Best in the World!
Dadlı yemək reseptləri bloqu

Şirin Çörək

Şirin çörək mənim ən çox sevdiyim milli çörək növlərimizdəndir. Bəzən buna süd çörəyi də deyirlər, çünki onun  hazırlanmasında mayə olaraq süddən istifadə edir. Çörəyə qatılan sarıkök ona həm gözəl rəng, həm də qeyri-adi dad verir. Şirin çörəyin məndə olan reseptləri arasında ən çox həmyerlimiz Güllü xanımın gözəl saytından götürdüyümü bəyənirəm. Həmən resepti bir az adaptə edərək şirin çörək bişirdim və nəticəsini sizlərdə paylaşıram. Nuş Olsun!

Şirin Çörək (Süd Çörəyi)

Orijinal reseptin mənbəsi – Azerifood.com.

2 ədəd çörək üçün

1 paket (2 + ¼ çay qaşığı) quru toz maya
2 stəkan ilıq süd
6 stəkan yarım un
1 stəkan + ¾ stəkan şəkər tozu
Bir çimdik duz
1 çay qaşığı sarıkök
1 ədəd yumurta – otaq hərarətində
200 qram kərə yağı- əridib soyudun
1 ədəd yumurta, üstü üçün
1 çay qaşığı xaş-xaş

Bir qabda mayanı 1 stəkan süddə həll edib 5 dəqiqəlik kənara qoyun. İri qaba unu, şəkər tozunu, duzu və sarıkökü qoyub qarışdırın. Ortasına mayalı qarışığı, qalan 1 stəkan südü, yumurta və yağı əlavə edib xəmir yoğurum. Əvvəcə xəmir bir qədər yapışqan olacaq amma narahat olmayın, onu yoğurduqca yapışqanlığı gedəcək. Alınan xəmir çox bərk olmamalı, amma eyni zamanda da ələ yapışmamalıdır.

Xəmiri qaba qoyub üstünə dəsmal örtün və qoyun kənarda gəlsin, təxminən 2 saat ərzində.

2 iri listə ya kalka kağızı sərin ya da yağlayın.

Gəlmiş xəmiri iki yerə bölüb kündələyin. Kündələri əlinizlə 22 sm-lik bir dairə əldə edənədək yastıladın. Dairənin qalınlığı 1.2 sm olmalıdır.

Çörəkləri listlərə yerləşdirin. Üstlərini çay dəsmalı ilə örtüb  qalxmaları üçün 1 saatlığına kənara qoyun.

Sobanı 190C-dək qızdırın.

Yumurtanı çəngəllə qarışdırıb çörəklərin səthinə çəkin. Çəngəllə şəkildə gördüyünüz kimi naxış vurun sonra isə xaş-xaş səpin.

Çörəkləri sobanın orta hissəsində 30-35 dəqiqə ərzində,  və yaxud üstləri yaxşı qızaranadək bişirin. Əgər sobanzn iki listi birdən orta rəfə yerləşdirəcək qədər iri deyilsə, onda bir listi sobanın üst bölməsində, digərini isə alt bölməsində 15 dəqiqə bişirib, yerlərini dəyişib bişirməyə davam edin. Çörəkləri yalnız tamamilə soyuduqdan sonra kəsin.

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more →
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more →
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more →
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more →
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more →
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more →
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more →
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more →