Best in the World!
Dadlı yemək reseptləri bloqu

Düyü Qazmağı

Düyü Qazmağı

Azərbaycanda düyü plovunun bir növü süzülüb sonradan dəmə qoymaqla hazırlanır. Bu üsülla hazırlanan plov süzmə plov adlanır. Yuyulub suyu süzülmüş düyü əvvəlcə islağa qoyulur, sonra isə duzlu suda bir az qaynadılır, süzülür və təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Düyü dəmə qoyulur. Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna “döşəmə plov” deyilir.

Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən,nazik yuxadan,hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən
hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz. Şəkildə gördüyünüz şüyüdlü plovun üzərindəkı məhz düyü qazmağıdır.

Bişmiş düyü qatıq və yumurta ilə çalınır, üzərinə zəfəran dəmləməsi əlavə olunur. Əgər zəfəran olmasa sarıkök tozu ilə əvəz etmək olar. Bu üsulda qazmaq qızılı rəngdə olur və yumşaq alınır. Bir şeyi yadda
saxlamaq lazımdır ki, bu reseptə görə qazmaq daha zərif alınır. Lakin narahat olmağa dəyməz, qazmağın içərisi yumşaq, üstü qismən xırçıldayan olur. Bəzən qalın qazmaq da hazırlanır. Reseptdəki ərzaqların qədərini artırmaqla qalın qazmaq hazırlamaq olar. Təqdim etdiyim reseptdəki ingridientlərin miqdarına görə 23 sm genişliyində qazandan istifadə etmişəm. Əgər böyük qazandan istifadə edəcəksinizsə qazmaq
üçün ərzaqları da ona uyğun müəyyən edin. Nuş olsun!

Düyü Qazmağı

Hazırlanması:

1st yarım  (bu, çiy düyünün  miqdarı deyil!) qaynadılıb süzülmüş düyü bir qabın içinə tökülür, üzərinə 4 xörək qaşığı qatıq və ya xama,1 yumurta,1 cimdik duz əlavə olunur. 1 çay qaşığı döyülmüş sarıkök qatılır və bütün ərzaqlar qarışdırılır. Sarıkök əvəzinə zəfəran da qatmaq olar. Bunun üçün bir çimdik zəfəran telini həvəngdəstə ilə döyüb, toz halına salıb sonra 1 xörək qaşığı qaynar suda həll edib, dəmləmək lazımdır. Alınmış cövhər düyü, yumurta qarışığının üzərinə əlavə edib yüngülcə qarışdırılır.

23 sm genişliyində qazanın dibində 3-4 xörək qaşığı yağ əridilir. (Düyü bu qazanın içində dəm alacaq).
Yumurta düyü qarışığı kəfgir qaşıqla götürülür və qazanın dibinə, əridilmiş yağın üzərinə bərabər şəkildə yayılır. Yüngülcə özünü tutması üçün qapaq qoyulmadan və qarışdırılmadan bir neçə dəqiqə aşağı dərəcədə ocağın üzərində bişirilir ki, özünü tutsun. Asan olsun deyə əvvəlcədən qazmaq taxta qaşıqla 8 hissəyə kəsilərək bölünür. Sonra plov düyüsü qazmağın üzərinə əlavə olunur və plov dəmə qoyulur.

Süfrəyə verərkən qazmaq hissələrə bölünüb plovun üzərinə düzülür.

Digər variant:

Ədviyyatlı düyü qazmağı

Əvvəlki qaydada düyü qazmağının tərkibi hazırlanır. Bu qarışığa həvəngdəstədə döyülmüş bir çimdirk keşniş toxumu və cirə əlavə olunur. Daha ətirli olması üçün darçın tozu da qatıla bilər. Plovun dəmə qoyulma qaydasını bu keçiddə görə bilərsiz.

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more →
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more →
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more →
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more →
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more →
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more →
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more →
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more →