək olar. Dağ keşnişiniz varsa, ondan hazırlanan dovğa xüsusiylə ləzzətli olur (burada dağ keşnişi olmur).

Ərzaqlar

Yarım stəkan gecədən islağa qoyulmuş quru noxud
2 stəkan doğranmış keşniş
2 stəkan doğranmış şüyüd
½ stəkan doğranmış ispanaq
½ stəkan doğranmış təzə sarımsaq (yalnız yarpaqları)
½ stəkan doğranmış nanə
½ stəkan stəkan doğranmış cəfəri
3 stəkan qatıq
4 stəkan su (qatıq qatıdırsa daha çox su əlavə etmək olar, durudursa, daha az)
1 xörək qaşığı un
1 ədəd yumurta
Bir stəkanın üçdə biri qədər yuyulmuş yumru düyü
Zövgə görə duz
İstiot, bəzək üçün (zəruri deyil)

Harızlanma Qaydası

Noxudu yumuşalanadək bişirib, kənara qoyun.

Doğranmış göyərtini aşsüzənə qoyub yuyun ki, yaşılı getsin. Əlinizlə sıxmayın. Aşsüzəni kənara qoyun.

Qazanda qatıq, sü, un və yumurtanı qarışdırın. Düyünü əlavə edin. Taxta qaşıqla dəyanmadan qarışdıra-qarışdıra (vacibdir – yoxsa doğva çürüyər) orta odda qaynadın. Bu proses təxminən 7-10 dəqiqə çəkəcək.

Qaynamağa  başlayanda göyərtini əlavə edin. Arada qarışdıra-qarışdıra təxminən 7-8 dəqiqə, və yaxud düyü yumuşalanadək  bişirin.

Noxudu əlavə edib, qazanı kənara çəkin. Qoyun dovğa soyusun. Sonra isə ona duz əlavə edib kasalarda süfrəyə verin.

İstəyə görə dovğanın üstü istiotla bəzənir. Doğvanı soyuducuda soyudduqdan sonra da süfrəyə vermək olar. Dovğa qatılaşdığında, ona bir az su əlavə edib durulaşdırın. Nuş olsun!

Bura isə Bakının Təzə Bazarından göyərti “mənzərəsidir”. Keçən yay çəkdiyim şəkildir.

Bir cavab yazın

74 Şərh
  1. Salam Feride xanim.men xaricde yashadigima gore burda kesnis ve suyud yoxdu.onlarin yerine ne qatsam dadli olar?

  2. feride xanim salam hemiweki kimi komekime catdiz men her dovga biwirende inanin hirslenirdim ki niye curuyur sen deme duzdan imiw men biwire biwire duzu atirdim qatiqida sizin dediyiniz kimi hazirladim sabah biwirim.cox sag olun

  3. Salam Feride xanim.Tam yerine dushdu teshekkurler.Men hemishe tez ve asan olsun deye suyu evvel qaynadiram qaitiqli qarishigi sonra elave edirem.

  4. bizde ise dovganin butun erzaqlarini qatib sonra qaynadiriq:) hec curumur.
    birde qatiqin tursluqunu yox elemek ucun onu 2-3 saat onceden suzuruk (2-3 qat marlini suzeyin icine qoyub qatiqi tokuruk, bu zaman qatiqin turs suyu suzulur)i

  5. Chox sag olun, Feride xanim. men illerdir dovga hazirlayiram, bezen churuyurdu, bezense yox. Bilmirdim niye, bu resepti oxuyandan sonra basha dushdum ki, duza goreymish. men ele qaynamaga bashlayan kimi duzunu elave edirdim…

  6. Men duzu sonda tokurem amma yene bezen churuyur,deyirem yeqin qatiqdandi. Dovqa qati chixanda soyuyandan sonra sud qatiram yaxshi olur

  7. cox sagolun Feride xanim

  8. Salam.dogani bisirin altini sonduren kimi qabini tez deyisin onda curumur.isti qabda qalir deyen curuyur .men kisnis vurmuram.sarimsaq zoglarinin evezinede kever vururam o daha dadli olur.

  9. AYSEL – Ceferi, ispanaq ola biler. Ne goyertisi varsa.

  10. Feride xanim, men Moskvada yashadigim uchun ele yaxshi qatiq tapa bilmirem. kefirden etsem nece alinar sizce

  11. dagkewnisi de vurulmalidi…. movsumunde tebii ki….o xususi dad verir… etirli goyler vurulanda daha gozel olur……..

  12. Əllərinizə sağlıq Fəridə xanım.Mən də tez-tez bişirirəm göyərtilərdən isə-kəvər, ispanaq bir də keşniş tökürəm.

  13. PƏRVANƏ – Kefir bizim qatıq kimidirsə olar.

    LALƏ ƏLİYEVA – Dağ keşnişi haqda yazmışam reseptin başında.

  14. SALAM FƏRİDƏ XANIM.MƏNDƏ DOVGANI EYNƏN BELƏ BİSİRİRƏM.ONU ƏLAVƏ ELƏMƏK İSTƏYİRƏM Kİ OCAGA QOYANDA QAZANA 1XÖRƏK QAŞIGI QOYYANDA CÜRÜMƏK TƏHLÜKƏSİ OLMUR .

  15. Fəridə Xanım, təşəkkürlər… Biz Sizdən fərqli olaraq dağ keşnişi tapdığımız üçün onunla eləyirik, xüsusi ətirli olur. Birdə biz su vurmuruq, sadəcə qatığı boşaltdığımız qabı azca su ilə yaxalayıb tökürük bişirdiyimiz qatıığın üstünə. Onuda deyimki, biz ev qatığı ilə hazırlayırıq (alınma ev qatığı ilə). Firma qatıqlarına soda vurulur, ona görə qatıq bərk olur,dadı isə olmur 🙁 Mən qatığın ev şəraitində hazırlanması mövzusuna sual yazmışam, imkan olanda onu cavablandırardız, xahiş edirəm.

  16. salam Fəridə xanım sizin yemək reseptlərinizi daima oxuyub hazırlayıram çox dadlı olur

  17. Fəridə xanım sousun hazırlanmasını yazsanız sevinərəm

  18. dovğaya görə təşəkkürlər

  19. Feride xanim, men onun duru oldugunu yazmaq istemishem sadece yadimdan chixib. Yeni burdaki kefirler durudur. duru kefirden etsem mence yaxshi chixmaz he?

  20. PERVANE – kefirin dadi bizim qatiq kimidirse, olar.

  21. Feride xanim, sizce bu mumkundurmu ki, bizim qatigin dadin versin. Esla!

  22. feride xanim salam.men dovga haqda teze bir soz ewitdim mene dediler ki,bir eded baw sogan balaca soyub butov atirsan dovganin icine qariwdirmaqina ehtiyac olmur sonra biwenden sonra goturursen sogani.mende eledim dogurdanda hec qariwdirmadim curumedi doga.sizde yoxlayin eladi.

  23. ULKER82 – Çox sağ olun. Əla məlumatdır.

  24. salam Feride xanim!Necesiniz?eger mumkundurse mene seki paxlavasinin retseptini vererdiniz!evvelceden tesekkurler!

  25. NAXCIVANLILAR BUNA YARPIZ DA ELAVE EDiRLER.

  26. Salam Feride xanim. Feride xanim, bir wey maraqlidir menimcun daha dogrusu bilmek vacibdir. Hemiwe ewitmiwik ki dovgani ara vermeden qariwdirmaq lazimdir ki curumesin. Amma burda eksine arada qariwdiraraq qeyd edilib. Yani ele elesek curumez? Bir de duyunu ciy tokursuz he icine. Biwirib tokmurler onu? Hereden bir wey ewidir adam bilmir ki necesi daha dogrudur.Acigi men ozum hele dovga biwirmemiwem curumek qorxusu ucbatindan. Yoldawim da dovgani cox sevir lakin biwirmeye gore yox curumeye gore qorxuram biwirim. tewekkur edirem size. Ne yaxwi ki siz varsiz. Allah caninizi sag elesin. Amma onu bilirem ki son 5-6 ayi ancaq sizin reseptlerle biwirirem her weyi cox SUPER alinir.

  27. Ulker82- Salam Ulker xanim. Indi sizin melumati da oxudum. Cox maraqlidir. Dogurdan hec curumur? Nece deyerler damari qacmir? Men curumek qorxusundan hec dovga biwirmemiwem amma yoldawim ele sevir ki dovgani. Bilsem ki eledir men de biwirerem hec qorxmadan. Tewekkur edirem melumatiniz ucun. Gerek prob edem. Gorum Feride xanim buna deyir. Sag olun.

  28. AYNURƏ – qaynayana qədər dəyanmadan qarışdırın, sonra isə arada. bəli, reseptdəki kimi edirəm bütün addımları .

  29. Salam Feride xanim.Bu reseptler ucun size tesekkur edirem.

  30. salam Feride xanim siz supersiz esil qadin metbext alemine bagli olmalidir.

  31. COX SAG OLUN.AMMA MEN DUYUNU ONCEDEN BISHIRIB ELAVE EDIREM.HEMISHEDE DADLI BISHIRMISHEM.

  32. feride vallah haladi sene.eceb sebrin var hamisini bisirirsen.

  33. Dovganı ən dadlı Gəncəlilər bişirirlər. Mən gəncəli deyiləm haa)))Amma bunun şahidi olmuşam. Onlar düyünü başqa qazanda bişirirlər və həlimi ilə birgə dovgaya qatırlar. Dovqaya qətiyyən su vurmurlar.Ancaq zövqə görə süd vururlar.Göyərtilərdən isə pazı başı(yəni çuugundur yarpagı)da qatırlar. cox dadlı olur.

  34. dovgaya sarımsaq vurmaq məncə absurt bir şeydir. sarımsaq qatıq dadı gələrki dovgadan

  35. Aygun xanim, dovqaya yasil sarimsaq yarpaqi vuranda,dovqadan sarimsaq iyi gelmir, eksine yaqli edir. Bir de ki bizi tereflerde dovqaya cuqundur yarpaqini hec vurmurlar.

  36. Ola bilər,Nazimə xanım.Necə deyərlər prob edərəm sarımsaqla. Yəqin yaxşı alınar.

  37. Salam FEride xanim.Sizin saytiniz chox xoshuma gelir.chunki yemek bishirmeyi bacarmiyanlara izah, shekiller vasitesile chox gozel basha salirsiniz.shexsen men bu saytdan chox shey oyrenirem.qaldi ki dovgaya, dovga menim en chox sevdiyim yemekdi.ne geder yesem de doymaram bu yemekden.bura baxib bishirmeye chalishacam.chox sagolun!!!

  38. Ehhhh ele deste-deste goy-goyertinin shekline biz ancaq bele shekillerden baxa bilirik. Cox saq olun Feride xanim, sabah ancaq ispanaqdan doga bishirecem gorek nece olur

  39. Salam!
    Evvela dovgha reseptine gore teshekkurler!
    resepti oxuyandan sonra Teze Bazardaki goyerti menzeresini gordum, kovreldim ve darixdim…:(
    Azerbaycandan kochmemishden qabaq Teze Bazar etrafinda qalirdiq, her heftesonu da bazara gedib taze terevezler alirdiq…
    Eger sehv etmiremse bu goyerti pishtaxtasi hemishe bizim goyerti aldighimiz yerdir…:) Lap lezzet eledi shekil, kopyalayib yoldashima da gonderdim. 🙂
    Hal-hazirda yashadighimiz yerde terevez demek olar ki, hech bitmir…:(

    Sevgi ile,
    Leyla.

  40. salam Feride xanim men maskvada yasiyiram burda ispanaq yoxdu onun yerine basqa hansisa goy elave etmek olar dovgani gordum lap istahim kecdi evvelceden tessekur edirem

  41. AYTAC – ispanaq vacib deyil, olmasa digər göyərtilərdən istifadə edin.

  42. FERIDE xanim cox saqolun hemise sizin sayta baxiram burdan cox sey orgenecem

  43. men helem ilk defe piwirecem gorey nece olcaq reseote gore tsk

  44. Hansi dovğa olursa olsun gence dovğasini ləzzətini heç bir dovğa verə bilmez .TEWEKKUR EDİRİK.

  45. men rasiyyada yasiyram burda dukanlarda kefir satlir qatiq olmur men hemise qatigi ozum caliram cox gozel alinir 2packa yagli sud aliram sudu qaynadiram soyuyanda iki xorek qasigi qatiq mayasini sudle yaxsica qarisdiriram sonra nazik adyala bukub berkimeyini gozleyirem berkiyenden sonra soyuducuya qoyram kimde qatiq mayasi yoxdursa smetanlla kefiri qarisdirib istifade edebilersiz

  46. Salam Feride xanim blogunuzu cox beyenirem,cox sagolun.dovgada qatiga su elave etdikde su qaynanmis su olmalidi?2 defe bisirmisem ikisindede curuyub (.amma qaynanmamis adi su elave etmisdim basqa her sey qaydasinda deyirem berke sudandi .fikriniz menim ucun maraqlidi.evvelceden tessekkurler

  47. Eyni ile dediyiniz kimi etdim chooooooooooooox dadli alindi teshekkur edirem. bir meslehetim var qatigi chalanda yumurta chalanla chalsaniz daha gozel alinir.

  48. Salam…bu resepte gore size minnetdaram 🙂 hal hazirda baxib bura biwirdim.cox ela alindi..ilk defe idiki dovga biwiwrirdim ve curumedi…hele de inana bilmirem..cox sag olun 🙂

  49. salam aleykum feride xanım. xahiş edirem ki sualima cavab yazasız. doganı bisirende istiyirem ki rengi ağ olsun amma qaralir. ne edim ki qaralmasın ağ olsun. cavab sebirsizlikle gözleyecem

  50. ne olar cavab yazarsiz

  51. IRADƏ – Göyərtiləri doğradıqdan sonra yuyun, ağ undan istifadə edin, başqa heç bir səbəb görmürəm.

  52. Salam!men dovganin goyertiden bawqa her weyini daje duzunu da qatib qoyuram pece arada gedib gelib bir qawiq saliram ama hec churumur axirda da goyertini qatiram bir az qayandi gotururem vesallam!ama siz yazmisizki elden qoysaz curuyer mence o elden asilidir

  53. salam Feride xanim, ela blogdur, çox faydalıdır.
    amma bu qatıq niyese qaynamadı. sebrle 20 deqiqeden çox qarışdırdım, gördüm düyü bişib bu ise terslik eleyir – enderdim göyertini. hele dadına baxmamışam :)) çox sağ olun, oxşuyur ki, ela alınıb.

  54. Mən də bax elə indicə mətbəxdə dovğa bişirməklə məşqulam. Məndə elə qarışdırırdım astaca taxta qaşıqla, bu qazanda qaynama prosesi getmədi ki getmədi. Ağzını bağladım, başladı bir dəqiqədə xırda qaynamağa. Göyərtini tökdüm. Görəsən çürüyəcək belə???

  55. men dovganin fanatiyam yashadigim yerde goyerti az olur,ozumuzun balaca dacamiz var,yayda kartoshka yarpagi,lobya yapagi,quzuqulagi yada unnuca qatiram lazim gelse turp yarpagida:),quzuqulagi(tursheng),keshnish,nanenide dogranmish shekilde qishcun buz dolabinda saxlayiram cox ela qalir.Feride xanim Masalli terefde ise paxlada vururlar,mene gore cox tutumlu ve dadli olur

  56. salam aleykum. bele bir sayt ucun teshekkurler. ilk defe idi dovga bishiririrdim. shukur ugurlu alindi. ama 6 stekan goyerti ucun 7 st qatiq 7 st su tokdum.

  57. Men Gencede yawayirdim,1ildirki baska olkedeyem,,,,biz dovqaya hem sarimsaq,hem de yarpiz vururuq,,nane de vururuq bezen,,,yani yarpiz vururlanda nane vurmuruq,heresi ayri dad verir,ama cox dadli olur,,,duyu biwirlir,helimiyle birlikte biwirlir dovqa,,,indi biwirecem,ilk defemdi,gorek nece alinacaq,,,hemiwe mamam biwirirdi,,,,,

  58. he bi de xanimlar sarimsaq cox gozel dad verir,,sarimsaq qatiq dadi olmur,tamam baska dad verir,yoxlayin goreceksiz,,,dovqa curumesin deye taxta qawiqla dayanmadan qariwdirilir,duwurdukden sonra da bir muddet qariwdirilir,yoxsa curuyur,,,soyuyanda da duz vurulur,,,

  59. Ayael xanim keshish shuyut mence her yerde var sadece adi bashqadi colantro and Dill

  60. cox sagolun.yaxsi isle mesgulsuz.davamli olsun.

  61. men de burda türkiyede keşniş tapmadım nane ispanag ve şüyüd ile bişirdim çoooox gözel oldu teşekkürlerrrr

  62. men ankarada yasayiram son iki aydir daha once ABD de Kanadada ve almanyada yasadim ve orda hec kesnis tapmadim turkiyedede vardir da ama bazi yerlerinde ankarada zordur tapmag dovaga cox seviram ama bisire bilmirem indi oyrendim bisirecem Gence dovgasi cox gozel olur Men genceliyem anam hamisa bisirardi 10 il once yemisem dovgayi.ama dadi helede damagimdadir. Her sey ucun tesekurler

  63. Salam Feride xanim tesekkurler resept ucun.Aytac xanim Maskivada bazarda satilir ispanaq ,men ozum hemise alib qutab,dovga bisirirem.Men dovgani kifirinen, maconiyle hazirlayiram cox dadli alinir.

  64. Salam feride xanim saytinuzdaki 1 cox reseptden beyenerek stifade edirem yeni severek hazirlayiram elada alinir.yalniz biwirdiyiniz dovga resepti ve gorunusunu beyenmedim goyertini cox iri dogramisiniz 1de ceferi artiqdi mence.1de men duzu onceden tokurem curumeyib hecvaxt mence yumurtani 1yox 2 edende curumur.feride xanim chox saqolum bize komek olduqunuza gore.Allah yardimciniz olsun

  65. Cox saqolun. Men telebeyem ve tekyawayiram. Axwam buwirecem. Umid edirem yaxwi alinar

  66. slm. men ingilterede yasayiram. dovganida sevirem. ama menim dovgam burda hemie curuyub bugunde curudu. duzda vurmamisdim. eynen burda yazlidigi kimi elemeye clisdim am yenede olmadi. (

  67. SALAM MEN DOVGA BIWIRDIM CURUDUUU :(((( NE EDE BILEREM?

  68. Bes duyunu evvelceden islaga qoymurug?bir az bu barede yazsaydiniz yaxsi olardi

    • Islağa qoymaq lazım deyil. Adətən reseptdə bu cür məqamlar varsa, mən onları mütləq oxucularla paylaşıram.

  69. cok guzel yemekdi. Anam daha yaxsi pisirir mende aşpazam anam kimi pişire bilmirem

  70. bagislayin anlamadim duyunu ciy ciy elave edirik yoxsa onceden azciq haslayiriq?bir de kesnis yox menim yasadigim yerde qalan her sey var,olmaz mi?

    • Düyü çiy-çiy elavə olunur. Keşnişi başqa göyərti ilə əvəz edə bilərsiniz. Nuş olsun!

Bir cavab yazın