Best in the World!
Dadlı yemək reseptləri bloqu

Ballı Tort

Ballı Tort

Bloqumun Azəri dilindəki versiyasını açdığım gündən bəri sizin məndən ən çox istədiyiniz resept ballı tortun reseptidir. Odur ki, sizi gözü yolda qoymamaq üçün dünən bu tortu  bişirdim, şəkillərini çəkdim, detallarını dəqiqləşdirdim ki, siz bu tortu bişirdiyinizdə yalnız və yalnız əla nəticə alasınız. Bu resepti dəqiqliklə yerinə yetirsəniz, ballı tortunuz yupyumuşaq olacaq. Nuş Olsun! Həyatınız da bal kimi şirin olsun:)

BALLI TORT

ADDIM 1 – Kremi hazırlayın

Qeyd: Krem bir həftə əvvəl hazırlanıb lazım olana qədər soyuducuda saxlana bilər.

Krem üçün:
2 banka qatılaşmış süd (bişirdikdən sonra bir yarım bankadan istifadə edəcəksiniz)
300 q kərə yağı

Bankaları qazana qoyun. Qazanı bankaların üstünü örtənə qədər suyla doldurun. Qoyun 2 saat ərzində bişsinlər.  Qazandakı su çəkildikcə bir kənarından qaynar su tökün. 2 saat sonra qazanı kənara çəkin. Qoyun bankalar suyun içində 5 dəqiqə qalsın. Sonra suyunu boşaldın, amma bankaları açmayın, yoxsa partlayarlar! Qoyun bankalar otaq hərarətində olana qədər soyusunlar. Sonra açın.

Bir qabda yağı mikserlə ağaranadək çalın. Sonra isə soyumuş qatılaşmış südün bir banka yarımını yağın üstünə əlavə edib bir az da çalın. Çox çalmayın, yoxsa krem çürüyər. Kremi soyuducuya qoyun və xəmirin hazırlanmasına keçin.

ADDIM 2 – Xəmiri hazırlayın

Xəmir üçün lazım olan ərzaqlar:
3 yumurta
1 stəkan şəkər tozu
3 xörək qaşığı bal
100 qram kərə yağı
1 çay qaşığı soda
3 -3.5 stəkan un

Yumurta və şəkəri istiyə dayanıqlı bir kasaya və ya bir qazana qoyun və qarışdırın. Bunlara bal və kərə yağı əlavə edin. Ayrı qazanda su qaynadın. Yumurtalı kasanı və ya qazanı su qaynayan qazanın üstünə yerləşdirin. Su üstdəki qaba dəyməməlidir. Su qaynamağa davam etsin, siz isə dayanmadan üstdəki kasadakı ərzaqları qarışdırın ki, ərisinlər. Təxminən 5 dəqiqə ərzində.

Sonra qarışdırmağa davam edərək, bu kütləyə sodanı da əlavə edin. Kütlə bir qədər ağaracaq və qabaracaq. Təxminən yarım dəqiqə ərzində qarışdırıb kasanı oddan kənara çəkin. Kütləyə 3 stəkan unu tədricən və az-az əlavə edərək qarışdırın. Xəmir bir qədər əlinizə yapışırsa, bu normaldır. Xəmir soyuduqdan sonra bərkiyir, odur ki, çox un qatmayın. Yox əgər xəmir soyuduqdan sonra belə çox yapışqan  qalsa, onda qalan unu da əlavə edin. Mən 3 stəkan yarım un qatıram. Amma unların qatılığı fərqli olur, odur ki, diqqətli olun, xəmiri çox bərkitməyin. Hazır xəmiri 5 hissəyə bölün.

ADDIM 3 -Biskvit laylarını bişirin

Sobanı 190Cdək qızdırın.  İri listi yaxşıca yağlayın.

Kündələrdən birini listin ortasına qoyun. Barmaqlarınızla basaraq xəmiri 28 sm ölçüsü olan dairə şəklində yayın. Əgər xəmir barmaqlarınıza yapışırsa, onları una batırıb xəmiri yayın. Unlu barmaqlar xəmirə yapışmaz. Alınan dairə nazik alınacaq. QEYD: İstəyə görə bu tort dördbucaq şəklində də hazırlana bilər.

Tortun üstünü və kənarlarını bəzəmək üçün sizə biskvit ovuntusu lazım olacaq. Bunun üçün yaydığınız xəmiri bişirdikdən sonra onun kənarlarını kəsməli olacaqsınız. Amma mən başqa texnologiyadan istifadə edirəm – dairənin kənarlarını bişməzdən əvvəl kəsirəm. Bunun üçün yaydığınız xəmirin üstünə 10 sm ölçüsü olan qab qoyun və iti bıçaqla qabın kənarına çıxan xəmiri kəsin amma listdən çıxartmayın. Beləliklə kənarlar da dairəylə bərabər bişəcək. Bişdikdən sonra onları sadəcə olaraq listdən soyub çıxardacaq və ovacaqsınız.

Layları bir-bir 4-5 dəqiqə ərzində, və yaxud üstləri bir az qızaranadək bişirin. Biskvitlər bir qədər qabaracaq. Listi sobadan çıxartdıqdan sonra, biskvitin altına spatulanı gəzdirin ki, dibi zədələnmədən sobadan qopsun.

ADDIM 4 – Tortu hazırlayın

Layların arasına bolluca krem çəkin. Tortun üstünə və kənarlarına da krem yaxın. Ovuntuları tortun üstünə və kənarlarına səpin. Əgər ovntunuz azdırsa, onda bir miqdar qozu ovub ovuntuyla qarışdırın. Bu mərhələdə tort yeməyə hazır deyil. Tortu kənarda otaq hərarətində ən azı 6 saat saxlayın ki, yumuşalsın.

ADDIM 5 – Nuş Olsun! (tortunuzu yeyəndə məni yada salın:)

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more →
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more →
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more →
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more →
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more →
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more →
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more →
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more →