Best in the World!
Dadlı yemək reseptləri bloqu

Ordubad Üsulu Maş Şorbası

Maş Şorbası Ordubad rayonunun ən məşhur yeməkərindəndir. Düz bir il əvvəl dünyadan köçən nənəm Ordubad yeməklərini qohumlar arasında hamıdan yaxşı bişirərdi. Mən nə qədər etsəm də, mənim bişirdiyim maş şorbasının dadı nənəmin bişirdiyi maş şorbasına çatmır ki, çatmır.

Ordubadda quru maş lobyadan və təzə maşdan (yaşıl lobya) çox istifadə olunur. Yayda bu yeməklər təzə qoyun əti ilə bişirilir, qışda isə qovurma ilə. Qovurma öz yağında bişən qoyun ətidir. Qızardılmış qoyun əti elə oz yağındaca qazan və ya verdələrə yığılır və sərin yerdə saxlanılır. Qovurma həm sulu, həm quru yeməklərə əlavə olunur. Onun dadı qeyri-adidir, çox ləzzətli olur. Ehh, lap yadıma düşdü. Burda qovurmanı hardan tapım. Ən əsası isə ləzzətli yağlı qoyunu hardan tapım:)

Nənəmin reseptini sizinlə paylaşıram. Əlləri ləzzətli gözəl nənəm və bütün nənələrə həsr olunur.

Odrubad Üsulu Maş Şorbası

4-6 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

1 stəkan (230g) quru maş lobya, gecədən soyuq suya qoyulmuş
2 xörək qaşığı (30ml) ərinmiş kərə yağı
500g doğranmış sümüksüz qoyun və ya mal əti (sümüklü ətdən də
istifadə edə bilərsiniz)
1 ədəd doğranmış orta boy baş soğan
2 xörək qaşığı tomat
8 stəkan su
zövqə görə duz
zövqə görə istiot
4 ədəd 2 və ya 4 yerə bölünmüş orta boy karfof
4 quru gavalı
1
xörək qaşığı quru nanə

1. Maş lobyanı süzün və su doldurulmuş qazanda 15 dəqiqə ərzində qaynadın. Bu proses quru maşın tünd rənginin çıxması üçün edilir.  Maşı süzün və yuyun. Kənara qoyun.

2. Qazanda yağı qızdırın. Əti qazana əlavə edib yağda təxminən 15 dəqiqə qızardın. Arada qarışdırın.

3. Soğanı da qazana əlavə edib 5 dəqiqə və yaxud soğan yumuşalana qədər bişirin.

4. Tomatı əlavə edib 1 dəqiqə taxta qaşıqla qarışdıra-qarışdıra bişirin. Zövqə görə duz, istiot vurun. Süzdüyünüz maş lobyanı əlavə edib üstünə 8 stəkan su töküb, qaynadın.

5. Qaynayanda, odun altını azaldın. Qazanın qapağını örtün. Şorbanı vam odda təxminən 1 saat 15 dəqiqə ərzində və yaxud ət və maş lobya bişənə qədər  bişirin.

6. Kartof, quru gavalı, və quru nanəni də əlavə edib, kartof bişənə qədər bişirin. Bu şorba nə çox sulu, nə də çox qatı olmalıdır.

Nuş Olsun!

Bir cavab yazın

84 Şərh
  1. SALAM FERIDE XANIM,
    BU MASH SHORBASI DIQQETIMI CELB ETDI /YEGIN KI , GORUNUSHU KIMI DADI DA COX GOZELDIR, MUTLEQ BISHIRECEM, COX SAG OLUN!!!

  2. Cox sag olun Feride xanim.BIsirib dadina baxacam.

  3. Färidä xanim yägin ki,mas lobyanin adidir elädir?birdä burda nanä yoxdur olar ki basga göylä äväz edim sorbani?sag olun.

  4. CEYRAN: Siz sağ olun.

    FİRA: Mütləq dadına bax. Ləzzətli şorbadır.

    TÜNZALƏ: Bəli, maş lobyanın adıdır. Qəhvəyi rəngdə olur, bəzən də üstü dama-dama. Quru nanənin yerinə quru reyhan da istifadə etmək olar. Əgər o da yoxdursa, onda təzə rehyandan istifadə edin. Əgər o da yoxdursa, onda keşniş də ola bilər. Amma nanə və ya reyhanla daha ləzzətli olur.

  5. Bunu mutleq bishirecem! Beh-beh! :))
    choooox sagh oluuun!

  6. GOZEL SORBADI HAZIRLADIM VE DADLI CIXDI

  7. esl ORDUBADli olaraq bu yemeyin reseptini men daha deqiq bilirem onun icine ORDUBADlilar heyva ve ceviz(qoz) elave ediller

  8. Salam FERIDE! Sen ORDUBADIN mash sorbasini ele yazmisan ki,mene ele gelirki sen Ordubada yaxinsan.Bu meni 2qat sevindirdi!
    ORDUBADIN cox gozel qayqanagida var.Kuftesi,kelem dolmasi …
    Bir az bashqa bolgelerimizden ferqlenir.
    Ellerine sagliq!!!!!!!!!!

  9. Salam feride xanim burda qovurmadan yazmisiniz. Menimde yadima nenem dushdu. Oda hemishe Naxcivanda qovurmadan dadli yemekler hazirliyirdi. El exsusda bozbash.

  10. ordubada ve butun azerbaycana esq olsun!

  11. aslan atamin adidir

  12. Salam haminiza. Men ordubadliyam. Özum de mas sorbasinin en cox bisiriler kendlerinden. Esl mas sorbasina quru nane vurulmur.
    Keleköse de serh yazacaqdim nese alinmadi. Dadi iyrenc, qatigin icine qizarmis yag sogan vurulmasina göre. Mence yagi dag edib icinde naneden, ya da qirmizi istiotu qovurub töksen dadali olar. Amma yene de resept ucun tesekkurler.

  13. KONUL: Xos geldiniz. Mas sorbasini sizin kendde ola biler nanesiz edirler, amma nenem gilin kendinde nane ile edirler. Her rayonun, kendim ozunemexsus elavesi olur yemeklere. Odur ki, qetiyyetle bir sey dememek lazimdir. Bir de ki, yemeye “iyrenc” demeniz meni narahat etdi. Ola biler xosunuza gelmedi. Bu, normaldir. Amma iyemeye iyrenc demek ne derecede dogrudur ozunuz fikirlesin. Cox sag olun.

  14. Feride xanim, xos görduk. Men men dadi iyrenc dedim. Eger bu yorum sizi narahat etdiyse özurumu qebul edin. Men anladigim qeder siz de qurbetdesiniz, bele seylerle qirilmayaq bir birimize. Tesekkurler cavabiniza göre.

  15. Bishirdim…….. dadina baxdiq…….yoldashimin dili ile desem ‘super!really super’

    teshekkurler

  16. Salam Feride xanim!Bu shorbadan men de bishirdim.Ela yox super alindi,cox ,cox dadli!Axshamdan Cookbook-u aciram ve sabaha ne hazirlayacagimi planlashdiriram .Teshekkur edirem size!

  17. He cox dadli olur.Axi o Ordubad yemeyidir.Onu biz basqa cur bisiririk,ancaq ici eyni olur.Qorma ile bisirende lap ela olur.

  18. Salam! Bele gozel sayt yaratdiqiniza gore sizi tebrik edirem, birinci defedi godum, cox beyendim. Nehayet ki, oz ana dilimizde bu movzuda bele seviyyeli sayt var. Maraqli reseptlere gore saq olun! Bu yemeyi men daim bishiriem, amma Ordubad yemeyi olduqunu bilmirdim. Size uqurlar arzulayiram!

  19. salam :)) bu mash shorbasini nece bisirim indi men burda?:) ne govurmamiz var burda ne de goyun etimiz:)) lap kend yadima dusdu:) ama calisacam bir deneyim dadli alinar yegin ki ,resepte gore tesekkurler 🙂 ordubad adini gorende tam bize aid bir blog oldugunu hiss eledim:) ellerinize saglig:)

  20. indi fikir verdim konul xanim ola biler size iyrenc gelsin aa bu esla bele deyil ,eksine ele yemekler daha dadli ve leziz olur ,ugurlar.:)

  21. Men ozum de ordubadliyam. Heqiqeten de Ordubad oz tebieti, gozelliyi ve yemekleri ile meshurdur. Bunu ordubadli oldugum ucun demirem. Ordubadi bu yemeklerine gore Shekiye oxsadirlar. Ordubadin elbette en meshur yemeyi mas sorbasidir. Men ozum de mas sorbasini cox yaxsi bisirirem. Bunu bisirdiyim mas sorbasini yeyen telebe yoldaslarim deyirler. Cox sag olun ki, Ordubadi, onun yemeklerin, xususen de mas sorbasin bir daha tanitdiniz.

  22. ayy ordubadlilar eger oz adet enenenelerimizi teqdim edirikse onda gelin lap duzunu deyek…o mas sorbasi deyil,mas sovrasidir….duz deyirem????esl mas sovrasina heyvada qatilir…..

  23. salam feride xanim…evde lobya var amma bilmirdim nece bisirim…sayenizde oyrendim…sabah bisirecem…cox sagolun

  24. esq olsun butun ordubadlilara.DIRNISdan salamlar

  25. Cox gozeldirşAgzim sulandi

  26. Feride xani salamlar mas sorbasini gözel tegdim etmisiz ,amma bezi yerleri unutmusuz.Mas sorbasina ilk növbede heyva ve bisib giraga goyanda 3-4 yumurta sindirib gatirlar.Yumurtalari garishdirmag olmaz ve gazani da terpetmeyin,cünki yumurtalar onun icinde diri galmalidir.Yarim saat ,bir saat gözleyin .Sonda mas sorbasinin suyunu süzürler icine ev cöreyi ,yeni lavash cöreyi guru halda parcalayib gatirlar ve süfreye verilir sonda et ve mas,yumurta garishugi verilir.menim eslim Ordubaddandir.Ele Almanyada gis vaxti bishirirem .helelik sag olun

  27. Maş ŞOVRASI qovurmadan başqa ətlə yalandı. Qovurma ilə çox gözəl alınır.

    esl mas sovrasina heyvada qatilir…..—- buna bizlərdə HEYVA QƏLYƏYİ deyirlər. dadı qiyamət olur. hələ bəzən bişənə yaxın yumurtanı bölüb atırlar qazana. Yumurta dağılmağa vaxt tapmır ona görədə sarısı bütöv qalır.

  28. bir Ordubadli olaraq deye bilerem ki cox ela yemekdi hetta bizim kendde en mewhur yemekdir.

  29. AFAG ev ORdubadliXAN: Meslehetilerinizi bizimle paylasdiginiza gore cox tesekkur edirem.

  30. Aranizda Ordubadin Tivi kendini esiden,taniyan var?

  31. FERİDExanim selam !mence bu resept çox gözel verilib.Gerçekten de ninelere çatan olmaz.bir de yemekler yerine göre,kendine göre,ve hetta evlere göre bişirilme üsulu deyişir.Feride xanim nine demiş,menim nenem de bir yemek bişirirdi adina daQAYSAVA deyirdi.He bir de ana nenem de SOGANSUYU diye bir şorba bişirir içine de yumurta vurur.Birce defe yemişem,ama onu bilirem ki,qürbette yaşayan dayilarim gelen kimi bu yemeyi bişirtdirirler)))))

  32. Azerbaycanin rayonlari coxdur bunlarin icindende biri Ordubad rayonudur.Ordubad rayonu dedikde birinci limon,erik ve basqa meyveler meshurdur.Hetta Ordubad yemekleri de musherdu bunlardan biride mas yemeyidi .Ele menim ozumdu bu yemeyi cox yaxsi bisirirem.Bunu men demirem, bir cox adam bunu tesdiqleyib hetta qrub yoldaslarimda . Heyder Eliyev ebes yere dememisdiki Ordubad Azerbaycanin incisidir.Men ozumle fexr edirem ki Azebaycanliyam.Ve Ordubadda yasayiram. Butun Ordubadlilara salam gonderirem. ____Keramet____________________

  33. dunyanin hec bir yemeyi maw wovrasina (dogramaya) catmaz 🙂 eylisli varmi ?

  34. Evvela haminiza salamlar.resepti yazana da tesekkurumu bildirirem.bu yemek menim en cox sevdiyim yemekdi ozumde cox gozel bisirirem.amma qovurmayla tebii ki)))

  35. hmm…men de Ordubadin EYLIS kendindenem. super yemekdi mash shorbasi onun ichine quru lavash dogradiqda vabshe super olur(dograma adlanir ;)) +turshu ile vabsheyee
    lap ureyim isdedi 🙁

  36. Salam Feride xanim. Eger Ordubadlisinizsa, yeqin ki cevizli kokenin de reseptini bilirsiniz. 🙂 Onu da paylassaniz, cox sevinerem.

  37. 35 ci yorum eden kimsenki yerli mende EYLISDENEM

  38. Feride xanim,bu resepte gore cox sagolun,cox beyendim,bu sorbanin dadindan doymaq olmure 🙂

  39. daddi worbaya oxwayir…twk

  40. Salam Feride xanim bir ordubadli kimi size bezi yemeklerin receptini ve hazirlanma qaydasini hetta foto sekillerlerini size gondere bilerem istediyiniz Ordubada aid yemek sirniyyat ve sair . Sizl bir melumatida catdirmaq isterdim ki esl Ordubad masi ucun masin ozude gerek Ordubad istehsali olsun dadi bir basqa olar

  41. BU SAYTI HAZIRLADIGINIZA GORE SIZE TEWEKKUR EDIREM.

  42. feride xanim bagislayin bes eti kenarda portletmeyek ele bir basa dograyib soganla birlikde qiardiriq?

  43. Türkan – Bəli, birbaşa.

  44. bugun oxudum bu resepti.mutleg pisirecem.yoldasim cox nazlidi,herseyi yemir,bei gunler bilmirem ne pisirim.artig sizin sayti tapdim,burdan coxlu reseptlerden istifade edecem.cox sagolun

  45. Cox sag olun,Feride xanim.Bizim evde de bu yemeyi cox xoslayirlar.Duzdur,esasen mas sorbasina nane vururlar.Nanesiz mas sorbasi yumurtasiz qayqanaq kimi bir seydir(Qozlu kokenin reseptini de bilirem,isteseniz yaza bilerem. Men de Ordubaddanam).

  46. Memini Taniyan var???

  47. GETIRDILER GELINI
    BAGLADILAR BELINI
    CEKMEDILER DILINI
    OTURDU DIR -DIR ETDI
    OTURDU MIR-MIR ETDI.
    BY:GULCICEK

  48. GETIRDILER GELINI
    BAGLADILAR BELINI
    CEKMEDILER DILINI
    OTURDU DIR -DIR ETDI
    OTURDU MIR-MIR ETDI.
    BY:GULCICEK

  49. salam men de lad istaha geldim mutleq bisirecem

  50. bu et evvelceden qaynanmalidirmi?

  51. MERVE – İstəyə görə.

  52. hal hazirda ocaqdadi bisirirem 🙂 ama tike etim olmadigi ucun kufteler eleyib atdim icine 🙂 resept deyisdi biraz ama qoxusu cox gozel gelirrrrrr neticeni boluseceyem sizle

  53. Elaaaa cixdi. şorba sevmeyen yoldaşım behbehle yedi hamisini cooooxsagolun

  54. ewq olsun

  55. salam

  56. Qurban bayraminiz mübarek olsun!
    Süfrelerimizden xeyir-bereket eksik olmasin!Amin!

  57. men bu mas sorbasini etsiz daha cox sevirem, ozu de Ordubadda evvelce suyunu quru lavasla yeyirler, sonra maslarini ayri yeyirler, cox lezzetlidir, her gun yesem bezmerem!!!!!!! amma bezi yorum yazanlar doogru deyir, Ordubad masinin lezzeti tamamen basqadir, uzun-uzun rengi de aciq!!!!!sabah mutleq bisireceyem))))))tesekkurler, Feride xanim!!!!

  58. Fəridə xanm mən bura təzə qoşulmuşam,cox gözəl reseptləriniz var,xüsusi ilə də bu ORDUBAD ŞORBANIZ COX XOŞUMA GƏLDİ)))))))))

  59. Salam, cox gozel,dadli ve xeyirli bir xorekdi.Men bugun bunu bisirmeye hazirlasiram.Coxdandi mashin bisirilme qaydasini axtarirdim,here 1cur hazirlayir,amma bu daha cox xosuma geldi.1daha tesekkurler…….

  60. Hamiya salamlar!!!!
    Fəridə xanim Sizə təşəkkürlər!!!!
    Maş şorpasi əsil bu gunun yeməyidir (yəni soyuqda qış zamani)
    Yaş maşla ise yayda yaxşi olur, bu yeməyi bölməkdə olur. Adətən belede edirlər kənd yerinda. Şorpası süzülür ayrica verilir quru lavaş cörəyi ilə, maşi, əti və başqa təamlari ayrıca ikinci yemək kimi verilir süfrəyə.

  61. GNilovski ,lobya ilə hazırlanan şorba onsuz da gözəl alınır. Küftə qatmanız da özünüzə görə bir yenilikdir. Nuş olsun!

  62. feride xanim siz nece ordubadlisizki duzgun recept vermemisiz…nenelerimizin vaxtinda tamatla mas sorbas bisirirdiler…ona quru lavasa vuvarlar ay feride xanim…lobya ozu nisastadi kartof elave elemeye ehtiyac yoxdur…men esil dirnisliyam…esl mas sorbasi bisirirem

  63. feride xanim bu mesaji men yazdim ..menim bisirdiyim mas sorbasi super olur hami az qalir barmaqlarin yesin

  64. salam manim mamam tivilidi ShAFAQ XANIM siz Tivini hardan taniyirsiz?balka ela tanishiq man tetilda hamisa ora qedirdim teessufki aile heyati qurandAN sonra cami 2 dafa olmusham.

  65. salamlar.men de ordubaddanam .cox sag ol resepte gore bizim ailemizin en sevimli yemeyimizdi.

  66. naxcivan

  67. salam Feride xanim.bu yemeyi sizin saytinizda gorende cox sevindim.anamin en yaxsi bisirdiyi yemekdir.mende yaxsi bisirirem.amma ordubadda her qis qovurma edirler,butun qoyunu qovurub qisi isledirler.bu yemek o qovurmayla cox dadli olur.birde men nane evezi keklikotu sepirem.ordubad yemeklerinden xususi bisirilmis kufte,arzuman kuftesi,balli qayganaq hamisini ela bisirirem.birde sizden xahis edirem qat qat xemirin reseptini bilirsinizse yaza bilersiniz.xacapuri bisirmek ucun.cox sag olun

  68. ordubadin butun yemekleri lezzetli olur

  69. ela yemekdir ellerine saqliq

  70. Arvadin qedrini
    Bilesen gerek,
    Arvadin uzune
    Gulesen gerek.
    Arvadin yolunda
    Olesen gerek.
    Olmesen,oldurer,
    Xeberin olmaz!

  71. Getirdiler Gelini,bagladilar belini
    Cekmediler dilini.
    Oturdu Dir-Dir etdi,
    Danishdi Mir-Mir etdi.
    Eri oldu”gulduler”qonshularda bildiler.
    Gunahkari taniyib,Agiz buzub gulduler.
    …Gulduler Haaaa Gulduler…
    …Gulduler Haaaa Gulduler…
    Gunahkari bildiler,Gunahkara gulduler…!!
    !

  72. Salamlar har kasa insallah man size yeni bir recept teqdim edacam yaxin gunlarda!

  73. Salam Feride xanim butun yemekleriniz cox gozeldir. elleriniz derd gormesin. sizim saytdan cox yemekler oyrendim. zehmet olmasa eger balli qayqanagin reseptini bilirsize yazin.teshekkurler

  74. Sayta Güllü xanımın saytından gəldim.Əllərinizə sağlıq,qızım.Azərbaycanda nə qədər evdar qadın varsa,bir o qədər də milli yeməklərimizin hazirlanma növləri var.Eləcə də maş şorvasının bişirilmə qaydası.Hər bir ordubadlı xanım iddia edər ki,onun bişirdiyi əsildi.Şərhlərdən sonra yaşıma,evdarliq təcrübəmə,dunyagörüşümə əsaslanaraq ordubadlı kimi deyil,sadəcə,bir şərhçi kimi düşüncələrəmi yazmaqı özümə borc bildim:
    1.Maş şorvası yalnız ətsiz bişiriləndə yumurta vurulur ki,doyumlu olsun.Yumurta əti əvəz edir.
    2.Suyunu ayrı,dənini ayrı yeməkdə məqsəd yenə də doymluluq üçündü:şorabanın suyunda usladılmış çörək cörəklə yeyilir.
    3.Üstüpü maşı üstün tutulur və qiymətçə baha satılır.
    4.Heyva ilə yalnız heyva mövsümündə bişirilir,əsasən də turş heyva.
    5.Nanəsiz heç vaxt bişirilmlr.Mövsümündə göy nanə,qışda quru nanə,yazda pürnə ilə.
    6.Yazda quru alca göy alca-turş caqqala ilə əvəz olunur.Lavaşana vuranda isə alca vurulmur.
    7.Tamat vurulmadiqda pomidor vurulur:əks halda qirmizi rəngli alınmır.
    8.Şorabanı lavaşla(durməklə) yemək daha da ləzzətli edir.
    9.Kartof çox halda qatilir.
    10.Qışda həftibecarla,baş soğanla,yayda isə göyərtilərlə,göy soğanla yemək ləzzət verir.
    Bütün bunlara baxmayaraq bu yemək ordubadlılar ücün ziyafət,qonaq yeməyi sayılmlr.Çünki tez-tez bəzən də hər gün bişirildiyindən adi yemək kimi sayılır.

  75. Sayta Güllü xanımın saytından gəldim.Əllərinizə sağlıq,qızım.Azərbaycanda nə qədər evdar qadın varsa,bir o qədər də milli yeməklərimizin hazirlanma növləri var.Eləcə də maş şorvasının bişirilmə qaydası.Hər bir ordubadlı xanım iddia edər ki,onun bişirdiyi əsildi.Şərhlərdən sonra yaşıma,evdarliq təcrübəmə,dunyagörüşümə əsaslanaraq ordubadlı kimi deyil,sadəcə,bir şərhçi kimi düşüncələrəmi yazmaqı özümə borc bildim:
    1.Maş şorvası yalnız ətsiz bişiriləndə yumurta vurulur ki,doyumlu olsun.Yumurta əti əvəz edir.
    2.Suyunu ayrı,dənini ayrı yeməkdə məqsəd yenə də doymluluq üçündü:şorabanın suyunda usladılmış çörək cörəklə yeyilir.
    3.Üstüpü maşı üstün tutulur və qiymətçə baha satılır.
    4.Heyva ilə yalnız heyva mövsümündə bişirilir,əsasən də turş heyva.
    5.Nanəsiz heç vaxt bişirilmlr.Mövsümündə göy nanə,qışda quru nanə,yazda pürnə ilə.
    6.Yazda quru alca göy alca-turş caqqala ilə əvəz olunur.Lavaşana vuranda isə alca vurulmur.
    7.Tamat vurulmadiqda pomidor vurulur:əks halda qirmizi rəngli alınmır.
    8.Şorabanı lavaşla(durməklə) yemək daha da ləzzətli edir.
    9.Kartof çox halda qatilir.
    10.Qışda həftibecarla,baş soğanla,yayda isə göyərtilərlə,göy soğanla yemək ləzzət verir.
    Bütün bunlara baxmayaraq bu yemək ordubadlılar ücün ziyafət,qonaq yeməyi sayılmlr.Çünki tez-tez bəzən də hər gün bişirildiyindən adi yemək kimi sayılır.

  76. ULVIYYE XANIM – cox sag olun maraqli serhinize gore.

  77. cooxx dadli yemekdir.
    bir Ordubadli olaraq bu yemeyi anam tez tez bisirir.serin havalarda da ayri lezzeti var.meselehetdi.bisirin dadina baxin.pesman olmarsiz 🙂

  78. dogrudanda Azerbaycan yemeyleri cox gozeldi.hele qerib olkede

  79. mende ORDUBADLI olarag bu mash shorbasini cox sevirem

  80. salam Feride xanim yemek cox dadli gorsenir

  81. Sabirabaddan salamlar jemejin gornusu cox gozeldi

  82. Masin yaninda goyertisi turseliyi lap gozell olur ,esl mas turseliyl dag nanesiyle cox mehsurdur yazda.Qisda heftibecer tursusu yaninda halqa dogranmis sogani kasiriyla mehsurdur Yasasin ordubadlilar

  83. feride xanim mas sovrasinin receptinen bisirdim cox lezetliydi ama icine heyva ve cevizde qoydum cox lezetli alindi

  84. Men bir defe Ordubad mash shovrasini bishirmishem,pis alinmayib,amma Ordubadda xalamim bishirdiyi shovranin dadi helede damagimda qalib,buda bir 50 il bundan once olub,Allah hamimin canini sag elesin,dunyasini deyishen anamin ve onun Ordubadli qohumlarina rehmet elesin.

Bir cavab yazın