Best in the World!
Dadlı yemək reseptləri bloqu

Macaron (Bezeli Sandviç Qurabiyələr)

Qaymaqlı vanilli dondurmada yumurtaların sarısını istifadə etdiniz, bəs ağlarını neyləyəcəksiniz? Bu sualın cavabını sizə elə özüm verəcəyəm – yumurtanın ağından Fransada çox məşhur olan və ingilis dilində Macaroon Sadwich Cookie adıyla tanınan Sandviç Qurabiyyələr düzəltəcəksiniz. Yumurtanın ağından üyüdülmüş badam və şəkər kirşanı əlavə etməklə bezelər hazırlanıb bişirilir. Sonra da 2 bezenin arasına istədiyiniz kremdən çəkib,  bezeleri sandviç kimi  bağlayırsınız. Arasına sürtmək üçün mən shokoladlı qanaş düzəldirəm. Bu qurabiyyələri listə düzmək üçün sizə qənnadı torba (rusca: konditerskiy meshok) lazım olacaq. Qurabiyyələr eyni böyüklükdə və yumru olmalıdır. Əgər qənnadı torbanız yoxdursa, onda ustalıqca qaşıqdan da istifadə edə bilərsiniz. Əgər bezelərin rəngli olmasını istəyirsinizsə (məsəl üçün, çəhrayı, yaşıl, mavi), onda çaldığınız yumurta ağının içərisinə bir damcı qida boyası əlavə edib qarışdırın. Nuş Olsun!

MACARON (BEZELI SANDVİÇ QURABİYƏLƏR)
Bezenin resepti Desserts Magazine jurnalından götürülmüşdür
Qanaş Musun resepti Williams-Sonoma Baking kitabından götürülmüşdür

Təxminən 22 sandviç üçün

Ərzaqlar

Bezelər üçün:

5 iyi və ya 6 balaca yumurtanın ağı (toplam 200 q), otaq hərarətində
1/2 stəkan (100 q) şəkər tozu
1  1/2 stəkan (220 q)  QABIĞI SOYULMUŞ badam içi,
4 stəkan (400 q) şəkər kirşanı (pudrası)

Qanaş Mus (ganache mousse) üçün:
115 q sadə yarım-şirin və ya acı-şirin şokolad (plitka)
1/4 stəkan (60 ml) süd
1/4 stəkan (125 ml) qaymaq

Əvvəlcə Qanaş Mus hazırlanmalıdır.

Qanaş Musun hazırlanması

1. Şokoladı xırda-xırda doğrayın və istiyə-dayanaqlı bir qaba qoyun. Südü qaynadın və şokoladın üstünə tökün. Dəyanmadan, şokolad əriyib südə qarışanadək qarışdırın.

2. Ayrı qabda qaymağı mikserlə qatılaşanadək çalın. Çaldığınız qaymağı ehmallıca şokolada əlavə edib yüngülvari qarışdırın (çalmayın). Hazır kütlənin üstünü sellofanla örtüb bərkiməsi üçün təxminən 1 saatlığına (və ya bir gecəlik) soyuducuya qoyun.

Bezelərin hazırlanması:

1. İri qabda yumurta ağlarını mikserlə köpüklənənədək çalın . Üstünə şəkər tozunu əlavə edib bir az qatılaşanadək çalın (şəkildəki kimi alınmalıdır).

2. Qabığı soyulmuş badamı toz halına gələnədək üyüdün. Ayrı qabda üyüdülmüş badam və şəkər kirşanını qarışdırın. Sonra bu qarışığı çaldığınız yumurta ağına əlavə edib, qaşıqla yavaşca qarışdrın.

3.    2 iri soba listinin dibinə kalka kağızı sərin (mütləq!). İri qənnadı torbasını (rusca: konditerskiy meshok) yumurtalı qarışıqla doldurun  (torbanın ucu adi olsun, yani gül və ya ziq-zaq şəklində deyil). Torbadan listin üstünə bir birindən ən azı 2 cm aralıda olmaq şərtilə  diametri 4 cm olan yastı dairərər sıxın (şəkilə baxın).

4. Qoyun listlər bezelərin bir az bərkiməsi üçün 45 dəqiqə ərzində kənarda qalsın. Sonra isə sobanı 150C-dək qızdırın. Listləri bir bir sobanın orta rəfində təxminən 15 dəqiqə ərzində  bişirin. Hazır bezelərin üstü bir qədər qızaracaq, amma çox deyil. Listləri sobadan çıxardın. Bezelər bir az soyuduqdan sonra, onları ehtiyyatla listdən çıxardın.

Sandviçlərin hazırlanması
İki bezenin arasına bir az qanaş mus sürtüb sandviç hazırlayın.

Bir cavab yazın

35 Şərh
  1. salam canim necesiz cox ela gorunur ellerine ureyine sagliq cooox sagol ki bize gozel reseptler etrafli oyredirdirsiniz size sonsuz tesekkurler opurem

  2. SALAM! BƏH-BƏH-BƏH,MÜTLƏQ HAZIRLAYACAM!

  3. immmmmmmmmmmm
    super cox sagol mutleq hazirlayacam 22-de qardashimin son zengidir ona hazirlayacam nece alimaginida yazacam sizlere))))))))
    FERIDE COX COX SAGOL))))))))ELLERIN AGRIIMASIN RESEPTLERIN BOL OLSUN AMIN

  4. SUALLARIM YADIMDAN CIXDI))))
    BADAMI VE QAYMAGI NE ILE EVEZ ETMEK OLAR?ESASDA QAYMAGI

  5. QIZLAR, SIZ SAGH OLUN KI, ERINMEYIB SERH YAZIRSINIZ.

    Sladkoyewka, badamin yerine findiq ve ya qoz da olar, yasil fistiq da olar. Qaymaghin yerine bir az xama (smetan) cox az sudu bir yerde qarisdir. sonra chal.

  6. FERDIE TAPDIM BADAMIDA QAYMAGIDA AMMA QAYMAQ BIZIM QAYMAQLAR KI QATI DEYIL…INDI HAZIRLAYIRAM GOREK NECE OLACAQ

  7. Bəyəndiyim blogunuza, cəfəri blog birliyi arasında təqdimatı üçün bir səhifə ayırdım, müvəffəqiyyətlər.

    http://cimcimeblog.blogspot.com/

  8. MAYDANOZ, tesekkur edirem saytima qonaq oldughunuza gore. Hemise gelin.

  9. Feride xanim,salam.Artiq bir nece aydir ki, demek olar ki,her gun saytiniza girirem.Cox beyenirem.Refiqelerime de meslehet gorurem.Gozel reseptlere gore cox sag olun.Bizi tez-tez yeni ve maraqli reseptlerle sevindirin.Sizin reseptlere esasen ”qaraciyer pasteti”,”Mimoza salati”,”heyvali toyuq”ve s.hazirlamisam.Cox beyenmisem.Size ugurlar arzulayiram.

  10. He bir de unutdum!Yumrta aglarini soyuq halda caldiqda daha yaxsi kopur.

  11. Cox sag olun Färidä xanim bu resepti verdiyinizä görä.siz mänä söz vermisdiz ki veräcäm yumurta agina aid reseptler.biz burda här ay 90 yumurta agi atirig zibilliyä.hayfim gälirdi ona görä sizä yazdim ki,ägär elä 1 resept varsa yazin mänä atmaram daha yumurta agini.artig ondan da näyäsä yararli 1 gurabiyä etmäk olar.cox sag olun.

  12. SALAM FERIDE XANIM MEN SIZE MOSKVADAN YAZIRAM.SIZIN SAYTI COX BEYENDIM ALLAH SIZDEN RAZI OLSUN!

  13. RENA, TUNZALE, AYSE, cox sagh olun serhlerinize gore. Hemise qelin.

  14. linklere kaydetmek istemişssiniz tabi ki olur :):)
    şu zebra keki denemeye gidiyorum ben 🙂

  15. aman allahım ne guzel bir site ellerine saglık arkadaşım hersey harikaaa

  16. Sevil, cok tesekkur ederim. Her zaman beklerim:)

  17. Feride xanim,ellerinize,ureyinize saglig.Cox gozel site,tez-tez oxuyuram reseptlerinizi,hamisi bir-birinden maraglidi.Mende yaxsi reseptler var,isteseniz gonderebilerem.opurem sizi AZERBAYCAN GIZI FERIDE ALLAH SENDEN RAZI OLSUN!!!

  18. ESMIRA: Cox sagh olun. Beyendiyinize sevindim. Elbette, maraqli reseptleriniz varsa mutleq gonderin. Sevinerem. Elektron unvanim HAQQINDA sehifesinde var.

  19. salam necesiniz ?feride xanin wekerbura ici olsa olarmi badam evezine..

  20. AYSUN: Sekerbura icinden istifade edirsinizse, onda gerek bu proposriyada olsun: yarim stəkan (100 q) şəkər tozu +
    1 stekan yarim (220 q) QABIĞI SOYULMUŞ badam içi. Onda olar.

  21. evvelceden salam hamiya..bu sayita girenden beri cox sey gorub edirem coxda lezzetdidir ..hersey eladir

  22. Mus nedir xayis edirem basa salardiniz Feride xanim?

  23. damla23

  24. Salam.mene tecili asan ve dadli tort retsepti isteyirem.xahis edirem,yazardiniz.

  25. AYTAC: Reseptler bolmesine baxin. Orda tortlar var.

  26. cetin oldu…xanimlardan kim biwire bilse menide qonaq elese sevinerem….evvelceden twk

  27. Salam.Feride xanim 4 stekan=400 qram ( seker kirsani) olur ?axi 1 stekan 250 qram deyil? sizin stekan 100 qramlikdir? cavab yazin zehmet olmasa

  28. XANIM – Ölçü düzdür. 4 stəkan = 400 qram kirşan.

  29. mende bisirerem

  30. ÇOOOOOOOOOOOOOOOOOOX………….. TESEKKURLER…………………..FERIDE…………………..XANIM

  31. Feride xanim, chox gozel resepte oxshayir,ama sandvichlerin arasina mus evezi bashqa ne teklif ede bilersiz? meselen shkaladniy qlazur evde hazirlanma nece olar?

  32. SABINA M – istediyiniz iclik ola biler, ama sulu olmasin ki axib getmesin.

  33. nedense mende ureyim isteyen kimi alinmadi axdi yaxshi yumru olmadi

  34. Feride xanim niye mende sulu kimi alindi axi amma edvali bananli qozlu keks ela alindi cox dadlidi

  35. cooox sag olun Feride xanim.sizn reseptlerle ne bisirsem cox lezzetli alinir.bu qurabiyelerin hemise internet saytlarinda renli sekillerini gorurdum meni cox celb edirdi resepti gorende cox sevindim.yeginki tort ucun istifade edilen renglerden qatmaq olar da bezeye?tesekkurler..

Bir cavab yazın