Best in the World!
Dadlı yemək reseptləri bloqu

Türk Paxlavası

Türk Paxlavası

Müəllif Hüquqları

Bloqda gördüyünüz yazı və şəkillərin müəllif hüququ AZ Cookbook saytına aiddir. Onların başqa yerlərdə istifadə edilməsi, şəkillərin üstündən AZCOOKBOOK.COM loqosunu silib, başqa adların yazılması qadağandır.

Heç Türk paxlavasının dadına baxmısız? Əgər baxmısızsa o zaman mənimlə razılaşarsınız ki, bu şirniyyat dünyanın ən dadlı, ləzzətli paxlava çeşidlərindən biridir. Şirəli, yağlı, qat-qat, şirin, xırçıldayan – o qədər gözəldir ki!

Türk paxlavasını mağazadan almağı xoşlasam da (Güllüoğlu paxlavasını çox bəyənirəm) hərdənbir hazırlamaqdan da zövq alıram. Bu heç də göründüyü və eşidildiyi qədər çətin iş deyil. Kiçik göstərişlər paxlavanı hazırlamaqda sizə kömək olacaq. Əmin olun ki, bu işdən zövq alacaqsınız və hər şeydən öncə evinizi şirni iyi bürüyəcək. Bir məsələni də qeyd edim. Mən paxlavanın xəmirini özüm hazırlamıram (uzun və bir qədər əziyyətli işdir – xəmir nişasta ilə açılır), mağazadan hazır nazik paxlava xəmiri alıram. Bu, prosesi olduqca asanlaşdırır. Nəticədə isə çox ləzzətli paxlava alınır. Amerikada bu xəmirə “phyllo dough” deyirlər. Marketlərin buzluq bölməsində satılır.  Azərbaycanda böyük müasir marketlərdə olmamış olmaz. Xəmir paketlərdə rulolanmış şəkildə satılır.

Gəlin başlayaq.



Buzlanmış xəmir laylarını asanlıqla bir-birindən ayrılması üçün soyuducudan çıxarılır və otaq tempraturunda hazır vəziyyətə gətirilir.



Xəmir hazır vəziyyətdədir.



Paxlava üçün istifadə olunan bu xəmir çox nazik olur.



Bu isə paxlavanı bişirmək üçün istifadə etdiyim list.



Birinci qat xəmir tavaya yayılır.

Üzərinə fırça ilə əridilmiş yağ çəkilir.

Xəmirin yarıdan çox hissəsi bu şəkildə yağlanıb üst-üstə yığılır.

Qozlu içliyi yuxanın üstdəki qatın üzərinə səpərək bərabər şəkildə yayın.

Xəmirin qalan hissəsinini hər qatı yağlamaq şərti ilə qozlu qatın üzərinə yerləşdirin.



Hazır olduqdan sonra xəmir dördbucaqlar şəklində kəsilir.

Bişməzdən əvvəl paxlavanın yaxından görünüşü.



Bişmiş paxlavanın üzəri qızılı rəngdə olmalıdır.

Bişəndən sonra üzərinə paxlavanın üzərinə şirə tökülür. Paxlava bu şirəni özünə çəkir.

Türk Paxlavası

Özcan Özanın “Sultan’s Kitchen: A Turkish Cookbook” kitabından adaptə edilmişdir.

Müəllif Hüquqları

Bloqda gördüyünüz yazı və şəkillərin müəllif hüququ AZ Cookbook saytına aiddir. Onların başqa yerlərdə istifadə edilməsi, şəkillərin üstündən AZCOOKBOOK.COM loqosunu silib, başqa adların yazılması qadağandır.

Hazırlıqdan öncə bir neçə məqamı nəzərinizə çatdırım:
1) Ərinmiş yağ xəmir laylarını islatmaq və paxlavanın daha dadlı olması üçün istifadə olunur. Siz adi duzsuz kərə yağından da istifadə edə bilərsiz. Bunun üçün sadəcə yağı əridib bir qədər soyutmaq lazımdır.
2) Paxlava xəmiri bir çox supermarketlərin dondurulmuş ərzaq satılan şöbəsində olur. İstifadə olunanadək xəmir buzluqda saxlanmalıdır. İstifadədən öncə isə buzluqdan çıxarılıb otaq tempraturuna gətirilməlidir (donu açılmayan xəmir rulonunu açmağa cəht etsəz xəmir parçalana bilər) Donu açıldıqdan və qatlar bir-birindən asanlıqla ayrıldıqdan sonra rulon tam açılır, üzərinə yüngülcə nəmləndirilmiş mətbəx dəsmalı örtülür ki, xəmir qurumasın. Xəmirin bir hissəsini istifadə edərkən qalan hissənin üzərini qurumasın deyə örtmək lazımdır. Çünki bu xəmir tez quruyur!
3) İçlik kimi qoz əvəzinə fıstıq da istifadə etmək olar.
4) Paxlavanın daha çox xırçıldaması üçün daha az şirə istifadə etmək olar (Həqiqətən də kitabda sudan və şəkər tozundan az istifadə etmək tövsiyə olunub). Bu metodla şirə üçün 2 fincan yarım soyuq su və 3 fincan yarım şəkər tozu istifadə etmək lazımdır.

Şirə üçün:
4 fincan su
5 fincan şəkər tozu
2 xörək qaşığı limon şirəsi

İçlik üçün:
3 fincan
2 xörək qaşığı şəkər tozu

Yağlamaq üçün:
1 fincan yarım duzsuz ərinmiş (resept aşağıda verilir) və ya əridilmiş kərə yağı

Həmçinin, hərəsinin içində 20-22 nazik qat olan 2 paket xəmir lazımdır.

Hazırlanma qaydası:

Birinci olaraq şirə hazırlanır: Su ilə şəkər tozu orta ölçülü qazanda qarışdırılır, 5 dəqiqə qaynadılır. Sonra odun dərəcəsi azaldılır və ağzı açıq şəkildə, təxminən 10 dəqiqə aşağı dərəcədə qaynadılır. Rəngi açıq sarıya çalanda şirə hazır hesab olunur. Üzərinə limon şirəsi əlavə edib qarışdırılır və soyumağa qoyulur.

Sonra içlik hazırlanır. Qoz maşından keçirilir, orta ölçüdə xırdalanır. Qoz çox xırda olmamalıdır, paxlavanı yeyərkən xırçıldamalıdır. Xırdalanmış qoz şəkər tozu ilə qarışdırılır. Hazır içlik kənara qoyulur.

30*40*3 sm ölçülü listin içərisinə əridilmiş yağ çəkilir. Soba 190C dərəcəsində qızdırılır.

Birinci qat xəmir ehmalca listin dibinə yerləşdirilir. Xəmir kövrək olduğu üçün ehtiyatlı olmaq lazımdır. Kiçik deşiklər əmələ gələrsə narahat olmağa dəyməz. Birinci qatın üzəri əridilmiş yağla bütöv şəkildə yağlanır (təxminən 2 xörək qaşığı). Bir paketin içindəki qat-qat xəmir bir-birini üzərinə yağlanaraq düzülür.
İçlik üst qatın üzərinə bərabər şəkildə səpilib yayılır. Növbəti qat yerləşdirilərkən xəmirə yapışsın deyə içliyin üzərinə azca su çilənir.

İkinci paket xəmirlərin hər birini içliyin üzərinə qat-qat şəkildə yağlayıb yerləşdirmək lazımdır. Sonuncu qatı və xəmirin kənarlarını da əridilmiş yağla yağlamaq lazımdır.

Qaynar suya salınmış iti kəsici bıçaqla paxlava xəmiri uzununa (üfüqi) 6 paralel zolaq şəklində kəsilir. Sonra isə şaqüli istiqamətdə 12 paralel zolaq şəklində, dördbucaq paxlava forması verilməklə kəsilir. Təbii ki,paxlavanın ölçüsünü zövqə görə vermək olar. Əgər bir qədər iri formada istəsəniz zolaqların sayını az edə bilərsiz. Həmçinin romb formasınıda da kəsə bilərsiz.

Paxlava sobanın orta gözündə yarım saat bişirilir. Sonra istilik dərəcəsi 160C-ə qədər azaldılır və daha yarım saat, üzəri azacıq qızarana kimi bişməyə qoyulur.

Paxlava sobadan çıxarılır, təxminən 10 dəqiqə otaq tempraturunda saxlanılır. Bişmiş paxlava yenidən zolaqların üzəri ilə axıra qədər (xəmirin dibinədək) bıçaqla kəsilir, kəsilmiş bütün zolaq-xətlərin üzərinə soyuq şirə tökülür. Tamami ilə soyuması üçün bir kənara qoyulur. Paxlavalar otaq tempraturunda süfrəyə verilir. Quru və sərin yerdə paxlavaları bir həftə saxlamaq olar.

Ərinmiş Kərə Yağı

Nəzərə alın ki, kərə yağı ərinmiş vəziyyətə düşdüyündə onun ilkin miqdarı 25% azalır.

Yağı əritmək üçün qalın qazana yağ tikələri əlavə olunur, aşağı dərəcəli odda əridilir. Üzərinə köpük çıxanadək azca qaynara qoyulur. Təxminən 20 dəqiqə qaynadıqdan sonra yağın üzərində köpük əmələ gələndə (yağın dibi bir az qaralır) qazan ocağın üzərindən götürülür. Köpüklər kəfgir qaşıqla yığılıb atılır. Əridilmiş yağ xırda gözlü süzgəc, yaxud 2-3 qat təmiz tənzifdən ayrıca qaba süzülür. Elə süzülməlidir ki yağda artıq qalıq, çöküntü qalmasın. Ərinmiş yağı bağlı bankada (balaca bidonda) sərin yerdə 6 ayadək saxlamaq olar.

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more →
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more →
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more →
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more →
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more →
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more →
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more →
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more →