Best in the World!
Dadlı yemək reseptləri bloqu

Evdə Hazırlanmış Asan Dulce de Leche

Dulce de Leche

İllər əvvəl, Amerikada dulce de leche (0xu: dulse de leçe) barədə ilk dəfə eşidəndə o mənə çox maraqlı bir şey kimi gəldi, amma onun nə olduğunu hələ bilmirdim. Hərfi tərcüməyə inansaq ispancadan bu süddən hazırlanmış konfet, yaxud süddən hazırlanmış şirni deməkdir. Hmm. Amma bir gün kəşf etdim ki, dulce de leche bizim Azərbaycanda, əslində həm də bütün keçmiş sovet respublikalarında “bişmiş, yaxud qaynadılmış qatılaşdırılmış süd” yaxud bəzən rusca “iris”, “iriska” adlandırdığımız şirniyyatdan başqa bir şey deyil.

Bişmiş qatılaşdırılmış süd adını çəkdiyim regionda bişirilən bir çox tortların kreminin əsasını təşkil edir. Elə-belə, yaxud da qozla qarışdırılmış, və ya kərə yağı ilə çalınmış formada tortun qatlarının arasına çəkilən bişirilmiş qatılaşdırılmış süd, yaxud dulce de leche ən gözəl kremlərdəndir. Siz həm də onu qaşıqla dondurmanın üzərinə qoya, qurabiyələrin arasına yaxa, ya da qaşıqlayıb (mənim sevimli üsulum!) yeyə bilərsiniz. Dulce de leche həqiqətən əla şirnidir.

Evdə Hazırlanmış Asan Dulçe de Leçe

Bir yaxşı xəbər var: dulce de lecheni evdə hazırlamaq çox asandır. Sizə lazım olan tək şey dükandan alınmış qatılaşdırılmış süddür. Bəli, əlbəttə, siz əvvəlcə qatılaşdırılmış südün özünü hazırlaya bilərsiniz və əgər istəsəniz onu dulce de lecheyə çevirə bilərsiniz. Amma bir banka qatılaşdırılmış südü dükandan ala, sonra da onu öz qabındaca bişirə biləcəyiniz halda niyə özümüzü əziyyətə salaq? Gəlin başlayaq.

Onu da deyim ki, istəyirəm içində dulce de leche olan çox qeyri-adi bir desertin resepti üçün özünüzü indidən hazırlayasınız. Bu reseptdən ötrü sizə 2 qab (banka) dulce de leche lazım olacaq. Hələlik onun nə olduğu sürpriz qalsın.

Evdə Hazırlanmış Asan Dulce de Leche

Təxminən 2 stəkan alınır

Qeyd: Əksər tort və pirojna reseptləri üçün sizə 1-dən çox (adətən 2) banka dulce de leche lazım olacaq. Bu reseptdən istifadə edərək istədiyiniz qədər dulce de leche hazırlaya bilərsiniz. Bankaları eyni vaxtda bişirin.

Ərzaqlar

Bir konserv  bankası (400 qramlıq) şəkərli qatılaşdırılmış süd (idealda orqanik)

Hazırlanması

Etiketi bankanın üstündən qoparın. (Əgər o çox yaxşı yapışdırıldığına görə bankadan qopmursa narahat olmayın, banka bir az qaynayan suda qaldıqdan sonra kağız özü qopacaq. Beləliklə, onu qaşıq, yaxud çəngəl vasitəsilə qazandan çıxarın.)

Bankanı kiçik qazana qoyun. Qazanı bankanın üstü örtülənə qədər su ilə doldurun. Orta istilikdə qaynama həddinə çatdırıb istiliyi orta-aşağı səviyyəyə endirin. Bu istilikdə qazanı ehtiyatla 3 saat qaynadın. Çox vacibdir: Banka həmişə su ilə yaxşı örtülmüş olmalıdır. Buna görə də qaynama zamanı su azaldıqca qazana bir az da qaynar (!) su əlavə edin.

Siz öz qatılaşdırılmış südünüzü 3 saatdan az vaxt ərzində də qaynada bilərsiniz. Bu, sizin əlinizdə olan konkret resept üçün hansı qatılıqda dulce de leche lazım olduğundan asılıdır. Aşağıdakı şəkildə qaynama müddətindən asılı olaraq qatılaşdırılmış südün rənginin və qatılığının necə fərqləndiyini görə bilərsiniz. 3 saatlıq dulce de leche tünd, yaxud karamel rəngində və daha qatı olacaq. Növbəti resept üçün bankanı 3 saat qaynadın.

Vaxt çatanda ehtiyatla qazandakı suyu boşaldın. Sonra isə mətbəx əlcəyinin köməyilə (qətiyyən yalın əllə yox!) bankanı qazandan çıxararaq bir kənarda otaq temperaturunda soyumağa qoyun. Bankanı soyumamış açmağa cəhd etməyin. Yoxsa süd sıçrayıb hər yerə yayılacaq. Üstəlik, o qaynardır və banka partlaya bilər! Tamamilə soyuyandan sonra bankanı açıb dulce de lecheni qarışdırın və reseptinizdəki təlimata uyğun istifadə edin. Yaxud da dəmir bankadan boşaldıb şüşə bankaya yığın, ağzını qapaqla bağlayıb 3 həftəyə qədər soyuducuda saxlayın.

Evdə Hazırlanmış Asan Dulçe de Leçe

Bir cavab yazın

8 Şərh
  1. Salam,Feride xanim.Resepte gore cox sag olun,mutleq mende inwallah eliyecem.Sizden bir xaisim var ,ingilis dilinde olan blogunuzda 2009 cu ilde “Lazanya”resepti paylasmisiniz.Cox cox xaiş edirem buradada tezlikle tercume edib paylasasiniz.Mende lazanya xemirini isteyirem evde hazirlayim.Amma ingilis dilini bilmediyim ucun başa duşmedim hazirlanmasini

  2. Feride xanim salam. men her defe bele edirem ve usaqlarin cox xosuna gelir.seher yemeyi sufremizin ayrilmaz hissesidir

  3. Salam Feride xanım. Sizin reseptlerden çox faydalanıram. Bunun üçün size ürekden minnetdaram. Ancaq burada gördüyüm ve hedden artıq çox sevdiyim Dulche de Leche adlandırdığınız şirniyyatdan (qatılaşdırılmış südden) hal-hazırda yaşadığım yerde(Türkiyede) tapa bilmirem ve nece deyerler sözün esl menasında buna hesret qalmışam. Mümkünse qatılaşdırılmış südün hazırlanma formasını blogunuza yerleşdirerdiniz. Her şey üçün teşekkürler.

  4. Her vaxtiniz xeyir Feride xanim bu vaxta kimi bir cox tarifinizden faydalanmisam ela da alinib cox sagolun 🙂 lap coxdan burdan bir kesmikli piroq resepti goturmusdum tez tez de hazirliyirdim amma resepti itirmisem burdan da tapa bilmedim.. xemir yogururduq yayirdiq qaba sonra uzerine kesmikli yumurtali ve.s qarisim elave edib sobada bisirirdim deqiq resepti mene gondere bilersiz? 🙁

  5. Ev seraitinde hazirlanan malakonun reseptinide yaza billersiz

  6. Salam Feride xanim evde hazirlamaq ucun qatilasdirilmis sudun reseptini paylaşa bilersiz? Yeni mümkunse çox sevinerem

Bir cavab yazın